Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq.
1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə sünnülərin nəzəridir. Onların etiqadına görə o həzrətin besəti mübarək Ramazan ayında baş vermişdir (onun hansı gündə baş verməsi barəsində də ixtilaf vardır).[1]
2. Peyğəmbərin meracı barəsində isə, onun həm sayı, həm də baş vermə vaxtı ilə əlaqədar nəinki sünnü və şiələr arasında, hətta əhli-sünnətin öz arasında da ixtilaf vardır.[2]
Bəziləri də besətin onuncu ili, rəcəb ayının 27-ci gecəsini Peyğəmbərin merac zamanı qeyd etmişlər.[3] Buna görə də bu iki məsələ arasında heç bir təzad yoxdur. Çünki fərz üzrə bu iki hadisənin bir gündə baş verməsini desək də, bütün nəzər sahiblərinin müttəfiq fikrinə görə merac besətin birinci ilində olmamışdır; əksinə bu hadisə bundan sonrakı illərdə zikr olunmuşdur.[4]
[1] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, tərcüməçi: Musəvi Həmədani, Məhəmməd Baqir, 2-ci cild, səh. 25, “İslami nəşriyyat”ın dəftərxanası, Qum.
[2] Təyyib, Seyid Əbdül-Hüseyn, “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 8-ci cild, səh. 218, “İslam” nəşriyyatı, 2-ci çap, Tehran, 1378-ci şəms il; “Əl-mizan fi təfsiril-Quran”, 13-cü cild, səh. 38, “Ruhul-məani”, təfsirindən (15-ci cild, səh. 6) və “Mənaqib”dən (1-ci cild, səh. 177) nəqlən
[3] Məkarim Şirazi, Nasir, “Təfsiri-nümunə”, 12-ci cild, səh. 14, "Darul-kutubil-islamiyyə", Tehran, 1-ci çap, 1374-cü şəmsi il
[4] “Ətyəbul-bəyan fi təfsiril-Quran”, 8-ci cild, səh. 218, “Əl-mizan fi təfsiril-Quran”, 13-cü cild, səh. 38