Sizin sualınız əslində üç hissəyə bölünür və onlara ayrıca cavab veririk:
- Spermanın əlamətləri hansılardır? Və nə zaman pollyusiya kişidə baş verir?
- Əgər spermanın xaric olmasına yəqin etsək, bunun hökmü nədir?
- (Cənabət halında) qılınan namazların hökmü nədir?
C 1. Fəqihlərin nəzərinə əsasən, spermanı müəyyənləşdirməyin əlamətləri belədir:
Bütün təqlid mərcələri (Ayətullah Bəhcət, Safi və Məkarim istisna olmaqla): Sağlam və xəstə olmayan kişidə spermanın xaric olmasının üç əlaməti var: 1. Şəhvətlə xaric olsun. 2. Sıçrayışla xaric olsun. 3. Bədən süst olsun. Əgər qeyd olunan üç əlamətin heç biri ya onların biri olmasa, sperma hökmündə deyil. Bu şərtlə ki, digər bir yolla onun sperma olmasına yəqin etməsin.[1]
Ayətullah Bəhcət və Məkarim: Kişidə spermanın xaric olmasının iki əlaməti var: 1.Şəhvətlə xaric olsun. 2. Sıçrayışla xaric olsun. Əgər iki əlamətdən ya onlardan biri olmasa, sperma olmasına hökm olunmaz. Bu şərtlə ki, digər bir yolla onun sperma olmasına yəqin etməsin.[2]
Ayətullah Safi: Əgər şəhvət və sıçrayışla xaric olsa, və ya sıçrayışla xaric ola və bədən süst olsa, həmin rütubət sperma hökmündədir. Əgər bu iki əlamətin heç biri olmasa, sperma hökmündə deyil. Bu şərtlə ki, digər bir yolla onun sperma olmasına yəqin etməsin.[3]
C 2. Əgər sizin paltarınızın ləkəsində spermanın əlamətləri olsa və sizin paltarınızdakı ləkənin sperma olmasına və sizin özünüzdən olmasına yəqin etsəniz, cənabət qüslü sizə vacib olur. Amma əgər şəkk etsəniz, sizə cənabət qüslü vacib deyil və qıldığınız namazlarınızın da qəzası yoxdur.[4]
C 3. Əgər dediyiniz kimi ləkənin spermanın əlamətləri olmasına və paltarınızdakı ləkənin sperma olmasına indi yəqin tapıbsızsa, bundan sonra qılmaq istədiyiniz namazlar üçün qüsl etməlisiniz və o halda qıldığınız namazları qəza etməlisiniz. Əgər həmin halda qıldığınız günlərin sayında şəkkiniz varsa, yəqin etdiyiniz miqdara əməl edin. Yəni cənabət halında namaz qılmağınıza yəqin etdiyiniz miqdarı qəza edin.
Hər halda öz paltarınızda sperma gördünüz və onun sizin özünüzdən olmasına yəqin etsəniz, qüsl etməli və sperma xaric olandan sonra qılmağına yəqin etdiyiniz namazları, qəza edin. Amma sperma xaric olandan sonra qılmağını ehtimal verdiyiniz namazların qəzası lazım deyil.[5]
[1] - Mərcələrin izahlı hökümləri, məsələ 346, Vəhid, İzahlı hökümlər, məsələ 352, Nuri, İzahlı hökümlər, məsələ 347, Xamineyi, Əcvibətül- istiftaat, sual 180, Baxın: Göstərici, Cənabətin şərtləri, sual 475.
[2] - Bəhcət, Mərcələrin izahlı hökümləri, məsələ 346, Məkarim, Təliqat ələl- ürvə, qüslül- cənabət.
[3] - İzahlı hökümlər, məsələ 1352.
[4] - Baxın: Göstərici: Cənabət qüslünü biləndən qılınan namazların hökmü, səh 638.
[5] - İzahlı məsələlər risaləsi, İmam Xumeyni, məsələ 354.