1. Allah, Özünün xəlq etdiyi hər bir şeyi: asimanı və yeri, dağları və dəryaları, meşələri və səhraları... müəyyən məsləhət və faydalar əsasında xəlq etmişdir. Onların xilqəti haqdır və onda batilə əsla yer yoxdur.[1] Lakin bəşər övladı bu məsləhətləri dərk etməkdə acizdir. Meşələr və dəryaların insan üçün hiss və müşahidə edilən faydalara malik olduğu kimi, susuz və quraqlıq səhralar da belə faydalara malik ola bilər.
2. Yer kürəsi özünün həyatı boyu həmişə eyni vəziyyətdə olmamış, müxtəlif iqlim şəraitlərini arxada qoymuşdur. Bir zamanlar yer kürəsinin əksər hissələri okeanların və dənizlərin altında olmuş və zamanın keçməsi ilə quruluğa çevrilmişdir.
3. İnsanların əli ilə nə qədər gözəl təbii mənzərələr, meşələr və s. məhv edilərək hal-hazırda quraqlıq səhralara çevrilmişdir! Bəzi səhralar da fəal və işgüzar insanların vasitəsi ilə əkin sahələrinə, məhsuldar bağlara çevrilmişdir.
4. Elm və texnologiyanın inkişaf etdiyi bugünkü dövrdə quru və yandırıcı səhralardan da istifadə etmək olar. Əgər onlardan düzgün proqram əsasında istifadə edilsə, həm məntəqə, həm də ölkə səviyyəsində özünə məxsus iqtisadi təsirlər qoyacaq, insanların həyat şəraiti və rifahının yüksəlməsinə, işsizlər üçün iş-peşə tapılmasına səbəb olacaq, səhralarda bir-birinin ardınca müxtəlif sənaye şəhərləri icad olunacaq, keçmişdəki əkinçilik sənayesi əvəzinə inkişaf etmiş texnologiya əmələ gələcəkdir. Bundan əlavə, quraqlıq səhralar və çöllər dünyanın hər yerində, xüsusilə İranda (qeyri-münasib təbii arizələr ünvanı ilə) mühüm turist cazibələri hesab oluna bilər.[2]
5. İnsanların xilqətində bir çox fərqlər vardır[3] və Allah-taala onun xilqətindəki bu fərqlərdən müəyyən hədəfləri izləyir. Bu məsələ Yerin də xilqətində mövcuddur.
Əlaqədar görünüşlər:
“İnsanlarda ixtilaf və təfavütün fəlsəfəsi”, sual 12662 (sayt: az12544)
“Varlıqların xilqətində fərq”, sual 5381 (sayt: 6448)
“İnsanların ixtilaf və təfavütü”, sual 17695 (sayt: 17343)
[1] “Biz asimanları və yeri, onların arasında olanları oyun-oyuncaq xəlq etmədik.” “Ənbiya” surəsi, ayə: 16
[2] Kərdovani, Pərviz, “İranın səhra səyahətlərinin cazibələri”, “Rasixun” saytı
[3] “Allahın ayələrindən biri (də) asimanların və yerin xilqəti, sizin dil və rənglərinizin fərqləridir, bunlarda alimlər üçün ilahi nişanələr vardır.” “Rum” surəsi, ayə: 22; “Şübhəsiz, asimanların və yerin yaradılışında, gecə-gündüzün növbə ilə bir-birini əvəz etməsində əql sahibləri üçün (aydın) nişanələr vardır.” “Ali-İmran”, surəsi, ayə: 190