Arestotel Yunanlı böyük alim, fizika alimi və filosofu, miladdan 184 il qabaq Yunanistanın şimalında yerləşən İstagira şəhərində dünyaya göz açdı. Atası Niku maxus Makedoniya padşahının saray həkimi idi. Aristotelin yəxminən yeddi yaşı olarkən təhsil almaq üçün Atenə getdi və miladdan 368 il qabaq Əflatunun akademiyasının üzvü oldu. İyirmi il müddətinə yəni miladdan 348 il qabaq Əflatunun ölümünə qədər orada qaldı.
O Əflatunun ən böyük və seçilən şagirdi idi. Ustadının ölümündən sonra Ateni tərk etdi və akademiyanın bir şöbəsini Terud bölgəsindəki Asus şəhərində açdı. Orada o yerlərin hakimlərindən biri Hermiyasla tanış oldu və bir müddətdən sonra onun bacısı qızı ilə evləndi.
Ailaddan 343 il qabaq Makedoniyalı Filip, həmin zaman on üç yaşı olan oğlu İskəndərin təlim və tərbiyəsini öhdəsinə almaq üçün Aresoteli dəvət etdi. Arestotel bu təklifi qəbul etdi və onun elmi və əxlaqi tərbiyəsinə başladı. Arestotel bu işi qəbul etməklə tarixdə mühüm bir rol oynadı. Çünki neçə ildən sonra, miladdan 336 il qabaq İskəndər taxta oturdu və dünyanı fəth etməyə başladı. Bu zaman Arestotel Makedoniyanı tərk edib, Atenə qayıtdı. O ustadının akademiyasının üslubunda yeni bir universitet yaratdı ki, orada yerləşdiyi məntəqənin adı ilə "Lukyum" adlandı.
Lukyum kitabxana və müəllimlə təchiz olunmuş elmi bir universitet idi ki, orada dərslər nəzmli formada tədris olunurdu. Lukyumda mütəfəkkir və təhqiqatçı alimlər inkişaf etmiş formada mütaliələrini davam etdirirdilər.
Arestotelin özü bu məktəbdə tədris və öz nəzərlərini irəli sürməyə başladı. Aristoteldən qalan əsərlərin çoxu, onun şagirdlərinin onun dediklərindən götürdükləri qeydlərdir.
O tədris zamanı addım atmağa adət etmişdi. Ona görə də, onun fəlsəfəsi məşşa fəlsəfəsinə yəni çoxlu yol gedən fəlsəfəsinə məşhurlaşdı.
İskəndər miladdan 323 il qabaq dünyadan getdi. Yunanistan və xüsusi ilə Atendə İskəndərə qarşı olan çoxlu pis fikirlərə görə, Aristotel də ittiham olundu ki, şagirdinin etdikləri və müharibələrinə razı olub və ona təsir etmişdir. Ona görə, Aristotel Ateni tərk etdi və Obuiyada yerləşən xalkisə getdi və ana mülkündə yaşadı. O, ondan bir az sonra, miladdan 322 il qabaq xəstəlik nəticəsində dünyasını dəyişdi.
Aristotel dünyanın ən böyük filosoflarından ki, fikri və fəlsəfənin əsas mövzuları və bütün mühüm məsələlər barəsində geniş və misilsiz nəzəriyyələr irəli sürmüşdür. Fizika və məntiqdən tutmuş, əxlaq, siyasət, trajedi və astronomiya. Onun nəzərləri xüsusiylə təbiətdən yuxarı və məntiqi barəsində olanlar, orta əsrlər boyu avropa və kilsə məktəblərinə hakim idi. Ondan sonra da onun fikirləri elmi və mədəni ronesana şərait yaratdı.
İslam fəlsəfəsində də onun rolu Yunanistanın digər filosoflarından çoxdur. Farabi və İbn Sina kimi İslam filosoflarının çoxu onun ardıcılı idilər. Ona görə də, məşşa məktəbinə aiddirlər. Onlar əsasən onun məntiqi və fəlsəfi nəzərlərini şərh və genişləndirdilər.
Buna əsasən, Aristotel heç vaxt İlahi Peyğəmbərlərdən olmayıb. Əksinə çox böyük vəadlı- sanlı bir filosof olubdur ki, onun ardıcılları və ya filosoflar ona filosofların Peyğəmbəri ləqəbini veriblər.
Sonda bu böyük filosof və həkimin bir neçə hikmətli sözünü qeyd edirik. O qısa və mənalı cümlələrdə buyurubdur: "Dost özü ikincidir" "Elm əldə etmək qocalığa doğru səfərin ən yaxşı azuqəsidir". "Xoşbəxtlik bizim öz əlimizdədir". "Kasıblıq inqilab və cinayətin atasıdır". Anlamaq yəni əzab çəkmək". "Elm qocalıq üçün ən yaxşı ehtiyatdır". "Onun müqabilində pul əldə edilən hər bir sənət zehni sovurar və çürüdər". "Böyüklük fəxr əldə etməkdə deyil. Böyüklük ondadır ki, ona layiq olduğunu biləsən". "Ümid ayıq olduqda olan yuxudur".[1]
[1] - Onun nəzər və fikirlərindən məlumat əldə etmək üçün, məktəblərin milli şəbəkəsinə baxın: (Rüşd).