Əziz İslam Peyğəmbəri (s) ayləlik əməlinin müsəhəbbat və məkruhatını bir hədisdə Həzrəti Əli (ə)a buyurdular:
Yoldaşına Qurban bayramı gecəsi yaxınlıq etmə çünki əgər bu gecə nütfə ana bətninə yerini tutarsa, olan uşaq ya altı barmaq olacaq ya dörd barmaq...[1]
Bu hədis Hilyətul Müttəqin kitabından əlavə Tacoddin əşşəirinin camiul əxbar və Rəziyəddin Həsən ibn Fəzl Təbərisinin Məkarimul Əxlaq kitabındada gəlmişdir. Ama sənəd baxımından Mürsilədir.
Bu hədisin məzmunu haqqında deyə bildiyimiz budur ki, Qurban bayramı gecəsində yaxınlıq və nütfənin təşkili uşağın altı yaxut dörd barmaqlı olması üçün tələbi və səbəbinin bir hissəsidir və onun tam səbəbi deyildir. Buna görə də belə bir gecədə nütfələri bağlanmış uşaqların hamısı altı ya dörd barmaqlı olmayacaqdır. Necə ki o uşaqlardan bir çoxu ki altı yaxut dörd barmaqlıdırlar o demək deyil ki, hökmən onların nütfəsi başqa bir gecədə bağlanıbdır.
Buna əsasən baxmayaraq ki, bu hədis sənəd cəhətdən mürsələdir və məzmun cəhətdən də edə bilmir Qurban bayramı gecəsində evliliyi və yaxınlığı övladın altı barmaq olmasına tam səbəb bilsin. Amma bir zərərin və xətərin xəbərdarlığı və ehtiyat olunan zərəri uzaqlaşdırmaqlıq adı ilə ki bir sağlam və ağıllı insanın işidir, ona əməl etmək olar.
[1] - Tacoddin əşşəiri, camiul əxbar, səh 103
«قال رسول الله ص :.. یا علی لا تجامع مع أهلک فی لیلة الأضحى فإنه إن قضی بینکما ولد یکون له ستة أصابع أو أربع أصابع ... الفصل الستون فیما یستحب عند دخول العروس فی البیت و فی بیان أوقات الحسنة و المکروهة للجماع»
Rəziyəddin Həsən ibn Fəzl Təbərisi, Məkarimul Əxlaq, səh 209, Seyyid Rəzi nəşriyyatı, Qum şəhəri, 1363 hicri qəməri tarixi ilə.