İki naməhrəmin rabitəsi çox genişdir ki, onlardan bəzilərinin eybi yoxdur və nöqsansızdır. Qeyd olunan sual qaranlıqdır amma bu sualı neşə cəhətdən cavab vermək olar. Naməhrəmlər arasında əlaqələr haqqındakı rəvayətin bəyanı:
1- Kafi kitabında öz sənədi ilə sədul Əskaf İmam Baqir (ə) dan rəvayət edib ki, buyurdu: Ənsardan olan bir cavan mədinə küçələrində bir qadınla rastlaşdı ki gəlirdi- o günlərdə qadınlar məqnələrini qulaqlarının arxasına atırdılar- qadın onu keçən vaxt o qadının arxasınca düşdüvə arxadan ona baxırdə, tainki dar küçəyə daxil oldu, orda divarda olan sümük ya şüşə cavanın üzünə keçib onu yardı, qadın gözündən itən vaxt gördü ki, qan sinəsinə və paltarlarına tökülür özü ilə dedi: And olsun Allaha Allahın peyğəmbərinin yanına gedib və bu hadisəni ona danışacam. Cavan o həzrətin yanına getdi və allahın Rəsulu onu görən kimi soruşdu nə olub? Cavan hadisəni dedi. Sonra Cəbrayıl nazil oldu[1] və bu ayəni gətirdi:
«قُلْ لِلْمُؤْمِنِینَ یَغُضُّوا مِنْ أَبْصارِهِمْ وَ یَحْفَظُوا فُرُوجَهُمْ ذلِکَ أَزْکى لَهُمْ إِنَّ اللَّهَ خَبِیرٌ بِما یَصْنَعُونَ»
Möminlərə denən gözlərini (naməhrəmə baxmaqdan) bağlasınlar, saxlasınlar, öz iffətlərini qorusunlar bu onlar üçün daha pakizədir Allah onların işlərindən agahdır.[2]
2- Əziz İslam peyğəmbəri (s) buyurur: Qiyamətdə üç gözdən başqa bütün gözlər aölayar, Allah qorxusundan ağlayan göz və Allahın haramlarına bağlanan göz (naməhrəmlərə haram baxışı olmayan) və Allah yolunda yatmayan göz.[3]
3- İmam Rza (ə) buyurur: Möminlərə haramdır ki, ərli və ərsiz arvadların tüklərinə baxsınlar çünki bu iş şəhvətə və fəsada çəkilməyə səbəb olur.[4]
Əlaqədar göstəricilər:
Sual 16631Sayt: 16341 (İslam və qızla oğlan arasında sağlam rabitələr)
Sual 6669 Sayt: 6745 (Oğlanla qızın rabitələri)
[1] - Təba Təbayi, məhəmməd Hüseyn, Əlmizan tərcüməsi, cild 15, səh 160, İslami nəşriyyat ofisi, Qum, 1374 hicri şəmsi tarixi ilə
[2] - Nur surəsi, ayə 30
[3] - Məşhədi, Məhəmməd, Kənzud-dəqaiq və bəhrul ğəraib. Cild 9, səh 278, İrşad nazirliyinin nəşriyyatı təşkilatı, Tehran, 1368 hicri şəmsi tarixi ilə
[4] - Məclisi Məhəmməd baqir, Bəharul Ənvar, cild 101, səh 34, darul vəfa, beyrut, tarixsiz.