Saytın kodu
fa2578
Arxiv kodu
70996
Sualın xülasəsi
Mərcəi təqlidlərdən hansı biri dırnağın üzərindəki lakı dəstəmaz almağa maneə bilmirlər?
Sual
Eşitmişəm mərcəi təqlidlərdən biri buyurublar: laklı dırnaqla namaz qılmağın maneəsi yoxdur. Əgər mümkünsə o hökmü deyən mərcəi təqlidin adını və hökmü kamil şəkildə yazardınız?
Qısa cavab
Bütün mərcəi təqlidlər dəstəmazın şərtlərində buyurublar: dəstəmazın səhih və düzgün olma şərtlərindən biri budur ki, dəstəmaz üzvlərinin hamısına suyun çatmasında heç bir maneə olmamalıdır. Buna əsasən dəstəmazdan qabaq, dəstəmaz üzvlərinə suyun çatmasına maneə olan bütün maneələr təmizlənməlidir. Bu səbəbə dirnaqda olan lak və maddəyə malik olan rənglər, suyun dırnağa çatmasının qarşısını alırlar. Dəstəmaz üzvləri təmizlənməlidirlər. Əks halda dəstəmaz batildir.[1]
Amma əgər dəstəmaz aldıqdan sonra bu rənglərdən istifadə edərsə, namazda işkalı və iradı yoxdur. Həmçinin qeyd edək ki, əgər lak ayaq barmaqların dırnağında olarsa, hər ayaqdan bir dırnağın lakını təmizləmək kifayət edər. Ayaq dırnaqlarının hamısının lakını təmizləməyə ehtiyac yoxdur.[2]
Amma əgər dəstəmaz aldıqdan sonra bu rənglərdən istifadə edərsə, namazda işkalı və iradı yoxdur. Həmçinin qeyd edək ki, əgər lak ayaq barmaqların dırnağında olarsa, hər ayaqdan bir dırnağın lakını təmizləmək kifayət edər. Ayaq dırnaqlarının hamısının lakını təmizləməyə ehtiyac yoxdur.[2]
[1] - Mərcəi təqlidlərdə 12 mərcəyin fətvasına uyğun tövzihul məsail, cild 1, səh 163, 173, 187, 188 və 217. Üçüncü çap, Qum şəhərinin Camieyi Müdərrisininə bağlı İslam nəşriyyatı, 1378 Hicri Şəmsi; Rəhbərdən olunan istiftaatlar, səh 23, sual 114, Fars dilində tərcüməsi, 22- ci çap, 1384 cü ilin baharı, hicri şəmsi ili ilə, Beynəlxalq nəşriyyat; Fazil Lənkəraninin istiftaatı, səh 49, cild 1, ilk çap, Mehr nəşriyyatı, 1375 ci il, Qum şəhəri
[2] - Baxın: İmam Xumeyni, Təhrirul vəsilə, cild 1, təharət kitabı, səh 24, məsələ 14, 15 və 16.