Münasib cavab ələ gətirməkdən ötrü bir neçə zəruri məsələyə diqqət etmək lazımdır:
1.İbadət, Allaha bəndəçlik və Onun gstərişlərini yerinə yetirmək mənasındadır.[1] Həmçinin, ibadət namaz və duaya münhəsir olmasada namaz ibadətin ən yüksək mərtəbəsidir. Bəs, hər kəs Allah-Taalanın göstərişlərini yerinə yetirməklə məşğuldursa, deməli ibadətdədir.
2.Halal ruzi qazanmaq yəni, adi yaşayışa lazım olanlara qazanmaqdan ötrü bütün şəri qaydalara riayət etmək əsas şərtdir və ruzi qazamaq külüngə, daşa və sairə məxsus deyildir. Belə ki, hər kəs şəri qanunlara riayət etməklə fikri işlə məsələn, mühəndsilik, həkimliklə qazanc əldə etsə o da halal qazanc sayılır.
3.Əgər qeyd etdiyiniz bu mövzuda yəni, sübh saat 4.30-dan axşam saat 12-ə qədər 20 saat gecə-gündüz işləməklə, həm vacib ibadətləri əldən verərsiniz və həm də bir çox gündəlik zəruri işlərinizdən o cümlədən, sağlam istirahət, sağlam gəzinti, uşaqların tərbiyəsi, ailənin ruhi çətinliklərinə də yetişib həll edə bilməzsiniz. Belə bir namünasib iş rejimi həm sizə və uşaqlara, həm də ailənizə əvəzolunmaz zərbələr vura bilər.
Belə nəzərə gəlir ki, sizə iş rejiminizi sahmana salıb, xərclərinizi azaltmaq, qənaətcil olmaq və hamı kimi adi iş rejiminə keçmək (gündə 8-10 saat) və bununla da, ailənizin zəruri məsələlərinə yetişmək daha vacibdir. Necə ki, İmamlar (əleyhimussalam) buyurublar: "Öz yaşayışınızı üç qismətə bölün. Bir qisməti halal qazanc, bir qismətini Qiyamət və Axirət azuqəsinə, üçüncü qismətini isə sağlam və halal istirahətdən ötrü qərar verin."[2]
Amma əgər öz adi yaşayış səviyyənizi təmin etməkdən ötrü belə bir iş rejimində işlmək məcburiyyətindəsinizsə onda bütün işlərinizdə qəsd qürbət (Allaha xatir) niyyəti etməklə qazancınızı ələ gətirin və vacib borclarınızı (ibadətlərinizi) yerinə yetirin. İnşallah! Allah-Taala bu işinizdə bütün vədə buyurduğu savabları sizdən ötrü də nəzərə alar.
4. İslam alimlərinin əsas vəzifəsi gecə-gündüz İslam maarifini və elmlərini ələ gətirməkdir. Baxmayaraq ki, bu yolda dəqiq proqramlardan da istifadə edərək, ömürlərinin hər dəqiqəsindən bəhrələnir və müstəhəb ibadətlərlə o cümlədən, gecə namazlarına da yetişirlər.
Bəlkə də ola bilər biləsiniz ki, elm ələ gətirmək ən çətin məşğuliyyətlərdən biridir. Ona görə də cəmiyyət içərisində çox az insanlar elm və təhsil ələ gətirməyin ağrı-acısına dözüb, bu sahənin ardınca gedirlər. Alim və mütəfəkkirlərin sayı cəmiyyətin sayına görə çox azdır. Ona görə mümkündür ki, elə həmin səbəbə görə, İslamda ən çox savabı elm əhlinə verirlər.[3] Həmçinin, alimlərin işlərinin dəyəri şəhidlərin məqamından da üstün sayılır.[4]
[1] Kafi, 1-i cild; səh.439
[2] Məkarimul-Əxlaq, səh.472
[3] Əba Əbdullahdan (əleyhissalam) nəql olunur ki buyrur: "Ən böyük ibadət Allah-Taala və Onun qüdrəti haqqında həmişə təfəkkür etməkdir."
[4]. Mən lə yəhzərul- fəqih, cild 4, səh 398.