Ətraflı axtarış
Baxanların
117871
İnternetə qoyma tarixi: 2011/01/02
Sualın xülasəsi
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Sual
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir? Peyğəmbər (s) namazı necə qılmışdır?
Namaz necə qılınmalıdır? Bu haqda göstərişlər varmı?
Qısa cavab

On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. Elə buna görə də, əlibağlı namaz qılmaq müsəlmançılığa deyil, atəşpərəstliyə oxşar bir əməl sayılır. Peyğəmbər (s) namaz qılarkən namazın əvvəlindən sonuna qədər yerinə yetirdiyi əməllər barədə daha dəqiq və etibarlı rəvayətlərə rast gəlirik. Ancaq sözü gedən rəvayətlərdə namaz qılarkən “əli əlin üzərinə qoyulmalıdır” göstərişini görmürük.

Yeri gəlmişkən, xatırlatmalıyıq ki, namazın əlibağlı qılınması Peyğəmbər (s) həyatda ikən yox, vəfatından sonra yəni ikinci xəlifənin dövründə ortaya çıxarılmışdır.

Elə həmin gündən bəri bəzi sünnə əhlini nəzərə almamaq şərtilə, qalan digər sünnülər namazı əlibağlı qılırlar.

Ətreaflı cavab

Peyğəmbər (s) həyatda ikən əli əl üzərinə qoyaraq namaz qılınmayıb. Peyğəmbərimizin (s) özü də namazı əliaçıq qılarmış.[1] Şiələr həmişə olduğu kimi hər bir məsələdə Peyğəmbər (s) və İmamlara (ə) tabe olduqlarını göstəriblər. Elə namazı əliaçıq qılmaları da buna əyani sübutdur. Onlar heç bir zaman əlibağlı namaz qılmayıb. Çünki əlibağlı namaz qılmaq (bidətdir) dinə əlavədir. Əlibağlı namaz qılmaq dinimizin göstərişi olmayıb. Əslində namaz bu şəkildə Peyğəmbərin (s) vəfatından sonra yəni ikinci xəlifənin zamanında qılınmışdır. Elə həmin dövrdən başlayaraq bu günə qədər namazın əlibağlı şəkildə qılınması bir şox müsəlmanlar arasında sünnəyə[2] çevirilərək əməl olunur.[3]

 İmamların (ə) göstərişində isə əlibağlı namaz qılmaq kafir və atəşpərəstlərin adət və ənənələrinə oxşar olduğu bildirilir. Məhz elə ona görə də, İmamalar (ə) şiələrə Peyğəmbərin (s) sünnəsinə əməl etməyi yəni əliaçıq namaz qılmağı əmr ediblər.

Əbi Həmid Saidinin nəql etdiyi hədisdə Peyğəmbər (s) namaz qılarkən yerinə yetirdiyi bütün əməllər yəni “Allahu əkbər” dən başlayaraq namazın “salamına” qədər olan hər bir vacib və müstəhəb əməllər qeyd olunmuşdur. Lakin həmin hədisdə əlibağlı kimi “dinə əlavə” halı qeydə alınmamaışdır. Əksinə olaraq, haqqında danışdığımız hədisdə Peyğəmbər (s) “Allahu əkbər “dedikdən sonra əlini aşağa salıb yan tərəflərə birləşdirməsi aydın göstərilmişdir.[4] və hamıya məlumdur ki, Peyğəmbər (s) həyatda ikən heç bir müstəhəb əməli tərk etməmişdir.

Yuxarıda qeyd etdiyimiz mövzu barədə başqa hədislər də nəql olunmuşdur. Onlardan biri də Həmad ibni İsanın İmam Sadiqdən (ə) nəql etdiyi hədisdir. Həmad ibni İsa İmam Sadiqdən (ə) ona namazı kamil və doğru şəkildə qılınmasını öyrətsin deyə müraciət edir. İmam (ə) üzünü qibləyə tutub bütün müstəhəb əməlləri yerinə yetirdikdən sonra Allahu əkbər deyib namazı qılmağa başlayır. O, namazı elə bu gün şiələr qıldığı kimi qılaraq salamını deyib namazı başa vurur.[5]

Qeyd etdiyimiz hədisdə İmam Sadiq (ə) eyni ilə Peyğəmbər qıldığı namazı Həmad ibni İsaya öyrədir. Amma gördüyünüz kimi İmam (ə) Həmada təlim verdiyi zaman heç də əli əl üzərinə qoymaqdan söhbət açmır. Əgər əli əl üzərinə qoymaq sünnə olardısa yəqin bilin ki, İmam (ə) namazı öyrədərkən onu da öyrədər yaxud ən azından ona işarə edərdi. Deməli, bu şəkildə namaz qılmaq sünnə olmadığı üçün İmam (ə) da ondan söhbət açmayıb.

