Bank xidmətlərində və borc verən müəssisələrindən alınmış borc əgər sələm kimi (faizlə) qiymətləndirilməsə və banklarda verilən şərtlərin əsasında xərclənərlsə heç bir iradı yoxdur. Aşağıda banklardan borc alarkən bir neçə zəruri məsələnin diqqətdə olmasını nəzərə çatdırırıq:
1.Bank kreditinin götürülməsi əvvəlcən orda borc (kredit) dərftərçəsinin açılması ilə şərtlənmiş olmasın. Ayətullah üzma Xamneyi bu haqda buyrur:
" Əgər bankın borc dəftərçəsindən istifadə etmək bu şəraitlə olsa ki, bir müddətdən sonra bankda borc dəftərçəsi olan fərd bankdan kredit götürə bilər yaxud, bank kredit xidmətlərinə görə belə bir şərt qoysa ki, kredit götürmək istəyən fərd əvvəlcə, bankda bir miqdar pul saxlamalı (kredit dəftərçəsi ünvanı ilə) daha sonra bank ona borc verər – bu şərtlərin hamısı haram və riba (sələm) hökmündədir. Amma, əsl pul və borc hər iki tərəf üçün düzgündür."[1]
Əlbəttə, bankda üzv olmaq yaxud, bank olan məhəllədə yaşamaq, həmçinin, bankın kredit götürməkdən ötrü qoyduğu bəzi məhdudiyyətlərin heç bir iradı yoxdur. Həmçinin, bankda fərdlərə borc verməyin bəzi şərtlərlə məhdudiyyəti o cümlədən, kredit verməyin bankda əvvəlcədən kiminsə üzv olması və kredit dəftərçəsinin sırf üzviyyət ünvanı ilə şərtlənməsi, bankdan borcları verilməsinə şəriyət cəhətdən heç bir mane sayılmır. Amma, bankın kredit şərti bu ünvanla olsa ki, kredit götürmək istəyən fərd əvvəlcə, bankda bir miqdar pul saxlamalı (kredit dəftərçəsi ünvanı ilə) daha sonra bank ona borc verər – bu şərt haram və riba (sələm) hökmündədir.[2]
2.Banklardan və ya kredit verilən müəssisələrdən borc verdikdə və ya borc aldıqda borc müqabilində sud və ya faiz nəzərdə tutulmamalıdır. Banka borc verməyin hökmü, bankdan borc almağın hökmü kimidir. Kreditin verilməsində sud və ya faiz şərt olunarsa haramdır. Bu məsələdə, pul sahibinin banka qoyduğu pulun istifadəsiz və sabit qalmasını qəbul etməli və ya müəyyən bir qərardad əsasında, pul sahibi müəyyən müddətdə öz pulundan istifadə edə bilməsin, yaxud belə şərt olunsun ki, pul bankda qalan müddətdə pul sahibi hər zaman istəsə pulundun müəyyən miqdarda istifadə edə bilsin, hər hansı halda haramdır. Amma, əgər əvvəlcədən şərt olunmasa, pul sahibi pulu banka sud və ya mənfəət üçün qoymursa, bu niyyətlə hətta, bank ona sud və mənfəət verməsə də bankdan bir şey tələb etməyəcək. Bu halda, banka pul qoymağın heç bir iradı yoxdur.[3]
3.Bankada hansısa müamilədə şərik olmaq və ya alverdə iştirak etmək ünvanı ilə kredit götürməyin heç bir şəri iradı yoxdur və düzgündür.[4]
Ayətulla üzma Xamneyi bu haqda buyrur:
" Bankadan hansısa işdə şərik olmaq və ya alverdə iştirak etmək ünvanı ilə kredit götürmək düzgündün və bu mövzu bankadan kredit götürmək və ya borc vermək hökmündə deyildir. Belə şəri yollarla bankalara gələn mənfəət və faizlərin heç bir iradı yoxdur və sələm sayılmır. Nəticədə, bankdan ev tikmək, bir şey almaq və ondan istifadə etməyin heç bir iradı yoxdur. Əgər bankdan borc götürülsə və bank borc gütürülməsində bir miqdar artıq pul verməsini tələb etsə, belə kreditin və ya borcun sələmli və belə bir əməlin şəri təklif cəhətdən haram olmasına baxmayaraq, əsl borc və pulun özü borc götürənə halaldır və ondan istifadə etməyin heç bir iradı yoxdur.[5]
Banklardan götürülmüş hər bir borc və kredit əgər artıq qaytarılarlsa, o zaman halal sayılır ki, şəri yolla götütülsün və sələm şəraiti onda olmasın.
Sonda bir məsələni də qeyd etmək lazımdır ki, bu mövzuda əgər kimsə zərurət üzündən kredit götürməyə məcbür olsa, elə şəraitdə sələmin haram olması hökmü aradan götürülür və istifadə halal sayılır.
Ayətulla üzma Xamneyi bu haqda buyrur:
"Sələm vermək haramdır. Yəni, bankdan artıq qaytırması şərti ilə kredit götürmək haramdır. Yalınz, zərurət qarşıya çıxarsa, haram hökmü aradan götürülür. Amma, kredit götürənin harama düşməməsindən ötrü pul götürən fərd banka arıq pul qaytarmasını bilməsinə baxmayaraq, qaytarmağı niyyətində tutumasın."[6]
Çox xoşhal olduq ki, sizin suallarınızı cavablandırırıq və bu mövzuda sizlərə lazım olan məlumatları çatdırırıq.
[1] Şəriət məsələlərinin izahı (İmam Xumeyninin risaləsinə haşiyəsi) c.2;səh.405, s.1786
[2] Şəri suallara cavablar (farsca), səh.423, sual.1787
[3] Şəriət məsələlərinin izahı (İmam Xumeyninin risaləsinə haşiyə) c.2;səh.906, ayətullah Behcətin əlavələrindən
[4] Şəriət məsələlərinin izahı (İmam Xumeyninin risaləsinə haşiyə), c.2; bankların hökümü, səh.935, Böyük İnqilab Rəhbəri ayətullah Xamneyi
[5] Şəriət məsələlərinin izahı (İmam Xumeyninin risaləsinə haşiyəs), c.2; bankların hökümü, səh.915, ayətullah Məkarim Şirazinin əlavələrindən
[6] Mərace təqlidlərin risaləsi, c.2; səh.935, sual 1911. 608-i sualdan götürülüb.