Bu sual iki cəhətdən qaranlıqdır:
Birincisi budur ki, sizin təqlid etdiyiniz Mərcə müəyyən olunmayıb.
İkincisi budur ki, yer ünvanı (adı) qaranlıqdır. Yəni müəyyən olunmayıb ki, bu yer irsdir ya hədiyyədir ya alınıbdır? Bu cəhətdən məsələnin bütün fərzlərinə işarə olur:
Əgər bu yer irs olarsa:
Şiənin müasir fəqihlərinin ittifaqına əsasən, insana çatan irsin xumsu yoxdur. Məgər bu ki:
- Uzaq qohumlardan ola və belə qohumu olduğunu bilməyə (nəticədə belə bir irsin intizarında olmasın). Buradada əgər illik məxaricdən artıq gəlməsə xumsu yoxdur. Amma əgər illik məxaricindən artıq gələrsə fəqihlərdən bir dəstəsi buyururlar: Ehtiyatı vacibə əsasən onun xumsunu verməlidir.[1] Bir dəstədə lazım bilmirlər bəlkə buyururlar: Onun xumsunu vermək müstəhədir.[2]
- Bir mal ona irs yoluyla yetişə və bilə ki, ona irs yoluyla çatan malın xumsu verilməyib, onun xumsunu verməlidir.[3]
- O malın özünün xumsu yoxdur, amma insan bilir ki, o kəs ki, mal ondan irs qalıb xums borcludur, bu halda xumsu onun malından verməlidir.[4]
Əgər bu yer həddiyə olarsa:
Bu barədə ki, hədiyyəyə xums gəlir ya yox?
Fəqihlər arasında müxtəlif rəylər var, ümumi şəkildə onların aşağıdakılarda xülasələşdirmək olar:
- Xümsu yoxdur.[5]
- Əgər illik məxaricindən yəni xumsun ilindən artıq gələrsə, onun xumsunu verməlidir.[6]
- Əgər xums ilindən artıq gələrsə, ehtiyatı vacibə əsasən onun xumsun verməlidir.[7]
Bəli əgər hədiyyə olunan mala qabaqcadan xums gəlib, təqribən bütün fəqihlər hədiyyə olana xums ödəməyin vacib bilirlər.[8]
Amma əgər yeri olsa bu halda neçə cür təsəvvür olunur:
- Əgər xumsun və zəkatın vermədiyi pulun özüylə (eynilə) bir mülk olsa, öz borcun ödəməlidir. Onun bu mülkdə istifadəsi haramdır və orada qıldığı namaz batildir.[9]
- Əgər o mülkü ala və alan zaman qəsdi bu ola ki, əvəzini xumsu ya zəkatı verməyən maldan versin, belə halda borcunu ödəməlidir.[10] (Xumsun verməlidir). Amma orada namaz qılmaq və istifadə etmək haqqında, fərqli nəzərlər var:
A: O mülkdən istifadə haram və orada namaz batildir.[11]
B. Ehtiyatı vacibə əsasən ondan çəkinsin.[12]
C. O mülkdən istifadə haram deyil və namazıda orada düzgündür.[13][14]
Ayətullah- uz uzma Məkarim Şirazi (ofisindən olunan sorğuya əsasən) buyurub: Xums barədə əgər zəhmətə (çətinliyə) düşsəniz xunsunun yarısın sizə bağışlayırıq yarısında tədricən ödəyin.
Amma həcc:
Həccin vacib olma şəraitinə sahib olan adama ömründə bir dəfə Allah evinin ziyarəti vacib olur.
Həccin vacib olma şəraiti:
- 2 və 3. Həddi büluğ olsun, ağıllı olsun və azad olsun.
4.Həccə getmək vasitəsiylə həcdən əhəmiyyətli olan haram işin icrasına məşğul olmasın, ya həcdən əhəmiyyətli olan vacib iş tərk etməsin.
5. Müstətii olsun, yəni maddi imkanı olsun və həcci yerinə yetirmək üçün qüdrəti və sağlamlığı olsun.
6. Həccin əməllərini yerinə yetirmək qədərincə vaxtı olsun.[15]
Buna əsasən isitaət şəraitinin hamısı olduğu halda, həcc ona vacibdir. Şəri üzür olmadan onu tərk etmək böyük günah hesablanır.
Nəticə budur ki, isitaət şəraiti varsa və əsas mane yoxdursa o müstətiidir və həccə getməsi vacibdir. İstitaət şəraitinin biri olmadığı halda həcc ona vacib deyil. Necə ki, həzrəti Ayətullahul uzma Məkarim Şirazi (ofisindən axırıncı sorğuya əsasən) buyrub: Yerin puluna ehtiyacınız olduğu halda heç sizə vacib deyil.
[1] - Böyük yətullahlar, Xoyi, Təbrizi, Fazil, Safi, Zəncani, və Bəhcət.
[2] - İmam Xumeyni, şəriət hökmlərinin izahı, Əlməhşi, cild 2, səh 9, Məsələ 1754.
[3] - Böyük Ayətullahlar, İmam Xumeyni (rəh) Xoyi (rəh) Bəhcət (rəh) Ehtiyatı vacibə əsasən, Sistani, Zəncani: Bir cürə onun borcunu ödəməlidir, istər meyyitin malından versin yaxud öz malından versib sonra meyyitin malından götersün, ya öz malından heyvanı. (əvəzsiz) versin. Fazil: Əgər o mal həmin ölüm ilinin gəlirindən olubsa bu adam onun xums borcunu verməlidir və Məkarim (Mərhum Təbrizidən başqa ki, buyurur: Əzhərə əsasən onun xumsunu vermək vacib deyil, digərlərinin nəzəri birdir).
[4] - Bu nəzəri hamı qəbul edir.
[5] - Böyük Ayətullahlar, İmam Xumeyni, Xamineyi, Nuri.
[6] - Böyük Ayətullahlar, Safi, Sistani: (Zəncani: Əgər illik gəlirindən çox qalarsa, əgər ələ gətirdiyi mal dəyərli olsa xumsunu vermək lazımdır. Bəlkə ehtiyata əsasən mal qiymətli olmasa da xumsun versin).
[7] - Böyük Ayətullahlar Bəhcət, Fazil, məkarim, Müraciət et: İmam Xumeyni, Şəriət gökmlərinin izahı Əlməhşi, cild 2, səh 8, məsələ 1753; tələbəlik hökmləri; xumsun hökmləri, Seyyid Müctəba Hüseyni, səh 49.
[8] - Müasir fəqihlər arasında təkcə Ayətullah Sistani və Ayətullah Təbrizi xumsun ödənməsini bağışlayan adama vacib bilirlər. Müraciət et: Həmin, səh 50.
[9] - İmam Xumeyni, Xoyi, Gülpayqani, Əraki, Təbrizi, Məkarim, Fazil, Safi, Nuri, Zəncani, (Ehtiyatı müstəhəbbə əsasən orada namazıda batildir).
[10] - Borcunu ödəməyi haqqında ixtilaf yoxdur.
[11] - İmam Xumeyni, (rəh).
[12] - Amma Ayətullah Fazil və Ayətullah Məkarim buyurur:
[13] - Ayətullah Sistani və Ayətullah Əraki.
[14] - Şəriət hökmlərinin izahı, (Əlməhşi lil İmam Xumeyni), cild 1, səh 486.
[15] - Şəriət hökmlərinin izahı (Əlməhşi lil İmamil Xumeyni), cild 2, səh 186, məsələ 2036.