Sualın xülasəsi
Ölü amma, hələ də dəfn olunmayan insanın qəbr sıxıntısı varmı? Ondan sual-cavab olunmur?
Sual
Ölü amma, hələ də dəfn olunmayan insanın qəbr sıxıntısı varmı? Ondan sual-cavab olunmur? Məsələn, bəziləri döyüş zamanı ölürlər amma, illər keçir onları dəfn edən olmur.
Qısa cavab
Rəvayətlərin əksəriyytəində qəbr sözündən məqsəd bərzəx aləmidir. Qəbr sxıntısı, sorğu-sual, Nəkir və Münkirin cavabı, birinci qəbr gecəsindən insanın bu aləmdən Bərzəx aləminə köçməsi nəzərdə tutulur. Nəticədə, insanın dünyadan köçdüyü birinci gecəsi Bərzəx aləminin (qəbr) birinci günüdür. İnsanın bütün çətinlikləri. Sorğu-sual, əzab və sıxıntı və sair..birinci qəbr gecəsinə aiddir və əgər kimsə heyvanların hücümu və ya dəryada qərq olarsa da bu qəbr gecəsindən məhrum olmaz.
Qeyd etmək lazımdır ki, rəvayətlərdə qəbr sözünün Bərzəx mənasında işlədilməsinin insanın ölən gecəsi vəhşət namazı qılınması ilə heç bir ziddiyyəti yoxdur. Çünki, rəvayətlər ən çox cəmiyyət içində baş verən əksər hadisələrə uyğun olaraq açıqlanır və nəzərdə tutulur. Ona görə ki, həm keçmişdə və həm də müasir aləmdə dünyadan gedən hər bir insanı ən azı həmin gün gecəyə kimi dəfn edir və artıq o gecə, ölən insanın Bərzəx almində ilk gecəsi sayılır.
Bu mövzuda daha çox məlumat almaq üçün 3813 (saytda 4283) saylı sualın cavabına müraciət edə bilərsiz.