İlahi hökmlər bir cəhətdən iki yerə bölünürlər.
1. İmzai hökmlər
2. Təsisi hökmlər.
İmzai hökmlər o hökmlərdir ki, İslamdan qabaq olublar, amma İslam onları islahat aparmaqla imza edibdir; ticarət növlərinin çoxu kimi, amma təsisi hökmlər o hökmlərdir ki, qabaqca olmayıblar, bəlkə onlar, İslamın yemiliklərindəndir; ibarətlərin çoxu kimi.
İnsanların arasında olan qarşılıqlı haqq (maaş) da təkcə İslama məxsus deyil, bəlkə İlahi dinlərin hamısında hətta qeyri İlahi dinlərdə də olubdur.
İnsan, ictimai və təbiətən mədəni bir varlıqdır. Buna görə də ictimaiyətin nizamını qorumaq üçün gərək qanunlar tərtib oluna, şəxslər üçün haqlar tanına və cəmiyyətin şəxslərinin o haqlara bağlı olması üçün onları mükəlləf edə. Bu həmin o şeydir ki, iki tərəfli haqq ibarəti ilə ondan ad aparılıb.
Həkim və xəstə arasındakı qarşılıqlı haqlara gəlincə gərək deyək ki, həkim və xəstədən hər birinin bir- birinə nisbət haqları vardır ki, aşağıdakılardan ibarətdir:
1. Xəstə gərək həkimə etimad edə (inana) və həkim də xəstəyə nisbət sədaqətli ola; yəni əgər xəstənin, xəstəliyi yaxud eybi ola ki, məxfi olub və xəstə üçün sirr hesab olunur, gərək onu başqalarına deməyə.
2. Əgər xəstə naməhrəm ola, gərək baxmaq, ləms etmək (toxunmaq) və s. Kimi işlərdə şəri hədləri riayət edə.
3. Həkim gərək xəstələrə dəqiq və düzgün diaqnoz qoymada çox çalışa və səyini əsirgəməyə. Ehtimal və güman üzündən xəstəsini müalicə etməyə.
4. Dərmanları xəstə üçün zərurət və ehtiyac zamanı təyin edə (yaza) vəs...[1]
5. Həkim gərək öz ixtisası və işinə iqtisadi cəhətdən baxmaya, bəlkə xəstəyə insanlıq baxışı ilə yanaşa.
Xəstə də gərək bunun qarşılığında həkimin zəhmət haqqını nəzərdə ala (unutmaya).
6. Xəstə də gərək həkimin tövsiyələrinə diqqət edə və müalicə və sağlamlıq üçün lazım olan hər bir şeydən istifadə edə.
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Məclisi, Biharul- ənvar, cild 75, səh 235, Əl- vəfa müəssisəsi, Beyrut- Livan, 1404 hicri qəməri. İmam Əlinin (ə) belə buyurduğu rəvayət olunub: Üç şey vardır ki, heç bir bölgənin əhli, dünya və axirət işlərində ona pənah aparmaqdan (sığınmaqdan) niyazsız deyillər. Əgər onu əldən verələr nadan və axmaqdırlar. Helmli fəqih (şəriət alimi) və mütəfəkkir, xeyirxah və camaat tərəfindən itaəti qəbul olunmuş başçı, etimad olunmuş ağıllı- fərasətli həkim.
Bu sualın ətraflı cavabı yoxdur.