Bura qədər sadaladığımız hədislərlə bərabər İmamlardan (ə) da bizə çoxlu saydə hədislər gəlib çatıb. Həmin hədislərdə əli əl üzərinə qoyub namaz qılmağı kafir və atəşpərəstlərin əməllərinə oxşar bir əməl olduğu vurğulanıb. Əlibağlı namaz qılmağı kafir əməlinə bənzədən bir nəçə rəvayəti diqqətinizə çatdırırıq:

1. Məhəmməd ibni Müslim İmam Sadiq (ə) yaxud İmam Baqirdən (ə) belə nəql edir:

قاله: قلت له: الرجل یضع یده فی الصلاه –و حکی- الیمنی علی یسری؟ فقال: ذالک التکفیر لا یفعل[6]

2. Zürarə İmam Baqirdən (ə) belə nəql edir:

انه قال: و علیک بالا قبال علا صلا تک ولا تکفر فانما یصنع ذالک المجوس[7]

3. Şeyx Səduq Əli (ə)– a istinadən belə nəql edir:

انه قال: لا یجمع المسلم یدیه فی الصلاته و هو قائم بین یدیالله عز و جل یتشبه با هل الکفر یعنی المجوس[8]

 



[1] - Bu haqda nəql olunan hədis qeyd olunacaq.

[2] - Haqqında danışdığımız mövzu barədə Büxarinin Səhl ibni Səiddən nəql etdiyi hədisi göstərə bilərik: 

کان النا س یومرون ان یضع الرجل الید الیمنی علی ذراعه یسری فی صلاه

“Fəthül-bari fi şərhi səhihil-büxari”,cild. 2, səh. 224.

Əgər Peyğəmbər (s) namazda əlibağlı olmaq əmri vermişdirsə bəs niyə hədisdə “کان النا س یومرون” gətirilib ?! Deməli, peyğəmbər (s) belə bir göstəriş verməyib. Əgər peyğəmbərin belə bir əmri olsaydı əslində hədisdə belə “کان النبی یامر” deyilməli idi.

[3] - Hənəfilər,Şafeilər və Hənbəlilər əlibağlı namaz qılmağı sünnə və müstəhəb bilirlər. Amma Malikilər isə onların əksinə olaraq əliaçıq namaz qılmağı müstəhəb bilir. ”Əl-fiqhu ələl- məzahibil- xəmsə”, səh. 110.

[4] - “Sünəne Beyhəqi”, cild. 2,72,73,101,102; “Sünəne Əbi Davud”, cild. 1,səh. 194.

[5] - “Əl- vəsail”,cild. 4,fəsl.1,hədis.1.

[6] - “Əl- vəsail”,cild. 4, fəsl,15,hədis. 1

[7] - “Əl- vəsail”, cild. 4, fəsl,15,hədis. 2,3,7.

