Rüşvət "rşv" " ر ش و" kəlməsindən olan ərəb kəlməsidir və üç formada "ra" hərfinin fəthə (ə) zəmmə (u) və kəsrə (i), işlənibdir. Bu kəlmə tək formadadır və onun cəmi "roşa" yaxud "rişa" (ra hərfinin zəmmə (u) ya kəsrəsi (i) ilə)-dir. Fars dilində muzd mənasındadır.[1] Elmi termində isə, bir şəxsin bir şey ödəmək və saxtakarlıqla öz istəyinə çatması mənasındadır.[2]
Böyük fəqihlər, rüşvətin haram olmasını izah etmək üçün, dörd sübutdan; Qurani- kərim, sünnə, icma və ağıl, faydalanıblar.[3]
- Qurani kərim.
Allah buyurur: "Bir birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə- bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin."[4] Əllamə Təbatəbayi (rəh) bu ayəni təfsir edərkən deyir: "Ədla (tudlununməsdəri) suyu çəkmək üçün vedrəni quyuya salmaqdır. Mübarək ayədə ondan məqsəd, hakimlərə rüşvət verməkdir. Rüşvət verənin hökmünü quyunun dibinədək su kimi qərar verib ki, rüşvət vedrəsi ilə quyudan çıxır və buna gözəl bir kinayə ilə işarə edir.[5]
Rüşvət verməyi haram olması, onu almağın da haram olmasını lazım tutur.[6]
- Rəvayətlər:
Rəvayətlərin çoxu rüşvət almağı, küfrün təzahürlərindən sayıbdır. Bu rəvayət kimi: Peyğəmbər (s) buyurdu: "Rüşvətdən uzaq olun, çünki bu iş küfrdür. Rüşvət alan behiştin iyini duymayacaq."
İmam Sadiq (ə) da bu haqda buyurur: "Amma rüşvət, ey Əmmar! Hökmlərdə, böyük Allaha və onun Rəsuluna küfrdür".[7]
- İcma:
Bəzi fəqihlərin rüşvətin haram olmasını isbat etmək üçün istinad etdikləri digər bir sübut şiə və Əhli- sünnəni əhatə edən bütün İslam firqələrinin icmasıdır (hamısının eyni nəzəri qəbul etməsi).[8]
- Ağıl:
Rüşvət cəmiyyətə çoxlu zərərlər vurur. Pul ilə bütün istəklərinə əgər bəzi insanlar çata bilirlərsə, pulsuzlar ya hansısa səbəb üzündən rüşvət verməyənlər öz haqlarına çatmaq üçün, çoxlu problemlə üzləşirlər. Əgər vəzifəli şəxslər işləri yerinə yetirmək qarşısında rüşvət almağa adət etsələr, rüşvət verməyən şəxslər üçün vəzifələrini yaxşı yerinə yetirməzlər və idarəçilik sistemi fəsada doğru gedər. Ona görə də, Müqəddəs Ərdəbili kimi alimlər, ağılı rüşvətin haram olmasına müstəqil sübut kimi buyurublar. Necə ki, "Məcməul- faidə vəl- burhan" kitabında gəlibdir:"Rüşvətin haram olma səbəbini ağıl və nəqldən, Quran, müsəlmanların icması və sünnət yolu ilə əldə etmək olar."[9]
Sonda təqlid mərcələrinin fətvalarını gətiririk:
Böyük mərcələr İmam, Bəhcət, Xamneyi, Safi, Fazil, Məkarim və Nuri: Müraciət edən tərəfindən idarə işçilərinə (hansılar ki, vəzifələri camaata xidmət etməkdir) pul və ya mal ödəmək, idarələrin fəsadına gətirib çıxaracaq ki, şərii nəzərdən haramdır. Onu almaq, alana da haramdır və ondan istifadə etmək haqqı yoxdur.[10]
Böyük mərcələr Təbrizi, Sistani və Vəhid: Qəzavət (məhkəmə) mövzusundan qeyri yerdə haqqı əldə etmək üçün rüşvət vermək, caizdir. Amma vəzifəsi camaata xidmət edib və iş görmək olan şəxs üçün onu almaq, düzgün deyil.[11]
Həzrət Ayətullah Məhdi Hadəvi Tehrani (danət bərəkatuh):
Rüşvət fiqhin xüsusi terminində, qazinin haqqın əleyhinə hökm etmək üçün aldığı maldır. Bu mal mütləq şəkildə (ümumiyyətlə) haramdır. Hazırkı mənada işlənən rüşvət isə, bir nəfərin qanun əleyhinə iş görmək üçün aldığı maldır ki, bu da, ümumiyyətlə haramdır.
Əlbəttə, rüşvəti hər hansı bir halda almaq haram olsa da, lakin əgər bir şəxs özünün həqiqi haqqına yetişmək üçün, qanunun əksinə olaraq, onun xeyrinə hökm verilməsi üçün pul ödəməyə məcbur olsa, bu pulu ödəməyin onun üçün iradı yoxdur.
[1] - Məcməul- bəhreyn, cild 1, səh 184
[2] - İbn Əsir, Ən- nihayə, cild 2, səh 226
[3] - Xoyi, Misbahul- fiqahət, cild 1, səh 256
[4] - Bəqərə surəsi, ayə 188
[5] - Əl- mizan, cild 2, səh 52, Bəqərə surəsinin 188- ci ayəsinin davamında
[6] - Misbahul- fiqahət, cild 1, səh 234
[7] - Vəsail, cild 12, səh 63, bab 5, h 1
[8] - Nəcəfi, Cəvahidul- kəlam fi şərhi şəraiil- İslam, cild 22, səh 145; Misbahul- fiqahət, cild 1, səh 263
[9] - Müqəddəs Ərdəbili, Məcmul- faidə vəl- burhan fi şərhi irşadil- əzhan,cild 12, səh 49, İslami nəşrlər dəftəri, Qum, 1404 hicri qəməri
[10] - İmam, Təhzibul- vəsilə, cild 2, kitabul- qəza, m 6, Ayətullah Fazil, Cameul- məsail, cild 1, səh 972, Ayətullah Məkarim, İstiftaat, cild 2, səh 664 və 665 Ayətullah Safi, Cameul- əhkam, cild 2, səh 1540, Ayətullah Xamneyi, Əcvibətul- istiftaat, səh 1246 və 1247 və Ayətullah Bəhcət, Tozihul- məsail, mütəfərriqat, m 16
[11] - Ayətullah Təbrizi, İstiftaat, səh 999, AyətullahVəhid, Minhacus- salihin, cild 3, m 32 və Ayətullah Sistani, Sistani, org, rüşvət. Porseman diskindən istifadə etməklə.