Oğlanla qızın əlaqəsi çox həssas məsələlərdəndir ki, əgər əxlaqi və şəri qaydalara riayət olunmazsa, problemlər yarada bilər. Buna görə İslamın şəri və əxlaqi əmrləri ondan ibarətdir ki, naməhrəm qadınla kişi ən minumum şəkildə bir- birləri ilə əlaqədə olsunlar. Çünki belə rabitələrdə günahın yaranma zəminələri yaranır. Xüsusilə, əgər bu əlaqə səmimi və xüzusi formada olarsa bu daha da təhlükəlidir. Buna görə hətta iş və təhsil şəraitində belə müxalif cinslər bir- birləri ilə ən az əlaqədə olması və zərurət olmadığca bir- birləri ilə əlaqə yaratmaamğa tövsiyə edilir.
Cavanların üzləşdiyi bir çox əxlaqi fəsadlar bu əlaqələrin nəticəsidir. Əlbəttə ilk başda bu çox da mühüm görsənmir. İnsan belə güman etmir ki, təhlükəli olsun və həmçinin də bir- birlərinə qarşı hissləri yoxdur. Amma rabitə dərinləşib, səmimiləşdikcə ruhi gözəlliklər və mənəvi hisslər yavaş- yavaş azalır və keçici hisslər, ürəkoxşayan və bağlılıqlar əmələ gəlir ki, bu zaman nəticələri gözləmək lazımdır. Əlbəttə mümkündür ki, bir şəxs özünə o qədər hakim ola bilər ki, belə problemlərə icazə verməsin. Bu yalnız bir istisnadır.
Əlavə olaraq, bu nə zərurətdir ki, oğlan sizinlə səmimi olmuşdur və əgər səmimiyyət yoxdursa bəs nə üçün ayrılıq əzabvericidir? Sizin telefonla əlaqənizi bəyan etməməyiniz, sizin aranızda bunun olmaması demək deyil. Diqqət edilməlidir ki, böyük günahlar kiçik şeylərdən başlayır ki, heç düşünmürsən.
Evlilikdən öncəki əlaqə nə qədər səmimi, pak və sağlam olarsa, gələcəkdə əgər siz hətta həmin oğlanla ailə qursanız, çox təsirlidir. Biz sizin əlaqənizi kəsməyinizi bu səbəbdən hesab edirik.
Belə ehtiyatlar çox yaxşı və ağıllı işdir. Əmirəl Möminin Əlidan (ə) nəql olunur ki, həzrət cavan qadınlara ilk salam vermirdi. Buyurmuşdur: Qorxuram onların salam cavabları ürəyimə bir şey daxil edər ki, zərəri salam verməkdən çox olsun.[1] Həzrət Musanın (ə) əhvalatında belə yazılmışdır: Həzrət Şüeybin qızı həzrət Musanı (ə) evlərinə doğru gətirdiyi zaman öndə gedirdi və Musa (ə) da onun ardınca hərəkət edirdi. Gülək qızın paltarını tərpəddiyindən, Musa qıza öndə getmək istədiyini və iki yola qədər yolu göstyərməyini söylədi. [2] Musa (ə) belə öz iffət və həyasını göstərdi. Buna görə əgər İlahi övliyalar belə ehtiyat edirlərsə bizim vəzifəmiz aydındır.
Bununla yanaşı naməhrəm qadının səsi də kişinin qəlbinə mənfi təsir göstərə bilər. Əlbəttə insanın izahlar və bəhanələr gətirməsi də mümkündür. Məsələn: Bu əlaqə lazımlı işdir və ya bu növ əlaqə insani və təbii əlaqədir və s. Amma diqqət etmək lazımdır ki, bunlaın hamısı bəhanələrdir ki, insanın əmmarə nəfsi və şeytan insanı vəzifəsindən boyun qaçırmaq üçündür və əmrin həqiqətinə təsir göstərmir. Naməhrəm qızla oğlanın əlaqəsi çoxaldıqca və bir- birlərinə məhəbbətləri dərinləşdikcə, ictimai və ailəvi əlaqələrdə çətinliklər daha da çox olacaqdır və İlahiyə yaxınlaşmaq və məhəbbət daha da çətinləşəcəkdir. Belə keçici ləzzətlər insanı möhkəm və köklü ləzzətlərdən saxlayır.
Əlaqəli göstəricilər:
Sual 16631 (sayt: az16341) (İslam və oğlanla qızın sağlam əlaqə).
Sual 3184 (sayt: 3430) (evlilikdən öncə qızın dostluq əlaqəsi).
Sual 6086 (sayt: 6278) (evlilkdən öncə rabitə).
[1] - Küleyni, üsule kafi, cild 2, səh 648, h 1, təslimu ələnnisa fəsli.
[2] - Məkarim Şirazi, Nasir, təfsire nümunə, cild 16, səh 59, darul kitabil İslamiyyə, çap Tehran, birinci çap, 1374, ş: Fəxrəddin Razi, Əbu Əbdillah Muhəmməd bin Ömər, məfatiul uyub, cild 24, səh 590, daru ehyaəl tərasul ərəbi, Beyrut, çap III, 1420 h.q.