Kişinin qızıldan istifadə etməsi üçün, elmi nəzərdən dağıdıcı nəticələr qeyd olubdur ki, əsəb sisteminin qıcıqlanması[1], leykositin (ağ qan cisimciyi)[2] həddən artıq çoxalmasını buna misal vurmaq olar.
Amma bu məsələyə diqqət etmək lazımdır ki, elm insanın sağlamlığını öhdəsinə alıbdır, halbu ki, insanın mənəvi cəhətdən tərbiyəsi, müsəlman şəxsin əsas narahatlığı olmalı və bədən və elmə, alət və vəsilə kimi baxmalıdır. Çünki insan maddi bir varlıq deyil. İnsanın insanlığı İlahi xilafət məqamına yetişmək üçün, Allahın ona bağışladığı istedadlarının çiçəklənməsi sayəsindədir. Amma bu istedadların çiçəklənməsi yolu nədir? Bu yolun mane və bəlaları hansıdır?
Allah şərii hökümlər formasında İlahi lütf olaraq, istedadların çiçəklənməsinin yolları və manelərini açıqlayıbdır.
Bu qaydanı nəzərə alaraq, İlahi hökümlərin öz- özlüyündə və həqiqi məsləhətlərə malik olmalarına şübhəsiz diqqətimiz var.
Amma onların fəlsəfəsini tapmaqda neçə mühüm məsələyə diqqət etmək zəruridir:
1. Bəşər bütün hökümlərin fəlsəfəsinə əl tapa bilərmi? Bu sualın cavabı mənfi olmalıdır. Çünki:
a). Dini kitablarda bütün hökümlərin fəlsəfəsi qeyd olunmamışdır.
b). Fəlsəfəsi açıqlanan hökümlərin, bütün fəlsəfələrininqeyd olunması məlum deyil. Əksinə bir hökmün saysız fəlsəfələrinin olması mümkündür. Amma müqəddəs şəriət seçim şəklində onların bəzisini xatırlamışdır.
c). Bəşər elmləri də, hökümlərin fəlsəfə və hinmətlərinin bəzisini kəşf etməyə qadirdir, nəin ki, hamısının.
Buna əsasən, bütün hökümlərin tam formada fəlsəfəsini bilməyin fikrində olmaq, bəşər elminin gücü həddindən yuxarıdır.
2. Hökümlərin fəlsəfəsi maddi və fiziki (hansı ki, təcrübi elmlərdən sayılır) hikmətlərlə məhdudlaşmır. Əksinə, çox yerlərdə, təcrübi və elmi araşdırmalar sahəsindən də xaric olan daha üstün olan hikmət və səbəbləri var. Məsələn bəşəri elmlərdə orucun sağlamlığa aid xüsusiyyətlərdən, çox danışıblar, amma Quran daha əsas məsələyə təkid edir və o, təqva əldə etməkdir. Quranın onun sağlamlıq məsələlərinə işarə etməməsinin səbəbi bəlkə də budur ki, İslam ümmətini aşağı səviyyəli hədəflərə yönəltməsin, əksinə həmişə uca həyərlərə doğru aparsın.
3. Qızılın kişiyə haram olması məsələsi barəsində deməliyik ki, ola bilsin, deyilən məsələlərdən əlavə, kişilərin qiymətli zinətlərin tələsinə düşməsinin qarşısını almaq, haram olmağın səbəblərindən olsun.