[8] - Cəfər Sübhani, “Fiqhul- şiə əl- imamiyyə və mvazeul- xilaf bəynəhu və bəynəl- məzahebil- ərbəə” ,səh. 183.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Bir sünnü kişini necə şiyə etmək olar? Aya şiyə bir qızı bir oğlanla ki,sünnüdür evləndirmək olarmı?
    10958 Nizamlar hüquq və əhkam 2012/06/13
    Şiyə və sünnü hər ikisi müsəlmandırlar və bir çox məsələlərdə bir, və bəzi məsələlərdə fərqləri də vardır ki inkar etmək olmaz. Amma bu ixtilaflar birlik və dini ğardaşlığa ziyan yetirməməlidir.əlbətdə iki məzhəb arasında əsir fikirlərinin bir birbirinə yaxın olması üçün olan dialoqlar yaxşı bir işdir ...
  • Tarixi- Təbəri etibarlıdırmı?
    10274 تاريخ بزرگان 2011/12/25
    1.             Tarixi ya rəvayi (hədisi) bir mənbənin mötəbər olması, onda olan hər şeyin yüz faiz doğru və düz olması mənasında deyil. Tarixi- Təbəri də bu qaydadan istisna olunmayıb. Bundan əlavə, yuxarıda qeyd olunan xəbər şiə mənbələrində yoxdur. 2.             Ravilərin bəzisi, bu xəbəri rəvayət edəni yəni ...
  • Əgər ölən şəxsin gözü və qulağı ölümdən sonra açılırsa, nə üçün öz ölümündən sonrakı hadisələr barəsində başqalarından soruşur?
    10339 Qədim kəlam 2010/11/10
    Ölümdən sonra bərzəx gözünün (bəsirətin) açılması ümumi bir məsələdir. Yəni bütün insanlar ölüm zamanı ruhun çıxarılmasına vəkil olan mələkləri öz əməllərinə mütənasib olan bir şəkildə müşahidə edir, onların arasında söhbət olur, onların səslərini eşidir, ölümdən sonra onların əməlləri öz gözləri önündə təcəssüm edir, ...
  • Mən müsafirəm və səfərimin nə qədər davam edəcəyi məlum deyildir. Namazımı qəsr, yoxsa tamam qılmaqla əlaqədar vəzifəmi bəyan edin.
    5174 Nizamlar hüquq və əhkam 2011/11/24
    Tərəddüddə olan və səfərinin nə qədər davam edəcəyini bilməyən müsafirdə iki hal təsəvvür olunur: 1. İqamət müddətinin nə qədər olacağını dəqiq şəkildə bilmir, lakin aşağısı on gün ərzində bir yerdə qalacağını bilir. (Məsələn, xəstəxanada yatır və nə vaxt azad olunacağını bilmir, lakin orada ...
  • İmam Xumeyninin (rəh) nəzərində xoşbəxtlik və bədbəxtliyin mənbəyi nədir?
    5974 Əməli əxlaq 2012/10/03
    İmam Xumeyni (rəh) İslamşunas və arif bir şəxs olaraq, insanlar və cəmiyyətlərin xoşbəxtliklərinin hamısının mənbəyini, onların Allaha diqqət edib və Onun əmrlərini icra etmək üçün çalışmaqda bilir. Bunun qarşısında, bədbəxtliklərin başlanğıcını onların Allahpərəstlik əvəzinə özünə pərəstişə üz tutub axirət əvəzinə dünyanı ilk hədəf seçmələri zamandır. Əkbəttə, O, ...
  • İmam Əli (əleyhis-salam)-ın nəzərindən Quranın məqamı necədir?
    6343 Quran elmləri 2012/07/22
    İmam Əli (əleyhis-salam)-ın nəzərində Quran çox yüksək məqama malikdir. “Nəhcul-bəlağə”də Quran üçün qeyd olunan xüsusiyyətlərin bəzisi aşağıdakı mövzularda xülasə edilmişdir: 1. Xeyirxah nəsihətçi, 2. Ən yaxşı yol göstərən, 3. Düz danışan natiq, 4. Ən möhkəm və xatircəm sığınacaq yeri, 5. Şəfa verən, 6. Elm və mərifətin mənşəyi, ...
  • Ümumiyyətlə mələklər İmamların nurundan yaranıblar və aya onların vəzifəsi İmam Hüseynə ağlamaqdır?
    6864 Qədim kəlam 2011/12/25
    1.             Mələklərin nurdan xəlq olması hədislərdə nəql olunub və şiə və əhli sünnə mənbələrində şəkk olunmayan bir hökmdür. Bəzi şiə rəvayətlərində mövcudatın məxsusən mələklərin Peyğəmbərin (s), İmamların (ə) nuru və başqa nurlardan xəlq olunmasına işarə olunubdur. Həmçinin əhli sünnə mənbələri arasında rəvayətlər vardır ki, birinci xəlifənin və... Peyğəmbərin ...
  • Qadına çatan irslə Məkkəyə getmək ona vacib olur? Ərini və ailəsini başsız qoysa da belə?
    5158 Nizamlar hüquq və əhkam 2012/05/19
    Həcc dinin sütunları və onun zəruriyyatlarından biridir. Həcci tərk eləmək və bunu vacib hesab eləmək böyük günahlardan biridir. Onu inkar eləyib tərk eləmək küfrə səbəb olur. Şeyx Kuleyni Mötəbər yolla İmam Sadiqdən ə. nəql edir: “Hər kəs höccətul- islamı zəruriyyat olmadan, ya xəstə olduğu üçün ...
  • Əhli sünnətin dörd məzhəbi necə yaranmışdır və necə ictihad bəhsi ləğv olmuşdur?
    9542 Nizamlar hüquq və əhkam 2012/01/08
    İslam maarifi və fiqhi İsalmın əvvəllərində baş verənlərdən, Peyğəmbərin (s) canişinlik və xilafət məsələsindən sonra iki dəstəyə bölündülər. O fiqh ki, Peyğəmbərdən (s) sonra Əhli- Beyitdən (ə) götürülmüşdür və o fiqh ki, Peyğəmbərdən (s) sonra səhabə və tabeindən götürüldü, əhli sünnəd adını aldı.İslamın ...
  • Meyitin ruhunun şad olması üçün hansı işləri görmək olar?
    16164 Əməli əxlaq 2012/04/19
    Müsibətə səbir etmək, onun təsirlərinə diqqət yetirmək və ölümün hamı üçün və haqq olması barədə təfəkkür etməklə müsibətlərin təsirini asanlaşdırmaq olar. Dünyadan gedən şəxslər üçün əncam verilə bilən müstəhəb əməllər: dəfn olunduğu birinci gecədə vəhşət namazı qılmaq, meyitin tərəfindən sədəqə vermək, dua etmək və onun üçün Quran ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162981 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155290 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117871 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109877 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    99270 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91451 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53444 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45589 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43859 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43034 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...