Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik:
Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında xüsusi ixtilaf yoxdur. Məsələn:
1. Mümkün olduğu qədər uşağa iki il süd verimək müstəhəbdir.[2]
2. Uşağa müstəhəbdir ki, iyirmi bir ay süd verilsin və yaxşı deyil, iki ildən artıq uşağa süd verilsin. [3]
3. Uşağa süd vermənin ən az müddəti iyirmi bir aydır. [4]
Amma iki ildən artıq süd vermə barəsində fəqihlərin fətvası aşağıdakı kimidir:
4. Ehtiyata əsasən uşağa iki ildən artıq süd verməyin.[5]
5. Uşağa iki ildən sonra bir yaxud iki ay əlavə süd vermək caizdir.[6]
Daha çox məlumat üçün:
“Bəqərə surəsinin 233 ayəsi ilə ihqaf surəsinin 15 ayəsi arasında ixtilafın həlli yolu” göstəricisinə, sual 6499 (sayt: 6946) müraciət edə bilərsiniz.
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Əllamə Hilli, Həsən bin Yusuf, təbsirətul mütəllimin fi əhkamid din, səh 143, çap edən müəssisə islam mədəniyyət və irşa nazirliyi tabeçiliyindədir, Tehran, birinci çap, 1411 h.q. Təbrizi, Cavad, istiftaate cədid, cild 1, səh 372, s 1661, Quma, birinci çap.
[2] - Məsələn: İmam Xomeyni, Seyid Ruhullah, tozihul məsail, araşdırmaçı: Qəlipur Gilani, Müslim, səh 522, m 2366, İmam Xomeyninin əsərlərinin nəşr və tənzimləyən müəssisə, Qum, birinci çap, 1426 h.q. Fazil Lənkərani, Muhəmməd, risaleye tozihul məsail, səh 447, m 1978, Qum, 114- cü çap, 1426 h.q. Sübahanı, Cəfər, risaleye tozihul məsail, səh 464, m 2132, İmam Sadiq (ə) müəssisəsi, Qum, üçüncü çap, 1429 h.q.
[3] - Məsələn: Sistani, İmam Xomeyni, tozihul məsail, tədqiqatçı: Bəni Haşimi Xomeyni, seyid Mu8həmməd Hüseyni, cild 2, səh 512, m 2491, İslam nəşriyyatı ofisi, Qum, səkkizinci çap, 1424 h.q.
[4] - Təöbrizi, Cavad, istiftaate cədid, cild 1, səh 372, s 1661, Qum, birinci çap.
[5] - Şəbiri Zəncani, Seyid Musa, risaleye tozihul məsail, səh 540, m 2500, səlsəbil nəşriyyatı, Qum, birinci çap, 1430 h.q.
[6] - Tədqiqatçı Hilli, Nəcməddin Cəfər bin Həsən, əl muxtəsərul nafe fi fiqhil imamiyyə, cild 1, səh 194, əlmətbuatil diniyyə müəssisəsi, Qum, altıncı çap, 1418 h.q.