Əl- eləm və fələləm fiqh terminidir ki, müctəhidliyin şərtləri bəhsində işlənir. Və "alim və başqasından daha elmli" deməkdir.
Bildiyimiz kimi müctəhidin şəraitlərindən biri də onun ələm olmasıdır; yəni başqa alimlərdən daha elmli olmalıdır. (Bu cür müctəhiddən təqlid olunması lazımdır). Əgər bu müctəhidin müəyyən bir məsələdə fətvası olan müctəhiddən təqlid etməyə fətvası yoxdursa, onun müqəllidləri (o şəxslər ki, ondan təqlid edirlər) ondan elmi az olan və o məsələdə fətvası olan müctəhiddən təqlid etməyə ixtiyarları vardır. Amma əgər bu müctəhidin də bu məslədə fətvası yoxdursa, ikinci müctəhiddən elmi az olan müctəhid ki, bu məsələdə fətva vermişdir ondan təqlid edə bilərlər və ehtiyac olduğu zaman dördüncü müctəhid və...elmi aşağı olan müctəhidlərdən təqlid edə bilərlər. müctəhidlərin elmi baxımdan olan bu dərəcələrinə (yuxarı dərəcədən ən aşağı dərəcəsinə) termində eləm, fələləm deyilir. Bəs eləm, yəni o müctəhid ki, elmin ən yuxarı dərəcəsinə malikdir və fəl-ələm, yəni o müctəhiddir ki, ondan bir dərəcə aşağıdır və beləliklə...
Bu cavab qısa və kifayətləndiricidir. Amma bu məsələdə elmi və dəqiq cavab vardır ki, bəzi fəqihlər (alimlər) ona işarə etmişdirlər.
Biz burada nümunə olaraq onlardan birinə işarə edirik:
Eləmdən məqsəd fəqihdir ki, bir məsələnin sənəd və qanunlarını bilir, rəvayət və hədislərdən daha çox məlumatı var və başqa müctəhidlərlə müqayisədə rəvayətləri dərk etməkdə daha çox elmlidir. Nəticədə şəri hökümləri əldə etməkdə müctəhidlərin ən üstünü sayılır.
Ələm müctəhidin təyin olunması xibrə və istinbat əhli olmasıdır. Bu sözün aşıq mənası budur:
Ələm yəni şəriət hökümlərinin əldə edilməsində ən yaxşısı olsun. Ən yaxşısından məqsəd budur ki, şəri məsələnin təyin edilməsində öz vəzifəsinə əməl etsin nəinki, başqa fətvalara nisbət həqiqət və düzgünlüyə riayət etsin; çünki, bunun ələm olmasının nişanəsi olaraq nəzərdə tutmaq olmaz; çünki, düzgünlük və həqiqətə yaxın olmaq ehtiyatla davranmaqdan irəli gəlir və ehtiyata riayət etmək ağıllı insan olmağın nişanəsidir nəinki xibrə və ələm olmağın nişanəsi.
Bəs ictihad, hər bir məsələdə öz vəzifəsinə əməl etmək deyil; Ələm o şəxsdir ki, bunu tamam olaraq özündə mələkə etsin.
Bu kəlamlardan istifadə olan budur ki, istinbatda müvəffəq olmaq müctəhiddə bu üç sifətin olmasına bağlıdır:
1. Müctəhid hər bir məsələnin qanun və sənədlərini başqalarından daha yaxşı bilməlidir.
2. Məsələlərə aid olan xəbər və rəvayətlərə hamıdan çox məlumatı olmalıdır.
3. Rəvayətləri dərk etməkdə hamıdan üstün olmalıdır.[1]