Əgər pak bir şey nəcis (murdar) bir şeyə dəysə və hər ikisi, yaxud biri, digərinə sirayət edəcək dərəcədə rütubətli olsa, pak şey də nəcis olur. Onu pak etmək üçün nəcasətin eynini (maddəsini) aradan qaldırdıqdan sonra əgər nəcis şey bovl olsa onu kürr, cari, yaxud qəlil suda bir dəfə yumaq kifayətdir. Ehtiyat-vacib budur ki, paltar və xalça-palaz kimi şeyləri elə sıxsınlar və ya hərəkət etsinlər ki, onun daxilindəki su xaric olsun. Əgər bovl ilə nəcis olan bir şeyi qəlil su ilə suya çəkmək istəsələr, onun üstünə bir dəfə su töksələr və su ondan ayrılsa onun daxilində bovl qalmadığı halda üstünə digər bir dəfə də su töküldükdə pak olur. Lakin palaz, paltar və xalça kimi şeylərdə hər dəfədən sonra sıxmaq lazımdır ki, daxilindəki suyu xaric olsun.[1]
Bu kimi hallarda qüsl vacib deyildir; yalnız o halda vacibdir ki, meyitin bədəni soyuduqdan və qüsl verilməmişdən əvvəl bir şəxsin bədəni ona dəysin, bu halda bədənin meyitə toxunan həmin yerini yumaqdan əlavə, məssi-meyit qüslü də almaq lazımdır.[2]
Amma əgər pak bir şey nəcis bir şeyə toxunanda hər iksi quru olsa, yaxud rütubəti birindən digərinə sirayət etməyəcək qədər az olsa, pak şey nəcis olmur.[3]
Əlaqədar görünüşlər:
1. Sual 1035 (sayt 1097), Görünüş: “Məninin yuyulmaqla pak olması”
2. Sual 13903 (sayt 13712), Görünüş: “Pak şeylərin nəcis olması”
[1] Yenə orada, səh. 105, məsələ 159 və 160
[2] Yenə orada, səh. 306, məsələ 531 və 522
[3] Əlbəttə həzrət Ayətullah Behcət (r) və Məkarim Şirazinin fətvası budur ki, əgər insanın əli qüslü verilməmiş meyitə dəyibsə, o meyitin bədəni quru da olsa, ehtiyat budur ki, əlini də yusun. Yenə orada, səh. 88, məsələ 125