Bu məsələ aydın olmaq üçün, bir neçə məsələyə diqqət etmək lazımdır:
- Əgər "şiə"- dən məqsədiniz, bəzi şiələrin etdikləri səhvləridirsə, belə səhvləri şiə məzhəbinə nisbət vermək, insafsızlıqdır. Çünki:
İslamın öz- özlüyündə eyb və nöqsan yoxudur, mövcud nöqsanlar, bizim müsəlmançılığımızdandır.
- Sizin ölçü meyarınız olan, bir- başa üslub hansıdır? Siz şiəni nə ilə müqayisə edib və onun inhirafa düçar olduöunu anladınız?
Belə məsələlərdə, Quran və sünnəti (hansı ki məsumdan olması qətidir) əsas qərar verin və islam məzhəblərini onunla ölçün?
Deməli Quran və sünnəyə uyğun olan hər bir məzhəb, haqdır, əks təqdirdə haqq deyil.
Əgər şiəni Quranla müqayisə etsəniz, onun əqaid, fiqhi hökümlər ya əxlaqi göstərişlərinin harası Qurana uyğun deyil?
Niyə Əhli- beytin (ə) yalnız əhkam, əqaid və üslubunun dil, ürək və əməldə yolu ilə gedən şiə məzhəbi, xəta və səhvdə olmalıdır?
Əgər şiədə Əhli- beytin (ə) əqaid və göstərişləri ilə ziddiyyət görürsünüzsə, hansı yerləri etiqadi və əməli paradoks kimi tapdığımızı dəqiqi formada buyurun.
Şiə alimləri deyirlər: Biz islam peyğəmbərinin (s) sünnəsindən ayrı bir yolla getmirik çümki hamının qəbul etdiyi çoxlu ayə və rəvayətlərdən belə istifadə olur ki:
Bir: Allah peyğəmbəri (s) camaatı canişinsiz qoyub və dünyadan gedə bilməzdi.
İki: O həzrətin canişini, mötəbər sənədlərə əsasən yalnız həzrət Əmirəl- möminin Əli (ə)- dır.
Üç: Hətta qeyri şiənin (sünnülər) peyğəmbər (s)- in camaatı, Əli (ə)- dan qeyrisinin canişinliyində tərk etməsinə, bir sübutları belə yoxlarıdır.