Fəqihlərin (Allah onlardan razı olsun!) kəlamlarında suda yaşayan heyvanların ətinin halal olması üçün meyar verilmişdir. Onlar buyururlar: “Rəvayətlərdən belə əldə olunur ki, suda yaşayan heyvanların əti yeyilmir, yəni onun yeyilməsi haramdır,[1] yalnız balıq növləri istisna olunur. Bunların da təkcə pulcuqları olanlar halaldır.[2] Xərçəngdə də belə xüsusiyyət yoxdur.”
Qeyd edək ki, xərçəng ətinin haram olması üçün rəvayətlərdə xüsusi bir dəlil də gəlmişdir. İmam Musa ibni Cəfər (əleyhiməs-salam) buyurur: “Bir növ balıq olan cərrinin, tısbağanın və xərçəngin yeyilməsi haramdır.”[3] Deməli, İslam nəzərindən xərçəngin yeyilməsi haramdır.[4]
Əlavə məlumat üçün bax: Görünüş: “Meyqunun halal olmasının fəlsəfəsi”, nömrə 310
[1] Başqa sözlə desək, suda yaşayan heyvanların ətinin haram, yoxsa halal olmasında ilkin hökm onun haram olmasıdır.
[2] “Tovzihul-məsail”, (İmam Xomeyninin (r) risaləsinin haşiyəsi), 2-ci cild, səh. 595; Ayətullah Fazil Lənkəraninin (r) risaləsi, məsələ 2753; “Minhacul-möminin” (Mərəşi), 2-ci cild, səh. 188; “Minhacus-salihin” (Xoi), 2-ci cild, səh. 344; “Əl-fiqhu ələl-məzahibil-ərbəə və məzhəbi Əhlil-beyt (əleyhimus-salam)”, 2-ci cild, səh. 20, “ma yumnəu əkluhu və ma yubahu ov ma yəhullu” bölməsi, səh. 13
[3] “Vəsailuş-şiə”, 24-cü cild, səh. 147
[4] “Camiul-məsail”, Ayətullah Behcət (r), 4-cü cild, səh. 385; “Siratun-nəcat”, Ayətullah Təbrizi (r), 5-ci cild, səh. 407