Qurani- məcid cinin olmasını təsdiqləmiş və onun üçün aşağıdakı xüsusiyyətləri sayır:
- Cin oddan yaranmış bir varlıqdırş. Əksinə insan isə torpaqdan yaranmışdır.[1]
- Elm, idrak, haqqı batildən seçmək və məntiq və arqumentə malikdir.[2]
- Təklif, vəzifə və məsuliyyətə malikdir.[3]
- Onların bir dəstəsi mömin və əməli saleh, digər bir dəstəsi isə kafirdirlər.[4]
- Qiyamət və məadları var.[5]
- Göylərə nüfuz edib gizlincə qulaq asmaq qüdrətləri varları idi və sonradan qadağan oldular.[6]
- İnsanların bəzisi ilə əlaqə yaradırlar və gizli bəzi sirlərə məhdud məlumatları ilə insanları aldadırlar.[7]
- Onların bəzisinin qüdrəti daha çoxdur. Necə ki, insanlarda da belədir.[8]
- İnsanın ehtiyacı olduğu bəzi işləri yerinə yetirməyə gücləri çatır.[9]
- Yer üzündə onlar insanlardan qabaq yaranıblar.[10]
- Həzrəti Süleymanın əhvalatında, cinlərdən olan ifrit, Bilqeysin təxtini yerindən qalxmamış Süleymanın yanına gətirəcəyini iddia edən zaman,[11] həzrət Süleyman onu inkar etmir, baxmayaraq ki, Quranda da o cinin təxti gətirməsi gəlməyibdir.[12]
Bu ayələrin hamısından cinin xəyali varlıq olmaması ələ gəlir. Həqiqi maddi bir varlıqdır ki, onunla əlaqə yaratmaq mümkündür. Bir dəstə də onunla əlaqə yaradıblar. Baxmayaraq ki, qədim zamanlardan insanla cin arasında müxtəlif formada əlaqələr təsəvvür olubdur. Amma biz yalnız mötəbər rəvayətlərdə gəlmiş formaları qəbul edə bilərik.
Burada Quran, rəvayət və alimlərin dilində açıqlanmış bu əlaqələrin bəzi formalarına işarə edirik:
A). Cinə pənah aparmaq. Quranda deyilir: "Həqiqətən (cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparırdılar, bununla onların çətinliklərini artırırdılar."[13]
Ərəblərin adəti belə idi ki, qorxulu biyabana çatan zaman, o məntəqənin cininə pənah aparırdılar. İslam bu işi qadağan edib və insan və cini yaradana pənah aparmağı əmr etmişdir.[14]
B). Cini özünə tabe etdirmə. (təsxir). Cinləri ələ gətirmək və onları öz xidmətinə almaq mümkün olsa da, amma fəqihlər arasında belə bir işin doğru olub, olmamasında ixtilaf var. Hamının qəbul etdiyi budur ki, bu iş şəri cəhətdən haram olan yolla baş verməməli və ya onların əziyyətinə səbəb olmamalıdır. Həmçinin onları işlətmək, haram və qeyri şəri işlər üçün olmamalıdır. Çünki qeyri- şəri iş görmək, istər vasitə ilə istərsədə vasitəsiz, haramdır.[15]
Ayətullah ul- üzma Xamineidən, cinləri və ruhları təsxir etmə (tabe etmə, ələ alma) yolu ilə müalicə edən insanlar ki, nəzərə alsaq yəqinən onlar yalnız xeyir işlər görürlər, onlara müraciət etməyin hökmü barəsində soruşuldu, cavab verdilər: Bu işin öz- özlüyündə iradı yoxdur, bu şərtlə ki, şərən halal olan yollardan yerinə yetirilsin.[16]
Daha çox izah üçün; bu göstəricilərə baxın:
1- Cin və şeytanın bacardıqları, sual 883.
2- Şeytan, mələk yoxsa cindir? Sual 857.
3- Cin və şeytan kitabı, Qurana rəvayətə və ağıla əsaslanan araşdırma, Ricali Tehrani, Əli Rza.
[1] - Ər- rəhman, 15.
[2] - Cin surəsinin müxtəlif ayələri.
[3] - Cin və ər- rəhman surələrinin ayələri.
[4] - Cin və ər- rəhman surələrinin ayələri.
[5] - Həmin, 15.
[6] - Həmin, 9
[7] - Həmin 6.
[8] - Nəml surəsi, ayə 39.
[9] - Səba surəsi, ayə 12- 13.
[10] - Hicr surəsi, ayə 27.
[11] - Nəml surəsi, ayə 30- 40.
[12] - Cavadi Amuli, Abdulla, təfsiri- mövzui, cild 1, səh 119.
[13] - Cin surəsi, ayə 6.
[14] - Baxın: Biharul- ənvar, cild 92, səh 148, (Əl- məhasin.
«قَالَ رَسُولُ اللَّهِ (ص): "إِذَا تَغَوَّلَتِ الْغِیلَانُ فَأَذِّنُوا بِأَذَانِ الصَّلَاةِ»
[15] - Baxın: Minhacus- salehin, Xoi, Əbul- qasim, cild 2, səh 8.
[16] - Tozihul- məsail (Ə- məhşi lil- imamil- Xomeyni), cild 2, səh 980, səh 1232.