Saytın kodu
fa10560
Arxiv kodu
72068
Sualın xülasəsi
15 yaşa çatmadan öncə həddi buluğa çatmanın əlamətləri hansılardır?
Sual
15 yaşına çatmamışdan öncə bədəndə həddi buluğ əlamətləri müşahidə olunub, həmin şəxsə namaz vacibdirmi?
Qısa cavab
Qız və oğlanlarda həddi büluğun olması aşağıdakı əlamətlərdən biri ilə bilinir:
- Qarın altında iri və kobud tüklərin əmələ gəlməsi (cinsi övrətlərin üstündə );
- Spermanın gəlməsi istər yuxuda olsun istərsə də oyaq olan halda;
- (Öncəki, əlamətlər müşahidə edilmədiyi təqdirdə) Oğlanlarda qəməri tarixi ilə 15 yaşın tamam olması.[1] Bu tarix 15 ildə 163 gün şəmsi tarixindən azdır.[2] Qızlarda isə qəməri tarixi ilə doqquz yaşın tamam olmasıdır.[3] Bu tarixdə 9 il ərzində şəmsi tarixindən 97 gün azdır.[4]
Nəticədə buluğ əlamətlərinin tapılması ilə namaz, oruc, və sair İlahi hökümlər şəxsə vacib olur.
Hər halda həzrəti Ayətullah Məhdi Hadəvi Tehraninin (Allah canın sağ eləsin) bu suala cavabı belədir: “Əgər təbiyi buluğ əlamətləri 15 yaşdan öncə müşahidə olunarsa, oğlan şəri həddi buluğa çatır və bütün şəri hökümlər namaz və oruc kimi ona vacib olur”. (İstiftaat saytına link).
Hər halda həzrəti Ayətullah Məhdi Hadəvi Tehraninin (Allah canın sağ eləsin) bu suala cavabı belədir: “Əgər təbiyi buluğ əlamətləri 15 yaşdan öncə müşahidə olunarsa, oğlan şəri həddi buluğa çatır və bütün şəri hökümlər namaz və oruc kimi ona vacib olur”. (İstiftaat saytına link).
[1] - İmam Xumeyni, Seyid Ruhullah, Tövzihul məsail, (Haşiyələr), cild 2, səh 375, məsələ 2252, İslam nəşriyyatı ofisi, Qum, səkkizinci çap, 1424, hicri qəməri tarixi ilə.
[2] - Müvəhhidi Lənkərani, Muhəmməd Fazil, Cavanların hökümləri, səh 60, Əmir Qələm nəşriyyatı, Qum, Otuz beşinci çap, 1427, hicri qəməri tarixi ilə.
[3] - Tövzihul məsail, (İmam Xumeyninin haşiyələri ilə), cild 2, səh 375, məsələ 2252, (Füqəhanın məşhur rəyi budur ki, həddi buluğun meyarı oğlanlar da 15 yaş və qızlarda 9 yaşdır. Və Onlar buna təkid edirlər).
[4] - Fazil Lənkərani, Muhəmməd, Cavanların hökümləri, səh 60, Əmir Qələm nəşriyyatı, Qum, Otuz beşinci çap, 1427, hicri qəməri tarixi ilə. 11840 saylı göstəricidən alınmışdır. (Qız və oğlanın həddi buluğ yaşları və onların fərqli olması).