Son zamanlar vəhhabilər tərəfindən “Nur” adlı bir peyk şəbəkəsi dünya səthində işə salınıb və müxtəlif dillərdə, o cümlədən, fars dilində də fəaliyyət edir. Onlar proqramlarında təhrif, xurafat yayır və əsl İslamı tanıtmaq şüarları ilə bütün şiə etiqadlarına həmlə edir və onları məzəmmət etməklə məşğul olurlar. Nəyə görə şiə alim və mütəfəkkirləri vəhhabilərin belə etiqadi həmlələri müqabilində onlara qarşı oxşar həmlələr etmirlər və islami məzhəblərin yaxınlaşmasından danışır, özlərinin etiqad və üsullarının açıqlanmasından ehtiyat edirlər?
Heç bir müsəlman mütəfəkkirinin və canyandıran alimin İslam aləmində əsl vəhdətin lüzumunda şəkk və şübhəsi yoxdur. Çünki, ixtilaf və ayrılıq istər-istəməz dində dağınıqlığa və zəifliyə səbəb olacaqdır.
Vəhdət müxtəlif məzhəb və firqələrin müştərək cəhətlərində əsas köklərini və üsulllarını hifz etməklə möhkəmlənməsi və birləşməsidir.
Vəhhabilər ifrat təfəkkürə malik olan bir dəstə insanlardır ki, təriqətləri ayə və rəvayətlərdən özlərinə sərf edən səviyyədə istifadə etməklə tarixdə ilk dəfə İbni Teymiyyənin vasitəsi ilə, daha sonra isə Məhəmməd ibn Əbdul-vəhhabın əli ilə genişlənmişdir. Çox təəssüflər olsun ki, özlərinin inhirafi fikirləri ilə çoxlu tərəfdar toplamış, bir çox müsəlmanları yollarından azdırmış və özlərinə cəzb etmişdir. Amma diqqət etmək lazımdır ki:
A) Dinin köklərində olan məsələlərin açıqlanmasının dindəki vəhdətlə heç bir ziddiyəti yoxdur;
B) Vəhhabilərin tamamilə təzə bir firqə olmasını nəzərə alaraq demək olar ki, onlar bir təfərdən tünd və qatı əməlləri ilə bizim dini köklərimizlə çox fasilə salır, digər tərəfdən isə dünya ictimaiyyətinin nəzərində İslama qarşı şübhə və xoşagəlməz fikirlər formalaşdırırlar. Ona görə belə inhirafi firqələrlə mübarizədə onların təfəkkürlərini araşdırmaqla İslamda vəhdət istiqamətində hərəkət etmək lazımdır.