Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər mehriyyənin miqdarının təyin olunmasında da kişinin tam ixtiyarı var idisə (vəkil idisə) və sualın fərz olunduğu halda əqdin oxunuşundakı şərtlərə riayət olunubsa, məsələn, əgər qız bakirə olsa, ehtiyata əsasən qəyyumunun (ata və ya ata tərəfdən olan babanın) icazəsi ilə olubsa, əqd səhihdir və həmin miqdar mehriyyə hesab olunmalıdır.
Ayətullah əl-uzma Sistaninin (müddə zulluhul-ali) dəftərxanası:
Əqd səhihdir və əgər mehriyyənin təyin olunması barəsində razılıq hasil olmasa, gərək şəriət hakiminə müraciət edəsiniz.
Ayətullah əl-uzma Safi Gülpayqaninin (müddə zilluhul-ali) dəftərxanası:
Əgər qadın kişini, mehriyyənin təyin olunmasında da vəkil edibsə, əqd səhihdir və həmin mehriyyə qüvvədədir. Əks halda, əqd füzuli sayılır: yəni əgər qadın icazə versə, səhih, icazə verməsə batildir. Batil olan halda da yuxarıdakı əməl zina sayılmır, əksinə “vəty be şübhə”dir. Bunu da deyək ki, əgər qız bakirədirsə, onun əqdi ehtiyat vacibə görə atasının və ya ata tərəfdən olan babasının izni ilə olmalıdır.
Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:
Qeyd olunan əqd batildir və eyni halda, siz gərək onun mehrul-mislini belə əqdə mütənasib olaraq ödəyəsiniz.
Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir:
1. Əgər nikah əqdinin iki tərəfi əqdin şərtləri barəsində bir-biri ilə razılığa gəlməsələr, o əqd batildir, yəni onun barəsində şəri əsərlər qüvvədə olmur. Amma əqddən sonra tərəflər onun məzmunu barədə razılığa gəlsələr, həmin əqd səhih olur və əqdi təkrarlamağa ehtiyac yoxdur.
2. Əgər əqdin batil olmasından xəbərsiz və əqdin səhih olmasını təsəvvür edərək cinsi əlaqədə olsalar, zina deyildir və “vəty be şübhə” hesab olunur.