Cavabı daha aydın anlamaq üçün sualı bir az açıqlamağa ehtiyac duyulur. Əgər sualdan məqsədimiz bu olsa ki, nə üçün namazın sözlərin ayrı bir dilə tərcümə edək və o dildə qılaq bu suala başqa dillər üçün fakt olaraq yerində qalır. Amma sualdan əsas məqsədimiz bu olsa ki, "niyə məhz ərəb dilində qılınmalıdır? "Yəni hər kəs öz ana dilində qılsın, gərək aşağıdakı mətləblərə diqqət yetirək:
1). Namazın ərəb dilində qılınmasının əsas sənbəblərindən biri budur ki, namaz Allahın əmri olmaqla yanaşı, həm də Peyğəmbərin (s) sünnətidir. Bu səbəbdən sünnətin olduğu kimi qorunması üçün namaz ərəb dilində qılınmalıdır. Bundan əlavə namazı Allahın əmri olaraq tarix boyu qorumağa borcluyuqsa onu olduğu kimi yerinə yetirməliyik. Təbii ki, o başqa dillərə tərcümə olunaraq qılınsa, öz arginallığını əldən verəcəkdir və ona bəzi cümlələr artırılıb azaldılacaqdır. Həmçinin nu yerdə təhrifin baş verməsi təbii olduğu üçün bu təhriflər dinin başqa vacibatlarına da yoluxacaqdır. Bununla da zaman ötdükcə namazın orginallığı, mahiyyəti və məzmunu dəyişəcək aradan gedəcəkdir.
Əgər bir şeyin tarix boyu dəyişməməsi lazım gələrsə və dəyişən halda tamamilə aradan getmiş hesab olunarsa, bu yerdə bir neçə dəyişməz qanuna ehtiyac vardır. Bu qanun heç bir meyar əsasında müqyisə olunmaz və dəyişməz olmalıdır. Necə ki, milli metr, santi metr, metr, kilo, qram barəsində müəyyən olunmuş meyarlar vardır ki. onların tarix boyu dəyişməməzliyinə səbəb olmuşdur.
Həmçinin namazın da dəyişməz olmaması üçün bir neçə əmirlər vardır. Bu əmrlərdən biri namazın ərəb dilində olmasıdır.
2). İslam ümumbəşər bir din olduğu üçün bütün insanları vahid bir cəbhəyə dəvət edir. Amma belə bir cəbhənin yaranması üçün bütün insanların vahid bir dildə bir araya gəlməsi vacibdir. Ərəb dili, dilşunasların etirafına əsasən dünyada buna cavab verən yeganə dildir. Yəni bu xüsusiyyət ərəb dilində kamil surətdə mövcuddur. Bu səbəbdən də ərəb dilini müsəlmanların vəhdət rəmzi kimi tanımaq olar. Bu orginallığı qoruyaraq islam dininin başqa əmirlərinə də üz tuta bilərik. O cümlədən bir qibləyə üz tutaraq namaz qılmağı buna misal gətirə bilərik. Yəni islam dininin vəhdət dini olması onun digər əmirlərində də təcəlla etmişdir.
3). Mümkündür bəzi insanlar belə fikirləşsinlər ki, "öz ana dilinə tanış olmayan bir dildə namaz qılınması və digər əmrlərin yerinə yetirilməsi heç də düzgün iç deyil. Yəni bu əmirlə onlara zülm və sitəm olunur".
Bu şübhənin qarşılığında bunu deyə bilərik ki:
İnsanlar öz işlərinə xatir gün ərzində bir çox onlara yad olan terminləri öyrənməyə məcburlar. (hətta bəziləri bir və ya neçə dil öyrənirlər). Amma onları dünya və axirət səadətinə çatdıra biləcək bir çeyi öyrənmək istəmirlər. bir halda namazın sözləri əvvəldən axıra kimi 20 kəlmədən çox deyil. Bundan əlavə namazın sözlərinin dərin mənalara malik olmasına baxmayaraq sözlərin zahiri tələffüzü onu əzbərləmək və ya oxumaq üçün olduqca sadədir.
4). Dilşunasların nəzərinə əsasən ərəb dili dünyada başa düşüləcək və dərin mənaları kiçik kəlmələrdə əks etdirəcək, ən kamil dildir.[1]
5). Bütün hökümlərdə və zikrlərdə sözlərin ərəb dilində tələffüz olması vacib deyildir. Necə ki, bəzi Mərcəi- təqlidlərin nəzərinə əsasən nikahın ərəb dilində oxunması vacib deyildir.[2] İmam Xumeyni və bəzi alimlər bu barədə belə deyirlər:
Əgər bir şəxs siğəni ərəb dilində oxuya bilməsə, vəkil tutmalı və ya öz dilində dəqiq deməlidir.[3] Həmçinin bütün dualarının ərəb dilində oxunması vacib deyildir. Hər bir şəxs namazdan sonra Allahla öz ana dilində raz- niyaz edə bilər. bəzi din alimlərinin nəzərinə əsasən hətta namazda da bəzi yerlərdə duaları (qunut) öz dilində deməyə icazə verirlər.[4]
Bunun da əsas səbəbi budur ki, müsəlmanlar namaz qılarkən və ya dua edərkən öz Allahına və deyəcəyinin mənasını bilərək dərk etsin. Əgər heç bir namazın və duanın mənasına diqqət yetirilməsə o zikrlər quru bir virdə çevriləcək.