Misir dövləti İslamın mühüm mərkəzlərindən biridir və Misir xalqı Əhli- beytə xüsusi hörmət və sevgi bəsləyirlər. İranın Misirdəki mədəniyyət nümayəndəsi cənab Dr Zəmani bu barədə belə deyir: Bu ölkənin bütün əhalisini Əhli- beyit (ə) və Peyğəmbər (s) aşiqi hesab etmək olar. Onlar pak İmamlara (ə) şiddətli şəkildə aşiqdirlər. İmamları (ə) İslam məktəbinin böyüklərindən hesab edirdilər. Bu nöqtədə maraqlıdır ki, Misir xalqı Əhli- beyt (ə) kimi 12 imamları qəbul edir. Bu xalqın içərisində Əhli- beyt (ə) düşmanı mövcud deyil.
Bu ölkənin ziyarətgahlarında on iki imama gedib çıxan ocaqlar da mövcuddur. Onlar digər Əhli- sünnətə əks olaraq həzrət Mehdini (ə) doğulmuş və İmam Həsən Əsgərinin (ə) oğlu olduğunu qəbul edirlər.[1] Ustad seyid Xosro Şahi bu barədə belə deyir: Misirli olan böyük şəxsiyyətlərdən biri Misir xalqının Əhli- beytə (ə) sevgi və məhbbəti barəsində belə demişdir: “Biz Misirlilər “sünni məzhəbindən olub, şiə fikrinə” sahibik. Son zamanlarda Misir Milli məclisinin xarici əlaqələr komissiyasının rəisi Dr Mustafa Fəqinin “Əl- ehram” gurnalında məqaləsini oxumuşam. O bu barədə belə yazmışdır: “Biz sünni məzhəbindən və şiə görnüşünə sahibik”. Muhəmməd Həsəneyn Heykel adlı məşhur qəzet yazıçılarından və Əbdülansirin məsləhətçisi belə yazır: “Siz şiələr Əhli- beytə (ə) məhəbbətinizdən öz övladlarınıza Həsən və Hüseyn adlarını qoyursunuz. Biz də beləyik. Amma biz bu adların hər ikisini birlikdə öz övladlarımıza qoyuruq: “Həsəneyn?!”[2]
Əbdülbasitin öğlu İran İslam Respublikasında səfərdə olarkən jurnalistin “Eşitmişəm ki, Misirlilər Peyğəmbərin (s) Əhli- Beytinə (ə) qəlbən məhəbbət bəsləyirlər və onları çox sevirlər.” sualına o belə cavab vermişdir. “Biz hamımız saleh övliyaların məzarlarını ziyarət edirik. Başda Hüseynin (ə) məzarı olmaqla bütün İlahi övliyaların hətta Əhli- beytə (ə) mənsub olmayan digər övliyaların da qəbrlərini ziyarət edirik. Biz həzrət Hüseynin, həzrət Zeynəbin, həzrət Nəfisə və Ruqəyyənin doğulduğu günləri bayram edirik. Bir çox Misir Quran qariləri çox istəyirlər ki, bu günlərdə Quran oxusunlar. Bəlkə, təəccüb edərsiniz ki, mənim atam Əhli- beytin (ə) aşiqlərindən biri olmuşdur. Sözümün əvvəlində dediyim kimi atam iyirmi yaşında olarkən atası ilə Qahirə şəhərində həzrət Zeynəbin (sa) qəbrini ziyarət etmişdir. Ondan bu müqəddəs məkanda on dəqiqə Quran oxumağı xahiş etmişlər. Əbdülbasitin Quran tilavəti orda olan ziyarətçiləri elə həyacanlandırır ki, Quran oxunuşu saat yarım davam edir. Bundan sonra radio və mətbuat onun arxasınca gəlmişlər və bununla o məşhurlaşdı. Mərhum atam həmişə öz övladlarına deyirdi: Onun malik olduğu hər şey Zeynəbdəndir və Quran oxumağının müvəffəqiyyətinin və gözəlliyinin səbəbi hz Zeynəbə və Əhli- beytə (ə) olan sevgisinin nəticəsidir. [3]
Beləliklə, Misir xalqının arasında mövcud olan belə mədəniyyət qeyd etdiyiniz bu mətləbin həqiqətdən uzaq olmamasını göstərir.
[1] - Ayəndeye roşən sayıtından götürülmüşdr.
[2] - www.khosroshahi.netarticledetail saytından götürülmüşdür.
[3] - “kitabe nyuz2 saytından götürülmüşdür.