Saytın kodu
fa27136
Arxiv kodu
54899
Dəstə
Qədim kəlam ,فرشتگان,فرشتگان
Sualın xülasəsi
Mələkut mələkləri ilə cəbərut mələkləri arasında fərq nədədir?
Sual

Qısa cavab
Mələklərin mələkut və cəbərut dəstəsinə bölünməsi mövzusunda bir neçə məsələni nəzərə almaq lazımdır:
1.Məlaik sözünün əsli ərəbcədən mələk sözündən olub iqtidar və bir şeyə tam əhatə tapmasına deiyilir. Həmçinin, mələkut və cəbərut sözü sözün mübaliğə mənasındadır. Mələkut, mülk sözünün mübaliğə mənasını çatdırır.[1] Cəbərut isə cəbr sözünün mübaliğə şəkili və mənasıdır.
2.Hikmət əhlinin nəzərində əslində mələklər varlıq aləmində nizam qüvvələridir. Başqa sözlə desək, hikmət sahibləri varlıq aləmində nizam əhlindən mələklər kimi yad edirlər.[2]
3.Mələklərin məqam və varlıqları fərqlidir. Ona görə də onların məmuriyyətləri də bir-biri ilə fərqlidir. Mirdamaddan öz kitabının son səhifəsində yazır: “Mələklərin məqam və şənləri vardır. Hətta, onlardan bəzilərinin lətif cismləri də vardır.” Bəzi hikmət əhli Mirdamadın sözünü nəql etdikdən sonra yazırlar: “Mirin bu sözü haqdır. Ona görə ki. mələklər aləmlərin qüvvələridir. Bu qüvvələrin mərtəbələri vardır. Ən yüksək səviyyəli yüksək qüvvlərdən tutumş, ən aşağı təbiət qüvvələrinə qədər seyr olunur.” [3] bəzi hikmət sahiblərinin qeyd etdikləri ən maraqlı məsələ budur ki, mələklərin məqam və mənzilətlərinin müxtəlif olmalarına əsasən, onların məsum olmaları da bir-birindən fərqlidir. Nəticədə, yer üzündəki mələklərin yerə aid olmaları və maddi aləmlə daha bağlı olduqlarına görə onlarda günah təsəvvür etmək olar. Amma, ən yüksək aləmdə yəni, cəbərut və mələkut aləmində olan mələklərdə heç bir günah təsəvvür etmək olmaz.[4]
4.İrfan əhli və fəlsəfə aləmində varlıq aləminin müxtəlif mərtəbələri olması haqqında heç bir ixtilaf yoxdur. Sonda belə nəticəyə gəlinir ki, bütün bu məqam və mərtəbələrin adlandırılmasının hər biri hər hansı fəlsəfi və irfanı məqama əsaslanır. Məsələn, hikmət sahiblərindən biri bu haqda yazır: “Maddə və mücərrəd varlıq aləminin çoxlu adları vardır. Hikmət sahiblərinin dilində bu aləmlər ən çox mücərrəd və həyula, əql və təbiət, yaranış və yaradılış adları ilə tanınır. İşraq əhlinin nəzərində bu aləmlər, nür və zülmət aləmi və ya cəbərut və nasut aləmi ilə adlanır. İrfan terminində isə ən çox Qurandan götürülən adlarla məslən, qeyb və şühud aləmi, ruh və cism aləmi, əmr və xəlq aləmi adlanır.[5]
5. Nəzəri irfan aləmində ən çox tanınmış terminlərdən biri beş Həzrət terminidir.[6] Beş həzrətən məqsədləri bunlardır: 1) Birinci və ikincini təyin etmək ünvanı ilə Birinci Həzrət; 2) Əql aləmi ikinci həzrət; 3) Misal aləmi üçüncü Həzrət; 4) maddə aləmi dördüncü Həzrət; 5) İnsan, beşinci Həzrət.[7] Bu beşlik Həzrət bəzən başqa adlarla da tanınır. Məsələn, belə deyilir ki. ümumi beşlik Həzrət bunlardır: Lahut, Cəbərut, Nasut, Mələkut, kamil insan hesab olan varlıq aləmi.[8]
Əgər bu iki dəstə adları bir-birinə tətbiq etsək, onda belə alınır: Lahut- həmin birinci və ikincini təyin edən aləm, yəni, əhədiyyət (birlik) və vahidiyyət (yeganəlik); Cəbərut, əql aləmidir; mələkut, misal aləmi və Nasut, həmin maddə aləmidir.
6.Nəticə budur ki, Cəbərut mələkləri həmin əql aləminin mələkləri və əql aləmindədirlər. Mələkut mələkləri isə vücud məqamları misal aləmində qərar tutubdur. Beləliklə, Cəbərut mələkləri, mələkut mələklərindən üstün məqamdadırlar.

[1] Əl-Xuri Şərtuni Lobnani, Səid, Əqrəbul-məvarid, Mülk kəlməsi, Həsənzadə Amuli, Mümədül-Hüməm, Şərh Füsusil-hikəm, səh.364; Vizarət İrşad, Tehran, birinci çap, 1378 şəmsi ili
[2] Daha çox məlumat almaq üçün mələklərin vücudlarının məqamları sualına müraciət edin.sual 1853
[3] Həsənzadə Amili, Həsən, Min bir kəlmə, c.6; səh.342; Bustan kitab, Qum, üçüncü çap, 1381 şəmsi ili
[4] Həsənzadə Amili, Həsən, Min bir kəlmə, c.6; səh.342; Bustan kitab, Qum, üçüncü çap, 1381 şəmsi ili
[5] Həsənzadə Amili, Həsən, Nususul-hikəm bər Fususul-hikəm,səh.328; Rəca, Tehran, ikinci çap, 1375 şəmsi ili
[6] Daha çox məlumat almaqdan ötrü “Beş həzrətlər və varlığın məqamı mövzsunda 13064-cü suala müraciət edin.
[7] Yəzdan Pənah, Yədullah, Nəzəri irfanın üsul və kökləri, səh.571-572; İmam Xumenyi (r) adına elmi-təhqiqat mərkəzi; birinci çap, Qum, 1388 şəmsi ili
[8] , Həsənzadə Amuli, Mümədül-Hüməm, Şərh Füsusil-hikəm, səh.671; Vizarət İrşad, Tehran, birinci çap, 1378 şəmsi ili