Saytın kodu
az21810
Arxiv kodu
39096
Dəstə
Heyiz və nifas
Sualın xülasəsi
Heyzli qadının hazırladığı yemak, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməklərin yeməyin nə iradı var?
Sual
Heyzli qadının hazırladığı, əli ilə yoğrulub hazırlanın çörəklərin və yeməkləri yeməyin hökmü nədir?
Qısa cavab
Əvvəlcədən bir məsələni qeyd etmək lazımdır ki. İslamdan əvvəl cahiliyyət dövründə insanlar heyz halında olan qadını bir növ çirikn sayır və onlarla yaxından əlaqə qurmurdular. Həmin məsələyə görə, qadın aybaşı vaxtı evin bir küncünə qısılır, ona əşya kimi baxılır və ondan uzaqlaşırdılar.[1] Amma, İslamda heyzli qadın şəri cəhətdən, xüsusi halda olan (mühdis) adi bir insan sayılır. Yəni, şəri cəhətdən belə insan dəstəmazı və qüslü olmayan bir şəxsdir. Ona görə də bu halət qurtardıqdan sonra qüsl və dəstamazla adi vəziyytinə qayıdır. Bu cəhətdən heyzli qadın, cənabətli, yuxulu, ayaqyoluna getmiş və s..kimi insanlar kimidir.
İslam Peğəmbərindən (sələllahu ələyhi və alehi və səlləm) heyzli qadının hökmü haqqında soruşurlar. Ayə nazil olur və heç də açıqlamır ki, heyzli qadın napakdır, onunla danışmayın, ondan qaçın əksinə, Allah-Taala belə bəyan edir: “ (Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin....”[2] Yəni, qadınlar üçün aybaşı bir növ bədən xəstəliydir və bu xəstəlik zamanı onlarla yaxınlıq etməkdən çəkinin. Bu əmr heç də o mənada deiyl ki. onlarla bir evdə yaşamayın, onlardan uzaq gəzin və s.. Quran-Kərim bu halı başqa xəstəliklər kimi qadınlar üçün yalnız, bir növ bədən xəstəliyi hesab edir və onlara aid edilən hər cür çiriknlik və xoşagəlməz fikirləri rədd edir.[3] Bu ayənin nazil olması haqqında belə nəql olunur ki,” Ənəs ibn Malik nəql edir, yəhudilərin adəti belə idi ki, hər vaxt qadın heyz olsaydı onu evdən çıxarar və onunla bir süfrədə yemək yeməz, onun əlindən su alıb içməz və onunla bir otaqda yatmazdılar. Ona görə də İslam Peyğəmbərindən (sələllahu ələyhi və alehi və səlləm) bu vəziyyət haqqında sual olunur və bu ayə nazil olur. İslam Peyğəmbəri (sələllahu ələyhi və alehi və səlləm) onlardan qaçmağı qadağan edir və buyurur: “Bu haqdan qadınla yaxınlıq etməyin qadağasından başqa heç bir qadağa yoxdur.”[4]
Həmçinin, bu mövzuda rəvayətmiz var ki. heyz halında olan qadının ev işləri görməsinin heç bir eybi yoxdur. Məslən;
1.İslam Peyğəmbəri (sələllahu ələyhi və alehi və səlləm) öz zövcələrindən birinə buyurur: “ O xumrəni mənə ver. (xumrə- adətən kasanın ağzını örtməkdən ötrü bir parça toxunmuş həsirə deiylir.[5] İslam Peyğəmbəri (sələllahu ələyhi və alehi və səlləm) bu həsirdən səccadə kimi namaz qıldıqda istifadə edərdi) qadın Peyğəmbərə (sələllahu ələyhi və alehi və səlləm) cavab verir: Mən heyz halındayam. Həzrət cavabında buyurur: “Məgər heyzli olmağının ixtiyarı sənin ixtiyarındadırmı?” [6]
2.Müaviyət ibn Əmmar İmam Sadiqdən (əleyhissalam) soruşur: Heyzli qadın mənə su gətirə bilərmi? İmam (əleyhissalam) buyurur: “İslam Peyğəmbərinin (sələllahu ələyhi və alehi və səlləm) həyat yoldaşlarından biri heyz halında olarkən Peyğəmbərin (sələllahu ələyhi və alehi və səlləm) başına su tökür və Peyğəmbər (sələllahu ələyhi və alehi və səlləm) başını yuyurdu. Yenə də həmin halda, namaz xumrəsini (həsir canamazını) Onun yanında yerə sərirdi ki, O həzrət namaz qılsın və ona səcdə etsin.”[7]
Beləliklə, bu rəvayətlərə əsasən, heyzli qadının ev işlərindəki fəaliyyəti nəinki qadağan, bəlkə heç məkruh da deyildir.

[1] Mütəhhəri, Mürtəza, Məcməul asar, c.19; səh.418; Sədra nəşriyyatı, Qum, birinci çap
[2] Bəqərə surəsi 222
[3] Mütəhhəri, Mürtəza, Məcməul asar, c.19; səh.418-419; Sədra nəşriyyatı, Qum, birinci çap
[4] Əzdi Səcstani, Əbu Davud Süleyman ibn Əşəs, Sünən əbu Davud, mühəqiq; Əbdul-həmid, Məhəmməd Mühyəd-Din, c.1; səh.67; Əl-Məktəbətul-Əsriyyə, Beyrut, Bi ta; Bəğəvi, Hüseyn ibn Məsud, Məalimit-tənzil fi təfsirul-Quran, təhqiq; Əl-Məhdi. Əbdur-Rəzzaq, c.1; səh.285; Daru Ehyau Turasu Ərəbi, Beyrut, birinci çap, 1429 h.q
[5] Məclisi Əvvəl, Məhəmməd Təqi, Rövzətul-müttəqin fi şərhi mən la yəhzurul fəqih, mühəqqiq və düzəliş verən; Musəvi Kermani, Seyyid Hüseyn İştihardi, Əli Pənah, Təbatəbai seyyid Fəzlullah, c.1; səh.259; Müəsiseyi fərhəngi Kuşanpur, Qum, ikinci çap, 1406 h.q; Mazandarani, Məhəmməd Hadi ibn Məhəmməd, Saleh, Şərh Furuil-Kafi, mühəqqiq və düzəliş verən; Mahmudi, Məhəmməd Cavad. Dirayəti, Məhəmməd Hüseyn, c.2;səh.90; Darul-hədis, lil-təbaəti vən-nəşr, Qum, birinci çap, 1429 h.q
[6] Şeyx Səduq, Mən la yəhzuruluh-fəqih, mühəqqiq və düzəliş verən; Ğəffari, Əli Əkbər,c.1; səh.67; Dəftər intişarat İslami, Qum, ikinci çap, 1413 h.q
[7]Kuleyni, Məhəmməd ibn Yəqub,Əl-Kafi,mühəqqiq və düzəliş verən; Ğəffari, Əli Əkbər, Axundi, məhəmməd, c.3; səh.110; Darul-kutubul islamiyyə, Tehran, dördüncü çap, 1407 h.q