Mübarək fəcr surəsi İmam Hüseyn (ə) surəsi kimi məşhurdur.[1] İmam Sadiq (ə) buyurur: Fəcr surəsini hər vacib və müstəhəb namazda qılın ki, Hüseynin (ə) surəsidir. Hər kəs bu surəni oxuyarsa, qiyamətdə Hüseyn bin Əliylə (ə) onun birinci dərəcəsində cənnətdə olacaq.[2]
Bu surənin axırıncı hissələrində, aram və mütməin nəfsə xitab edilmişdir. Allah onu özünə tərəf çağırır və Özünün xass bəndələrindən edir və daha sonra onu əbədi cənnətə dəvət edir.[3]
Burada mütməin ( arxayın və ya xatircəm) nəfsə ən bariz nümunə İmam Hüseyndir (ə). Elə bu səbəbdəndir ki, bu surəni İmam Hüseyn (ə) surəsi adlandırırlar. [4]
[1] - Təfsire Nəsim Rəhmət, cüz 30- 29, səh 389, təfsire nümunə, cild 26, səh 439.
[2] - Həmin mənbə, səh 390, Məcməil bəyan, cild 10, səh 730.
[3] - Əl- fəcr, ayə 28- 30. Ey xatircəm olan kəs! dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! Bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə varid il!
«یَأَیَّتهَُا النَّفْسُ الْمُطْمَئنَّةُ*ارْجِعِى إِلىَ رَبِّکِ رَاضِیَةً مَّرْضِیَّةً*فَادْخُلىِ فىِ عِبَادِى*وَ ادْخُلىِ جَنَّتىِ*»
[4] - Təfsire nümunə, cild 36, səh 439.