`Uşaq saldırma haram və böyük günahlardandır. Bu işi görən tövbə etməli və kəffarəsi (iki ay bir- birinin ardınca oruc tutmaq) var. onun diyəsi də belədir.
Rüşeyim uşaqlıqda qərarlaşandan sonra, 40 gün müddətində spermadır. Onu saldırmağın diyəsi bu müddətdə 20 misqal şərii qızıl sikkədir ki, hər misqal on səkkiz nöxuddur. Ondan sonra 40 gün ələqə yəni laxtalanmış qandır və onun diyəsi 40 misqaldır. Sonra, 40 gün muzğə yəni ət parçasıdır ki, onun diyəsi 60 misqaldır (bura kimi dörd aylıq olur). Ondan sonra sümük formasında olur və onun diyəsi 80 misqaldır. Sonra ət yaranır və insan formasına düşür və onun diyəsi 100 misqaldır. Ruh bədəninə daxil olandan sonra, əgər oğlan olsa, min misqal və əgər qız olsa 500 misqal şərii qızıl sikkədir. Bu deyilənlərin hamılsında əgər hər bir misqal qızılın əvəzinə on dirhəm versələr kifayət edər.
Əgər hamilə bir qadın bilərəkdən uşağının düşməsinə səbəb olan bir iş görsə, onun diyəsini yuxarıdakı dediklərimizə uyğun onun varisinə verməlidir.
Onun özü isə bu diyədən irs aparmaz. Əgər uşağın vərəsəsi onu bağışlasalar diyə lazım deyil. Amma ruh daxil olan uşaqda, qətl kəffarəsi ona vacibdir.[1]
Amma hər halda diri dünyaya gəlməmişsə, mütləq şəkildə qisası yoxdur.
Əlavələr:
Bu suala təqlid mərcələrinin cavabı belədir:[2]
Həzrət Ayətullahul- uzma Xamneyi (muddə zilluhul- ali):
Uşağı saldırma şərii cəhətdən haramdır. Heç bir halda düzgün deyil və onun üçün ciddi tövbə edilməlidir. Uşaq saldırmanın diyəsi ödənməlidir.
Əgər ələqə olsa diyəsi qırx dinar, muzğə olsa, altımış dinar, ətsiz sümük olsa həştad dinardır. Diyə uşağın varislərinə irs təbəqələrinə riayət etməklə ödənir. Amma uşağı saldıran varisə diyə aid deyil. Şərii dinar, bir şəri misqal (3, 6 qram) ölçüsündə olan qızıl sikkəyə bərabərdir. Onun qiymətini bazardan öyrənmək olar.
Həzrət Ayətullahul uzma Sistani (muddə zilluhul- ali):
Nütfə bağlandıqdan sonra uşağı saldırmaq olmaz.
Diyəsi və kəffarəsi (iki ay bir- birinin ardınca oruc) var. Amma əgər hamiləliyin davam etməsinin ana üçün can təhlükəsi olsa, ya adətən dözülməz çox çətinliyi olarsa, bu halda ruh bədənə daxil olmazdan qabaq, uşağı saldırmaq olar. Ondan sonra isə, heç bir halda olmaz. Əgər ana öz uşağın atdırsa, onun diyəsi anaya vacibdir və ona ataya ya digər varislərə verməlidir. Əgər uşağı ata atdırsa, diyəsi ona vacibdir və onu anaya verməlidir. Əgər həkim bu işi görsə, diyə ona vacibdir, baxmayaraq ki, uşağı saldırma ata- ananın istəyi ilə olub, amma onlar bağışlasalar, diyə ona vacib deyil. Uşağa ruh daxil olandan sonra, əgər oğlan olsa, beş min iki yüz əlli misqal gümüş kifayət edir və əgər qız olsa bunun yarısı (ehtiyst vacibə əsasən) qarında ölən uşağın da diyəsi bu miqdardır. Əgər uşağa ruh daxil olmasa, sperma olan vəziyyətdə onun diyəsi yüz beş misqal gümüş, laxtalanmış qan olsa, iki yüz on misqal, ət olsa, üç yüz on beş misqal, sümük olsa, dörd yüz iyirmi misqal, bədən üzvləri kamilləşibsə, beş yüz iyirmi beş misqal kifayət edir. (Ehtiyat vacibə əsasən) ruh daxil olmayan vəziyyətdə, olanla qız arasında heç bir fərq yoxdur. Rüşeymə ruh dördüncü ayda daxil olur ki, bundan qeyrisi yeni aparatlarla isbat olmamaq şərti ilə.
Həzrət Ayətullah uzma Məkarim Şirazi (muddə zilluhul- ali):
Uşaq saldırma haramdır. Amma əgər uşaq ilk mərhələlərində olsa, tam insan formasına düşməsə və uşağın o vəziyyətdə qalması sonra onun dindar elmli insanların deməsi ilə naqis dünyaya gəlməsi, ata- ananın çox çətinliyinə səbəb olsa, hamiləliyə son vermək olar. Ehtiyat üzündən diyəni də versinlər. Uşağın diyəsi onu saldırmaqda əli olanların öhdəsindədir. Əgər ana öz istəyi ilə uşağə saldırmaq üçün özünü həkim ixtiyarına qoyubsa, diyənin yarısı onun öhdəsindədir. Diyə verməkdən əlavə, etdikləri böyük günah üçün ciddi şəkildə tövbə etməli və gələcəkdə yaxşı işlər görməklə keçmişi əvəzləməlidirlər. Rüşeym ruh daxil olmazdan qabaq beş mərhələ keçir: Sperma, ələqə, muzğə, izam (sümük) və ləhm (ət) və onun diyəsi ehtiyat vacibə əsasən belədir: İlk iyirmi gündə (sperma) 15 misqal adi qızıl, ikinci iyirmi gündə (ələqə) 30 misqal, üçüncü iyirmi gündə (muzdə) 45 misqal, dördüncü iyirmi gündə (izam) 60 misqal, beşinci iyirmi gündə (ləhm) uşağın yaranışı tamamlanmadan və ananın qarnında hərəkətə gəlməzdən qabaq, 75 misqal, ruh daxil olandan sonra oğlanda tam diyə və qızda tam diyənin yarısı verilməlidir.
Həzrət Ayətullahul- uzma Safi Gülpayqani (muddə zilluhul- ali):
Uşağı ldürmək hər bir halda haramdır və diyəsi vardır ki, onun saldırılmasına səbəb olmayan varisinə çatır. Əgər uşağa ruh daxil olmuş olsa, kəffarəsi də var, amma diri dünyaya gəlməyibsə, heç bir halda qisası yoxdur.
[1] - Lənkərani, Məhəmməd Fazil Muvəhhidi, Cameul- məsail, cild 1, səh 515, Əmiri- `ələm nəşriyyatı, Qum- İran, On birinci, hicri qəməri, Göstərici 16783 (sayt: 16500)- dən götürülüb.
[2] - Böyük mərcələr: Xamneyi, Sistani, Məkarim Şirazi, Safi Gülpayqani (muddə zilluhul- ali) dəftərlərindən İslam kuist saytı tərəfindən sual edilibdir.