Saytın kodu
fa14068
Arxiv kodu
75291
tags
Borc|həcc|qüdrət|qüdrəti olan
Sualın xülasəsi
Həccə getməkdən ötrü kimdənsə borc almaq olarmı?
Sual
Həccə getməkdən ötrü kimdənsə borc almaq olarmı? Şəraiti nədir?
Qısa cavab
Bu sualın iki bölümdə cavabı ola bilər:
A) İslam aləmində həcc əməli elə əzəmətli ibadətlərdəndir ki, ondan otrü borc alıb Həccə getmək olar. Bu haqda Məsum İmamlardan (əleyhimussalam) hədis kitablarında rəvayətlər də nəql olunmuşdur.[1]
B) İkinci mövzu budur ki, həccin şəraitlərindən birinin insanın özünün mal cəhətdən, qüdrəti olmasını nəzərə almaqla, borc görtürüb həcc əməllərini yerinə yetirmək insannın boynundan ömründə bir dəfə tam şəraiti ilə ona vacib olan həcci əvəz edirmi - sualıdır. Başqa sözlə desək, bu pulla yerinə yetirilən həcc vacib həcci insanın boynundan götürürmü?
Əksər fəqihlərin və mərce təqlid müctehidlərin bu mövzuda cavabı belədir:
Əgər boynuna həcc gəlməyən insan həccin xərcını borc götürərsə, vacib həcc boynuna gəlmir. Baxmayaraq ki sonradan asanlıqla da olsa, borcunu qaytara bilər.[2] Əgər o pulla həcc yerinə yetirsə, Həcc əkbər yəni vacib həcc boynundan götürülmür.[3] Əlbəttə, bəzi mərce təqlidlər o cümlədən, ayətullah Xoi, Gülpayqani, Fazil Lənkərani, Xamnei, Safi Gülpayqani və Zəncai qeyd edirlər ki, hər kəs bir miqdar borc pul tapsa və onunla həccə getsə əgər sonradan çox zəhmətə düşmədən borcu geri qaytara bilərsə, həcc ona vacib olur.