Bu məsələdə bir neçə fərziyyə və ehtimal təsəvvür olunur ki, cavabı da onlara əsasən vermək lazımdır:
1. Əgər binaya əlavə etdiyiniz miqdarı atanıza, yaxud bacı və qardaş kimi yaxın adamlarınızdan birinə hədiyyə etmiş olsanız, bu halda onu geri ala bilməzsiniz. Çünki qohumlara verilən hədiyyəni geri almaq olmaz.
Mərhum imam Xomeyni buyurur: “Əgər hədiyyə yaxın adamlara – ata, ana, övlad və başqalarına – verildikdə hədiyyəni almaqla bu müamilə sona yetdisə, hədiyyə edən şəxsin onu geri almağa haqqı yoxdur.”[1]
2. Amma əgər tikdiyiniz bu binanı atana borc vermiş olsanız, bu halda borcunu tələb edərək atanın tərəkəsindən götürə bilərsiniz.
3. Əgər sizin bu işiniz hədiyyə olmayıbsa, əksinə atanızın həqiqi malik olduğu halda öz sağlığında tikinti materiallarını orada qoyub bina tikməyə icazə veribsə, yəni onun yerini (torpaq sahəsini) sənə bağışlamamış, əksinə ondan istifadə etmək icazəsi vermiş olsa, bu halda bu haqq vərəsələrə həvalə edilir: onlar icazə verə və ya rədd edə bilərlər. Əgər binanın öz yerində qalmasına icazə versələr, bu məsələ həll olunur və əlavə edilmiş otaqlar sizə aid olur. Amma əgər icazə verməsələr, sizdən tələb edə bilərlər ki, tikdiyiniz yerləri söküb tikinti materiallarını oradan çıxarasınız. Sizin istifadəniz atanın icazəsi ilə olduğuna görə əgər onun evinə, yaxud torpaq sahəsinə xəsarət dəysə, siz zamin deyilsiniz. Amma əgər sizin bu işiniz atanızın icazəsi ilə olmasa, tikdiyiniz binanı sökən zaman atanın binasına, yaxud torpaq sahəsinə xəsarət dəysə gərək onu ödəyəsiniz.
Bu məsələ bir qədər mürəkkəb olduğuna görə yaxşı olar ki, bacılarınızla və qardaşınızla razılığa gələrək həll edəsiniz ki, bu işdə hamı razı olsun. Yaxud öz mərcəyi-təqlidinizlə əlaqə yaradıb məsələnin bütün təfərrüatını izah edəsiniz ki, dəqiq və ətraflı cavab ala biləsiniz.