Qurani- kərim buyurur: Və yaxşı deyildir müsəlmanlar hamısı (cihad üçün) hərəkət etsinlər. Bəs nə üçün o dəstələrdən bir hissəsi köçmürlər ki, (bir hissəsi qalsın və) dində məlumat əldə etsinlər və öz qövmlərini ki, onlara doğru qayıtdılar, qorxutsunlar ki, onlar (İlahi əzabdan) qorxsunlar.[1]
Quran, bu ayədə müsəlmanlardan bir dəstəsini dində təfəkkür etməyə zövqləndirir ki, elm və din məarifini öz qövmləri üçün açıqlayıb, İlahi əzabdan qorxutsunlar, əlbəttə insanlar da bu dəstənin sözlərini qəbul etməyə dəvət olunsunlar.
Aya mümkündür Müctəhid və fəqih haqqında bundan yaxşı sitayiş etmək tapılsın?
Bu cür vəsflə, məsum İmamlardan bir çox rəvayətlərdə Müctəhidlərdən itaət etmək haqqında bəhslər olunmuşdur ki, biz yalnız o rəvayətlərdən bir neçəsinə işarə edirik:
1. Mərhum Səduq İmam Əmirəl- möminindən (ə) rəvayət edir ki, Allahın Rəsulu (s) buyurmuşdur: ""اللهم ارحم خلفایى Ey mənim Rəbbim, mənim canişinlərimi öz rəhmətində qərar ver. O həzrətdən sual olundu:
Sizin canişinləriniz kimlərdir?
Həzrət buyurdu: " الّذین یأتون من بعدى یروون حدیثى و سنّتى"
Onlar ki, məndən sonra gələrlər və mənim hədis və sünnətimi rəvayət edərlər.[2]
Məlumdur ki, "o şəxslər ki, həzrətdən (s) sonra gələcək və o həzrətin hədislərini rəvayət edəcək insanlardan məqsəd" Müctəhidlərdir; nəin ki, rəvayətçi və hədis söyləyənlər. Çünki Allahın Peyğəmbəri (s) üç böyük məqama[3] sahibdir ki, yalnız alim və Müctəhidlər buna naildirlər ki, hər üç mərhələdə Peyğəmbərin (s) canişini olsunlar.[4]
2. İmam Həsən Əsgəri (ə)- ın təfsirində gəlmişdir ki, həzrət İmam Rza (ə) buyurur: Qiyamət günü abidə deyilər sən yaxşı adam idin; çünki sənin səyin öz hidayətin üçün idi, insanlar da sənin məişətini təmin edirdilər, bəs behiştə daxil ol! Amma fəqih (Müctəhid) o şəxsdir ki, öz xeyrini insanlara çatdırır və onları düşmənlərin əlindən qurtarır. Behişt nemətlərini onların ixtiyarında qoyur. Allahın razılığını onlar üçün hazır edir. (Qiyamət günü) Müctəhidə deyiləcək: Ey o şəxs ki, Peyğəmbər övladlarının yetimlərinin himayəsini öz öhdəsinə götürmüşdür, zəifləri hidayət etmiş və Peyğəmbər övladlarını və onun övladlarını sevəni sevən şəxs. O şəxslər ki, öz dini məsələlərini səndən öyrənmişdirlər onları şəfaət etməlisən. Bəs o duracaq və o zaman behiştə daxil olacaq ki, onunla dəstə- dəstə insanlar da behiştə daxil olacaqlar.
Bunlar o şəxslərdir ki, onun (alimin) elmindən istifadə etmişdirlər və o şəxsin elmindən ki, o da Müctəhidin elmindən istifadə etmişdir, istifadə etmişdir və o şəxslər ki, qiyamət gününə qədər onun elmindən istifadə edirlər, istifadə etmişdirlər.
Bəs buna diqqət edin ki, alim və abidin arasında olan məqamlarda nə qədər fərq vardır.[5]
Bu cür rəvayətlərdən Müctəhidin məqamının nə qədər böyük olması və onun işi (insanlara dini məsələləri öyrətmək) və axirətdə onun savabını (behişt və başqalarına şəfaətçi olmaq) daha yaxşı anlamlıdır.
[1] - Tövbə surəsi, ayə 122
«ما کانَ الْمُؤْمِنُونَ لِیَنْفِرُوا کَافَّةً فَلَوْ لا نَفَرَ مِنْ کُلِّ فِرْقَةٍ مِنْهُمْ طائِفَةٌ لِیَتَفَقَّهُوا فِی الدِّینِ وَ لِیُنْذِرُوا قَوْمَهُمْ إِذا رَجَعُوا إِلَیْهِمْ لَعَلَّهُمْ یَحْذَرُون»
Əlbəttə bəziləri Ənbiya surəsinin 7- ci ayəsi haqqında
«فَسْئَلُوا أَهْلَ الذِّکْرِ إِنْ کُنْتُمْ لا تَعْلَمُونَ»
əgər bilmirsinizsə elm əhlindən soruşunş Deyirlər ki, baxmayaraq ki, bu ayə bəzi rəvayətlərə əsasən, Imamlar haqqındadır, amma Müctəhidlərə də şamil olur, çünki ayənin nazil olması yalnız İmamlara dəlalət etmir və hər alimə şamil olur.
[2] - Bax: Səduq, Mənla yəhzuruhul- fəqih, cild 4, səh 420, babul- nəvadir, hədis 5919, Səduq, kitabul- əmali, səh 109, Məclis, 34, hədis 4.
[3] - Peyğəmbərlik (Allahın hökümlərini təbliğ edib və şəriət məsələlərini insanlara çatdırmaq və onları hidayət etmək) qəzavət (insanlar arasında olan ixtilafları həll etmək). Vilayət (islami hökumətə rəhbərlik və tərbiyələndirmək).
[4] - Əlavə məlumat üçün bax: İmam Xumeyni (rəh) bey kitabı, cild 2, səh 629; Vilayət və diyanət, costarhayi dər əndişeye siyasəte İslam, Hadəvi Tehrani, Məhdi, səh 95- 102.
[5] - Biharul- ənvar, cild 2, bab 8, səh 5, hədis 10.