Ali məqamlı mərcəyi-təqlidlərin dəftərxanalarından əldə edilən cavablar:
Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası:
“Siz şəri haqqı (xümsü) həzrət Ayətullahın nümayəndəsinə çatdırıncaya qədər malınızdan ayırıb bir tərəfə qoya və öz yanınızda saxlaya bilərsiniz. Sonradan (nümayəndəni tapdığınız zaman) bu əmlakı həmin şəxsə verə bilərsiniz.”
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (müddə zilluhul-ali) dəftərxanası:
“Öz xümsünüzü həzrət Ayətullahın “vücuhat saytı”nın yolu ilə ödəyə bilərsiniz.”
Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) bu sual barəsində cavabı:
“Siz internet, yaxud bank həvaləsi vasitəsi ilə xüms pulunu cameuş-şərait müctəhidə, yaxud onun vəkilinə çatdıra bilərsiniz. Daha yaxşı olar ki, onu islam rəhbərinə, yaxud onun vəkilinə təhvil verəsiniz. Hər bir halda cameuş-şərait müctəhidin özü, yaxud vəkilinin xüsusi icazəsi olmadan xümsü bir şəxsə verə bilməzsiniz.”