Saytın kodu
fa34719
Arxiv kodu
74613
Sualın xülasəsi
Həzrəti Fatimeyi Zəhra (s) öz mehriyyəsini Allahın Rəsulunun ümmətinin şəfaətçisi olmağı istədi. Həzrəti Fatimə (s) və İmamların edəcəyi şəfaət hansı şəxslərə şamil olacaq?
Sual
Həzrəti Fatimeyi Zəhra (s) öz mehriyyəsini Allahın Rəsulunun ümmətinin şəfaətçisi olmağı istədi. Digər tərəfdən Peyğəmbər (s) meraca getdikdə, cəhənnəm içindəki şəxslərdən və örpək məsələləri ilə əlaqədar və həmçinin yaşadığımız bu zamanda qarşılaşdığımız əxlaqi məsələləri gördülər. Bu səbəbdən hətta üzün müddət o həzrətin öz ümmətinə sevgi və məhəbbətindən dolayı üzündə gülüş yox idi.
Həzrəti Fatimə (s) və İmamların edəcəyi şəfaət hansı şəxslərə şamil olacaq?
Ümumiyyətlə Allah əhlibeytə bir haqq əta edib ki, öz həyatında əgər xəta edərsə, Allahdan əvf diləməzsə və yaxud əfv olmasını diləyərsə, bərzəx aləmində əzab olduqdan sonar İmamların şəfaəti ona şamil olacaq? Doğrusunu Allah bilir.
Ümumiyyətlə Məsumların şəfaətləri kimlərə şamil olacaq? Düşmənlərdən fərqli olanlara şəfaət olacaq? Hansı ki, həm özlərinə və həmdə Allahın günahkar dostlarına zülm etdilər?
Şəfaətin adı belə gələndə insanlarda bir-birlərinə qarşı mehribanlıq və məhəbbət və həyata ümid daha çox olur. Hazırda dünya elə olub ki, zahiri istəyimizlə uyğun olmasa da elə bir işlər görülür ki, ağıl və din onu dinə qarşı göstərilir. Amma nə qədər varıqsa, səbr və xilaskarın gəlməsinə ümiddən başqa bir çarəmizdə yoxdur.
Qısa cavab
Mehriyyə ya sidaq kişi tərəfdən qadına, ona olan sevgisini və sədaqətini göstərmək üçün verilən bir hədiyyədir. Onun tarixçəsi də Həzrəti adəmin və Həvvanın evlənməsinə qayıdır ki, Allah Adəmdən istədi Həvva üçün bir mehriyyə versin. O da Adəm tərəfindən Həvvaya dini hökm və göstərişlərin öyrədilməsi idi.[1]
Həzrəti Fatimə (ə) üçün də digər qadınlar kimi həyat yoldaşı Həzrəti Əli (ə) tərəfindən mehriyyə təyin olunmuşdu. Amma bu qadının əzəmət və alicənablığı səbəb oldu ki, Allah taala da onun üçün bir mehriyyə təyin etsin və özü onu ödəsin. Bununla öz sevgi və məhəbbətini bu varlıq aləminin dürdanəsinə və digər insanlara bildirsin. Bu səbəbdən rəvayətlərin müxtəlifliyinə görə ya dünyanın dörddə birini yaxud beşdə birini, ya Behiştin üçdə birini onun mehriyyəsi və ya sidaqı qərar veribdir.[2]
İmam Baqir (ə) buyurur: “Allah taala yer üzündə dörd çayı Həzrəti Fatimənin mehriyyəsi qərar veribdir. O çaylar Fərat, Nil, Nəhrəvan və bəlx çaylarıdır”.[3]
Başqa bir rəvayətdə Əbu Bəsir İmam Sadiq (ə) dan nəql edir: “Həzrəti Fatimənin mehriyyəsi behişt və cəhənnəmdir. O həzrət dostlarını behiştə və düşmanlarını cəhənnəmə göndərəcək”.[4]
Bu rəvayətlərə nəzər saldıqda görürük ki, Allahın o həzrətə mehriyyə ünvanında verdiyi ən əsas məqam şəfaət etməsidir. O həzrətdə dostlarına şəfaət edəcək, amma düşmanlarına şəfaət etməyəcək.
Mümmkündür belə bir şübhə oyansın ki, şəfaət etmək qiyamətdə ancaq həzrəti Fatiməyə məxsus olmayacaq. Yəni digərlərinində şəfaət etmək haqqı və hüququ olacaq. Ona görə mümkündür Həzrəti Fatimə şəfaət etməsin amma digərləri qohumluq və ya dostluq və ya mərhəmət üzündən əhlibeyt düşmənlərini şəfaət etsinlər.
Bu düşüncəyə sahib çıxanların cavabında bu ayəyə istiniad edərək cavab veririk:
«... لايَشْفَعُونَ إِلاَّ لِمَنِ ارْتَضى وَ هُمْ مِنْ خَشْيَتِهِ مُشْفِقُونَ»
“Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar”.[5]
Buna əsasən şəfaət edənlər təkcə o şəxsləri şəfaət edə bilərlər ki, şəfaət etmələri Allahın razılığına səbəb olsun. Belə deyil ki, şəfaət etmə məqamı olan şəxs istədiyi hər şəxsi şəfaət etsin. Hətta əgər o şəxs Yezid ibn Müaviyə və ya Əmr bin As olsa belə. Əksinə Allahın razılığı o şəxsin şəfaətinə olmadan heç kəs şəfaət edə bilməz. Aydındır ki, Allah öz Peyğəmbərinə və əhli beytinə zülm edənlərin şəfaət olunmasına razı olmayacaq. Məxsusən o şəxslərə ki, zülm etdikdən sonar belə peşiman olmalarını ibraz və izhar etmədilər. Əksinə ömürlərinin sonunadək öz düşmənçilik və inadlarına davam etdilər.

[1] - Hürr Amoli, Məhəmməd bin Həsən, Vəsailuş- şiə, cild 20, səh 13, Alul beyt müəssiəsi, Qum, İlk çap, 1409 Hicri Qəməri tarixi ilə
[2] - Məclisi, Məhəmməd Baqir, Həzrəti Zhəhra əleyhissəlamın həyatı, (Bəharul Ənvar kitabının 43-cü cildinin tərcüməsi), Tərcücməçi: Ruhani, ƏliAbadi, Məhəmməd, səh 472, Məham nəşriyyatı, Tehran, İlk çap, 1379 Hicri şəmsi tarixi ilə.
[3] - Həmin
[4] - Həmin
[5] - Ənbiya surəsi, 28-ci ayə