Saytın kodu
fa38777
Arxiv kodu
71151
Dəstə
Qiyam,Namazın müstəhəbləri
Sualın xülasəsi
Namazda qiyam halında, hansı əməllər müstəhəbb və məkruhdur?
Sual
Namazda qiyam halında, hansı əməllər müstəhəbb və məkruhdur?
Qısa cavab
A: Namaz qiyamı halında müstəhəbi əməllər:
- Xüzu və xüşü ilə dayanmaq, zəlil qulun öz ağası qarşısında dayandığı kimi.
- Qiyam halında (ayaq üstündə olarkən) səcdə yerinə baxmaq.
- İki əli iki budunun üzərinə qoymaq. Dizlərin üzərində olmaq şərti ilə.
- Ayaqların arasında fasilə saxlasın. Bu fasilə ya üç barmaq ya da bir qarış olsun.
- Ayaqları bir- birinin kənarında qoymaq. Yəni ayaqların biri qabağı digəri arxaya olmasın.
- Ayaq barmaqların qiblə səmtində olması. Belə ki, onların hər biri qiblə istiqamətində olsun.
- Əl barmaqlarını bir- birinə yapışdırmaq.
- Qadınlar barədə bu var ki, əllərini sinələrinə qoysunlar. Elə şəkildə olsun ki, döşləri sinələrinə yapışsın. Həmçinin qadınlar ayaqlarını bir- birinə çütləşdirsinlər və ayaqlarını bir- birindən fasiləli saxlamasınlar.[1]
B: Namaz qiyamı halında məkruh əməllər:
- Təkəbbürlü insanlar kimi əlini belinə qoymaq.
- Təvərrük etmək. Yəni öz ağırlığını bəzən sağ ayağına və bəzən sol ayağına salmaq.
- Qunutdan sonra hər iki əlin içini üzə çəkmək.[2]
[1] - Baxın: Nəraqi, Molla Məhəmməd Məhdi, Töhfeyi Rəzəviyyə, səh 360, İslam təbliğatı ofisinin nəşriyyatı, Qum, ilk çap, 1426 Hicri qəməri tarixi ilə.
[2] - Amoli, Bəhauddin, Muhəmməd bin Hüseyn və Savəci, Nəzzam bin Hüseyn, Camiul- abbas və onun təkmilləşmiş forması, səh 136, İslam təbliğatı ofisinin nəşriyyatı, Qum, ilk çap, 1429 Hicri qəməri tarixi ilə.