Pişnamazın şərtlərindən biri ədalətli olmaqdır.[1] Pişnamazın bu ədaləti aşkar olunub isbat edilməlidir.[2]
Ədalət batində Allahdan bir növ qorxu hissidir ki, insanın böyük günah iş görməsinin və ya kiçik günahları təkrar etməsinin qarşısını alır. Əgər bir şəxslə oturub-dursaq və ondan bir günah görməsək, bu onda ədalətin varlığının nişanəsidir və buna batini səciyyədən hekayət edən hüsnü-zahiri deyilir.[3]
Ədalətin isbatında və iqtida etməyin caizliyində əsas meyar pişnamazda ədalətin varlığına etimad və xatircəmliyin hasil olmasıdır, hətta başqalarının ona iqtida etməsi ilə də hasil olsa belə.[4]
Ədalətin isbat olunma yolları barəsində bəzi alimlərin təbirləri belədir: Ədalət iki adil şəxsin şəhadəti ilə sübuta yetir, bu şərtlə ki, digər iki adilin şəhadəti ilə – hətta bir adilin də onun fisqinə (günahkarlığına) dair şəhadəti ilə zidd olmasın.
Ədalətli olmaması (fasiq və günahkar olması) məlum olmayan bir dəstə adamın bir şəxsin ədaləti barəsində verdiyi xəbər xatircəmlik hasil olmasına səbəb olarsa, bu, o şəxsə iqtida etməyin caizliyində kifayətdir. Hətta bir nəfər adil şəxsin şəhadətindən hasil olan, yaxud iki adil şəxsin iqtida etməsindən hasil olan, yaxud vəziyyətləri (adil olub-olmamaları) naməlum olan bir dəstə adamın ona iqtida etməsindən hasil olan xatircəmlik də kifayətdir, bir sözlə, hər yolla hasil olan etimad və xatircəmlik kifayətdir, bu şərtlə ki, xatircəmlik hasil edənlər düşüncəli, agah və bəsirətli insanlar olsunlar, şəri məsələlər barəsində mərifətləri olsun; nəinki bu barədə cahillərdən və nə də ən kiçik şeydən belə xatircəmlik əldə edənlər.[5]
[1] “Tövzihül-məsail” (imam Xomeyni), 1-ci cild, səh. 791, məsələ 1453
[2] Fazil Lənkərani (rəhmətullahi əleyh): “İmam camaatın ədaləti iqtida edənlər üçün tam məlum olmalıdır, ədalətinin əslində (ədalətinin olub-olmamasında) şəkk etdiyi zaman ona iqtida edə bilməz.”
[3] Məkarim Şirazi, “Tövzihül-məsail”, məsələ: 1268
Ayətullah Behcət (rəhmətullahi əleyh), “Tövzihül-məsail”, məsələ 1171: “Pişnamazda mötəbər və şərt sayılan ədalət hüsnü-zahiridən, yəni böyük günahlardan uzaq olmaqdan ibarətdir, belə ki, zənn əsasında şəxsin günahı tərk etmək qərarında olan vəziyyətinin zahirinə dəlalət etsin, nəinki təsadüfən bir neçə gün günahı tərk etmiş olsun. İqtida edənlər bu hüsnü-zahiri aşkar etməlidirlər. Kiçik günahlara israr etmək də kəbirə günah hesab olunur.”
[4] “Əl-ğayətul-qusva fi tərcəmətil-Ürvətil-vusqa”, 2-ci cild, səh. 63
[5] “Əl-ğayətul-qusva fi tərcəmətil-Ürvətil-vusqa”, 2-ci cild, səh. 63, məsələ 14 və 15