Dini təlimlərdə insanın günahdan hifz olunması üçün qadağan olunan yerlərdən biri naməhrəm ilə xəlvət etməkdir (tənha qalmaqdır).
İblisin həzrət Musaya (ə) vəsiyətində oxuyuruq: Ey Musa! Biganə (yad) qızla xəlvət etmə; çünki, hər kim belə edə mənim dostlarım deyil, mən özüm ona köməkçi olaram.[1]
Həmçinin onun həzrət Nuha (ə) etdiyi nəsihətlərdə gəlibdir: Hər vaxt biganə qadınla xəlvət etdin və sizinlə heç kəs olmadı, məni xatırla.[2]
Buna əsasən, Şeytanın, naməhrəmlə xəlvət bir yerdə olan zaman insanın yanında olduğunu nəzərə alaraq onun vəsvəsələrinə düçar olmamaq üçün naməhrəm qadınlarla xəlvət etməkdən çəkinmək lazımdır.
Bu yerdə xatırlanması lazım olan nöqtə budur ki, bəzən mümkündür naməhrəm ilə xəlvət etməyin təhsil, müşavirə və s kimi səbəbləri ola. Belə hallarda lazımdır ki, şeytanın sui- istifadə yollarını bağlamaq üçün ümumi yerlərdə din və şəriət meyarlarına riayət etməklə belə işlər yerinə yetirilsin.
Baxmayaraq ki, Şeytan, insanın aşkar düşmənidir və çox yerlərdə gərək onun sözünə diqqət olunmaya, amma dini təlimlərdə jikməti qəbul etmək Allahın düşmənlərindən olsa da belə, sifariş olunubdur: İmam Əli (ə) bu barədə buyrub:
1. Həkimanə mətləbləri deyən müşrik olsa da belə öyrənin.[3]
2. Sözü deyənə yox onun sözünə diqqət edin; yəni doğru- düzgün mətləbi deyənindən asılı olmayaraq dinləyin və öyrənin.[4]
3. Elm bə hikmət, imanlı kişilərin (imanlı şəxsin)itirdiyidir ki, həmişə onun arxasıncadırlar. Onu, müşrikin yanında da olsa istəyin.[5]
Aid olan göstəricilər:
1. Oğlan və qız arasında düzgün cinsi əlaqə, sual 14344 (sayt: 14129).
2. İslam və oğlan- qız arasındakı düzgün əlaqə, sual 16631 (sayt: 16341).
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Mufid, Məhəmməd ibn Məhəmməd, Əl- əmali, səh 157, Şeyx Mufid konqresi, Qum, 1413 hicri qəməri.
[2] - Şeyx Səduq, Xisal, cild 1, səh 132,Cameeye müdərrisin nəşiyyatı, Qum, 1403 hicri qəməri.
[3] - Əbul- fəzl, Əli ibn Həsən Təbərsi, Mişkarul- ənvar, səh 135, Heydəriyyə kitabxanası, Nəcəf, 1385, hicri şəmsi.
[4] - Təmimi Amədi, Əbdul- Vahid, Ğurərul- hikəm, səh 58, hədis 612, Təbliğat dəftərxanası nəşriyyatı, Qum, 1366 hicri şəmsi.
[5] - Şeyx Tusi, Əl- əmali, səh 625, Darus- səqafə nəşriyyatı, Qum, 1414 hicri qəməri.
Bu sualın ətraflı cavabı yoxdur.