Sizin qarşıladığınız məsələ barəsində (camaat namazının cərgəsini təşkil etmək), fiqhi kitablarda belə gəlibdir:
- Məmum imamdan qabaqda dayanmamalıdır.[1]
- Müstəhəbdir əgər məmum kişi olsa, imamın sağ tərəfində[2] və ehtiyat vacibə əsasən, imamdan bir az geridə dayansın və əgər neçə nəfər olsalar, imamın arxasında dayansınlar.[3]
Deməli, elə bil bu hadisə də, birinci və ikinci məmumun hər biri öz vəzifəsinə əməl etmək istəyiblər. Amma birinci məmumun namazda hərəkət etməsinə səbəb olan ikinci məmumun işi onun namazının batil olmasına səbəb olubdur ya xeyir, sualının cavabında deməliyik: Namazın formasını pozan iş, namazı batil edir. əl çalmaq, tullanmaq və... kimi[4]
Mərhum Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi deyir:[5] Üzü qibləyə[6] olmaqla namaz halında yol getmək iki- üç addım, hətta daha çoxun da zərəri yoxdur, çünki bu miqdarla, fel kəşir sayılmır. Halbu ki, meyar çoxluluq deyil, əksinə namazın formasının pozulmasıdır. Bu miqdarla, hətta daha çoxla, pozulma baş vermir. Bundan əlavə bəzi rəvayətlər də onun cayizliyinə dəlalət edir.[7]
Deməli, camaat namazında, camaat namazının sırasının düzəlməsi və ya digərinin dayanması üçün yer olmasına görə az bir miqdar hərəkət etməyin iradı yoxdur.
Aşğıda təqlid mərcələrinin yazılıcavabına diqqət edin:
Həzrət Ayətullah Məkarim Şirazinin dəftəri:
Bu işin öz- özlüyündə iradı yoxdur. Bu şərtlə ki, məmum bir az geriyə gələn zaman, imam zikr deməsin.
Həzrət Ayətullah Bəhcətin dəftəri:
Məşhur dayanmaqda imamla bərabər olmağın cayiz olmasıdır, baxmayaraq ki, ehtiyat və daha yaxşısı imamın bir az qabaqda olmasıdır.
Həzrət Ayətullah Fazil Lənkəraninin dəftəri:
Qeyd olunan formada iqtida etmək düzgündür və müstəhəbdir əgər məmum bir nəfərdirsə, həmin formada olsun. Əgər neçə nəfər olsalar, onların hamısı imamın arxasında dayansınlar.
[1] - Bəzi fəqihlər bərabər şəkildə dayanmağı da qadağan ediblər. Baxın: Mərcələrin izahlı hökümləri, cild 1, səh 781- 782, məsələ 1432.
[2] - Fəqihlərin bəzisi, öz əməli risalələrində, bu müstəhəb olmağa işarə ediblər. Baxın: Həmin.
[3] - Baxın: Həmin, əl- vəsilə ila nəylil- fəzilə, səh 107, Cami Əbbasi və onun təkmili (məhşi), cild 1, səh 96.
[4] - Baxın: Həmin, səh 628, məsələ 1151.
[5] - Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi, sual və cavab, səh 47 (camiul- fiqh diski).
[6] - Üzü qibləyə dayanmaq.
[7] - Vəsailüş- şiə, cild 4, səh 1279, rəvayət 1 və cild 5, səh 443, bab 43, Əbvabu səlatil- cəmaə, mən la yəhzur, cild 1, səh 277, rəvayət 851 və cild 1, səh 494, rəvayət 1421, əl- kafi, cild 3, səh 316 və 385 və 272, Təhzibul- əhkam, cild 3, səh 275, rəvayət 119.