Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, Maliki məchul malın hökmündədir. Və xumsu yoxdur. Bəlkə o pulun bütövü Camiuş- şərait bir mərcəi təqlidin ixtiyarında olmalıdır və ya onun icazəsi ilə sahibinin niyyətinə qeyri seyyid fəqirlərə sədəqə verilməlidir.
Əlavələr :
Təqlid mərcələrinin bu suala cavabı belədir:[1]
Həzrəti Ayətullahul üzma Sistani (Allah onun sayəsin uzun etsin):
O pulun hamısını dindar qeyri seyyid fəqirlərə sədəqə versin, xümsu yoxdur.
Həzrəti Ayətullahul üzma Safi Gülpayqani (Allah onun sayəsin uzun etsin):
Xumsu yoxdur. Bəlkə maliki məchil maldır. Gərək sahibinin niyyətinə qeyri seyyid fəqirlərə sədəqə versinlər.
Həzrəti Ayətullahul üzma Nuri Həmədani (Allah onun sayəsin uzun etsin):
Sual fərzində qeyd edilən məbləğ gərək məzalimin rəddi kimi ödənilsin.
Həzrəti Ayətullahul üzma Hadəvi Tehrani (Allah onun sayəsin uzun etsin):
Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, Maliki məchul malın hökmündədir. Və xumsu yoxdur. Bəlkə o pulun bütövü Camiuş- şərait bir mərcəi təqlidin ixtiyarında olmalıdır və ya onun icazəsi ilə Məzalimin rəddi kimi verilməlidir.
[1] - Mərcəi təqlidlərin ofislərindən istiftaa: Sistani, Safi Gülpayqani, Nuri Həmədani (Allah onların sayəsin uzun etsin), İslam Kuest saytı tərəfindən