Cavabın aydın olması üçün bir neçə məsələni xatırlatmaq lazımdır:
1. “İslam müasir dindir” dedikdə məqsəd onun ən kamil din olması, onun qayda-qanunlarının bütün əsr və zamanlarda bəşərin səadət və xoşbəxtliyini təmin etməyə qadir olması mənasınadır. Belə ki, İslam qanunları bəşərin fitri istəklərinə və real vücuduna uyğundur və insanın fitrət və zatı heç vaxt dəyişdirilə bilməz.[1]
“Belə isə, öz üzünü tam şəkildə haqqa döndər, bu haqq dinə çevir. Həmin təbiət və fitrətlə ki, Allah insanları onun əsasında yaratmışdır. Allahın xəlq etdiyində dəyişiklik yoxdur, sabit din elə budur, lakin camaatın əksəriyyəti bunu bilmir.”[2]
İnsani fitrəti onun nəfsani istək və şəhvətlərindən tamamilə başqadır. Əks halda, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə, hətta bütün tarix boyu şəhvətlər və həvayi-nəfslər mövcud olmuşdur, bəzi cəmiyyətlərdə bəlkə də cəmiyyət üzvlərinin əksəriyyəti buna düçar olurdular. İlahi dinlər insan ruhunu əxlaqi rəzalətlərdən paklamaq, bəşər fitrətini və təbiətini saflaşdırmaq qərarına gəlmişlər: “Ey iman gətirənlər! Allah və Onun Peyğəmbəri sizi, həyat bağışlayan şeyə dəvət etdiyi zaman dəvətini qəbul edin!”[3]
Həva-həvəslər, nəfsani ehtiraslar ruhun səhifəsini örtüb qaraldan toz-torpaq kimidir. Çox hallarda zamanın keçməsi ilə bərkimiş çöküntülərə çevrilir ki, ağır çətinliklər və böhranlı hadisələrdən başqa heç bir şey onları silib aradan apara bilmir. Belə olan halda insana heç bir fayda da yetmir.
“Gəmiyə mindikləri zaman Allahı pak qəlb ilə çağırır, (lakin) quraya çıxdıqları və nicat tapdıqları zaman yenidən Allaha şərik qoşurdular.”[4]
Deməli, İslam dininin kamil olmasının mənası “hər gün camaatdan bir dəstəsinin şəhvət və ehtiras hislərinə uyğun olaraq dəyişilməsi” deyildir; əksinə məqsəd budur ki, İslam dininin həqiqəti tarix boyu sabitdir. Belə ki, imam Sadiq (əleyhis-salam) buyurur: “Peyğəmbərin halal buyurduğu şeylər qiyamətə qədər halal, haram etdiyi şeylər qiyamətə qədər haramdır.”[5]
2. İmam Xomeyninin (r) şahmat barəsindəki fətvası da İslam hökmünün dəyişdirilməsi mənasına deyildir; əksinə onun nəzəri budur ki, hazırkı dövrdə şahmat qumar vasitəsi deyil, əksinə fikrin idmanı olduğuna görə haram deyildir. Nəinki o dövrdə mütləq şəkildə haram edilmişdi və hal-hazırda bu hökm dəyişdirilmiş olsun. Başqa sözlə desək, əgər şahmat Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə qumar sayılmasaydı və beynin idmanı olsaydı, haram olmazdı. Necə ki, hazırkı dövrdə də fikrin idmanıdır və əgər qumar (udub-uduzmaq) üçün istifadə edilsə, haram olacaqdır.
3. Arvadın bacısı ilə evlənməyin haram olmasının fəlsəfəsinə gəldikdə isə,[6] işarə etdiyimiz kimi, əvvəla, haramlığın tam və qəti səbəbi kimi deyil, onu bu hökmün haram olmasının hikməti və sadəcə bir ehtimal ünvanı kimi bəyan etdik. Deməli, fərz üzrə “müəyyən hallarda bu hikmət mövcud olmazsa, haram deyildir” - deyə iddia etmək olmaz. İkincisi, bu bəyan kişilərin və qadınların təbiət və fitrətini nəzərə almaqla deyilmişdir. Buna görə də cəmiyyətin əksəriyyətinin tərəfindən qəbul olunur. Bunun da azsaylı insanların insan təbiəti və fitrətinin əksinə olaraq bundan başqa bir şey istəmələri ilə ziddiyyəti yoxdur. Əlbəttə, əvvəlki cavaba dəqiq şəkildə müraciət etməklə bu məsələ daha yaxşı aydın olar.
[1] Aşağıdakı görünüşlərə bax:
– “Sonuncu din”, sual 7 (sayt 205)
– “Din və dəyişiklik”, sual 8 (sayt 206)
– “Din – sabitlik və dəyişiklik”, sual 10 (sayt 209)
– “İslam dininin xatəm olmasının sirri”, sual 386 (sayt 399)
[2] “Rum” surəsi, ayə: 30
[3] “Ənfal” surəsi, ayə: 24
[4] “ Ənkəbut” surəsi, ayə: 65
[5] “Kafi”, 1-ci cild, səh. 58”
[6] Bax: Görünüş: “Eyni zamanda iki bacı ilə evlənməyin hökmü”, sual 550 (sayt 600)