İslam dinlərinin sonuncusu, ən kamili, dünyəvi və hamıya aid bir dindir. Ona görə də, bütün camaat hansı tayfa və millətdən olsalar da, onunla tanış olmalıdırlar.
Bu insan düzəldən din ilə digər millətlərin tanış olmasının yeganə yolu, İslamın həqiqət, əmr, hökm və qaydalarını təbliğ etməkdir. Buna əsasən, Qurani- kərimin çox ayəsində dini təbliğ etməyə diqqət olunubdur. Qurani- məcid buyurur: "(Xalqı) Allaha tərəf çağıran, yacşı iş görən və: "Mən müsəlmanlardanam"- deyən kəsdən daha gözəl danışan kim ola bilər?"[1] Həmçinin başqa yerdə buyurur: "(Ey müsəlmanlar) içərisində (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun. bunlar həqiqətən nicat tapmış şəxslərdir."[2]
Dinin təbliği xüsusi bir təbəqənin vəzifəsi olmasa da, amma Quran, möminlərin bir dəstəsinə, İslam elmlərini öyrətməklə bu mühüm işi görmək üçün mücəhhəz olmağı əmr edir və buyurur: "(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun.
Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində, yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər."[3]
Bu ayəyə əsasən, dini təbliğ etməyin elmi hazırlığa ehtiyacı var.
Hər kəs dini mərifətdən faydalandığı miqdarda, digərlərini hidayət və təbliğ etməklə vəzifəlidir. İmam Saiq (ə) buyurur: "Bnizim hədisləri çox nəql edib və bu işlə şiələrin qəlblərini möhkəmlədən şəxs, min ibadət edəndən daha yaxşı və daha fəzilətlidir."[4]
İmam Zaman (ə)- a kömək etməyin ən yaxşı formalarından biri, şiənin əsas əqidələrini müdafiə etmək, müxaliflərinə hücumunun qarşısında dayanmaq və iradlara cavabdır. Din qeyrəti olan şəxs, özünü din elmi ilə təchiz etməli və biliyi həddə, din barəsində olan elmi və təbliği ehtiyaclara cavab verməlidir. Əlbəttə, dinin təbliği yalnız danışıq ya yazı təbliğinə aid deyil, əksinə İslam nəzərindən ən yaxşı və ən təsirli təbliğ əməli və rəftari təbliğidir.[5]
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Fussilət surəsi, ayə 33:
«َمَنْ أَحْسَنُ قَوْلاً مِمَّنْ دَعا إِلَى اللَّهِ وَ عَمِلَ صالِحاً وَ قالَ إِنَّني مِنَ الْمُسْلِمينَ»
[2] - Ali- İmran surəsi, ayə 104:
«وَ لْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَ أُولئِكَ هُمُ الْمُفْلِحُون»
[3] - Tövbə surəsi, ayə 122:
«وَ ما كانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً فَلَوْ لا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَ لِيُنْذِرُوا قَوْمَهُمْ إِذا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ»
[4] - Əl- kafi, cild 1, səh 33, hədis 9:
«الْحُسَيْنُ بْنُ مُحَمَّدٍ عَنْ أَحْمَدَ بْنِ إِسْحَاقَ عَنْ سَعْدَانَ بْنِ مُسْلِمٍ عَنْ مُعَاوِيَةَ بْنِ عَمَّارٍ قَالَ قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ ع رَجُلٌ رَاوِيَةٌ لِحَدِيثِكُمْ يَبُثُّ ذَلِكَ فِي النَّاسِ وَ يُشَدِّدُهُ فِي قُلُوبِهِمْ وَ قُلُوبِ شِيعَتِكُمْ وَ لَعَلَّ عَابِداً مِنْ شِيعَتِكُمْ لَيْسَتْ لَهُ هَذِهِ الرِّوَايَةُ أَيُّهُمَا أَفْضَلُ قَالَ الرَّاوِيَةُ لِحَدِيثِنَا يَشُدُّ بِهِ قُلُوبَ شِيعَتِنَا أَفْضَلُ مِنْ أَلْفِ عَابِدٍ»
[5] - Əl- kafi, cild 3, səh 10, hədis 60.
«....عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ كُونُوا دُعَاةً لِلنَّاسِ بِالْخَيْرِ بِغَيْرِ أَلْسِنَتِكُمْ لِيَرَوْا مِنْكُمُ الِاجْتِهَادَ وَ الصِّدْقَ وَ الْوَرَعَ»