Dünyada hazırda mövcud olan dinlərdə bəzi həqiqətlər müşahidə olunsa da, amma həqiqi tövhid olan həqiqətin tam forması yalnız İslamda müşahidə oluna bilər. Bu iddianı isbat etmək üçün əsas sübut, mötəbər sənədin olmaması və digər dinlərin dini kitablarında əqli ziddiyyət və təhriflərin olması və bunun əksinə, Quranın təhrif olmaması, mötəbər tarix və sənədin olması, İslam dininin hər tərəfliliyi və onun təlimlərinin sağlam ağla uyğunluğudur.
Digər bir tərəfdən haqq din hər bir əsrdə yalnız bir dindir. Digər mövcud din və məzhəblər ya əsasları batil və əsassızdır və ya aradan getmiş və nəsx olmuşdur. Hazırda haqq şəriət, İslam şəriətidir. Həqiqi və doğru İslam Əhli- beyt (şiəçilik) məzhəbi çöhrəsində təcəlla edibdir və yalnız şiə təlimləri Məhəmmədin əsl İslamını göstərə bilər.
Cavabın aydın olması üçün, indiki dünyada olan digər dinlərin çatışmazlıqlarının sübutları və İslam dini və Əhli- beyt məktəbinin üstünlük və haqq olması dəlilləri kimi məsələləri araşdırmalıyıq.
A). Dünyada olan dinlərin (İslamdan başqa) çatışmamazlıqlarının sübutları.
Dünyada olan digər dinlərin çatışmamazlıqlarının sübutlarını bəyaz etməmişdən öncə, iki şeyi xatırladırıq:
Bir: Bizim məqsədimiz bu deyil ki, indiki dinlərdə olan bütün şeylər batil və onlarda heç bir haqq söz tapılmaz. Əksinə məqsədimiz budur ki, indiki bu dinlərdə elə məsələlər var ki, qəbul oluna bilməz və bu dinlər kamil çöhrəni bəyan edə bilməzlər.
İki: Bizim bu qısa araşdırmada indiki dünyanın iki mühüm dininin yəni yəhudilik və məsilik dininin çatışmamazlıqlarına işarə etməyimizlə, bu iki dindən qəbul olunma və etibar cəhətdən daha aşağı olan digər dinlərin dəyər və qiyməti məlum olur. Amma indiki məsihilik dininin həqiqətin kamil çöhrəsi ola bilməməsini isbat edən sübutlar:
- İncil mütəvatir deyil və yəqinə yetişdirən sənədi yoxudur.
Həzrət İsa (ə) Bəni- İsraildən idi, dili ibrani və Beytul- müqəddəsdə Peyğəmbərlik iddiası etdi. Oranın camaatı da, ibri idilər və bizim onların kimliyindən xəbərimiz olmayan az camaatdan başqa digərləri ona iman gətirmədilər. Yunan dilini bilən Beytul- müqəddəs camaatından neçəsi kiçik Asiyanın şəhərlərinə getdilər və camaatı həzrət Məsihin dininə dəvət etdilər. Yunan dilində yazdıqları kitablarda bəzi məsələlərə yer verdilər və Yunan və Roma camaatına dedilər: İsa belə dedi və etdi. Həzrət İsanı görüb onun əməl və dediklərinə şahid olub və onun dilini bilən insanlar Fələstində idilər və həzrət İsanı (ə) Peyğəmbər kimi qəbul etmədilər. Yunan dilində yazılanları saxta bildilər. Bu kitab və hekayələri qəbul edənlər uzaq şəhərlərin camaatı idilər. Onlar Beytul- müqəddəs şəhərini görməyib, həzrət Məsihi görməyib və onun dilini də bilmirdilər. İncildə yazılan hekayələr yalanda olsaydı, nə yazmağa mane olan yazıçıları var idi, nə də inkar edə bilən eşidənləri.
Məsələn Mətta incilində yazılıbdır ki, həzrət Məsih dünyaya gələndən sonra Şərqdən neçə nəfər məcusi gəlib, təzə doğulan yəhudi padşahının harada olduğunu soruşdular və onun ulduzunu Şərqdə gördüklərini dedilər. İnlar İsanı göstərmədilər. Birdən həmin ulduzun hərəkət edib həzrət İsa (ə)- ın olduğu evin üstündə dayandığını görüb, bildilər ki, o evdədir. Belə bir saxta olan hekayəni incildə yazıb və rüsvayçılıqdan qorxmadılar. Ona görə ki, ibri dilində Beytul- müqəddəsin əhalisi üçün yazmadılar, əksinə qərblilər üçün yazdılar. Qərib yerdə insan özünü çox tərifləyə bilər. Bizim yəqinimiz var ki, bir münəccim hər kəsin doğulması ilə bir ulduzun tapılıb onun başı üstündə hərəkət etməsinə inanmır, n məcuslar nə də qeyri məcuslar. Həmçinin keçmiş məsihilərin həzrət Məsihin öldürülməsi barəsində ixtilafları varları idi. İncillərin bəzisində isə yazılmışdır ki, o həzrət öldürülməyib, halbu ki, əgər bir şəxs bir şəhərdə öldürülsə camaatın çox diqqət etməsindən belə işlər gizli qalmız. Xüsusiylə dara asılma. Amma İncili yazanlar qərib insanlar və qərib dildə yazdıqlarına və bu qərib insanlar o həzrətin öldürülüb ya öldürülməməsimdən xəbərdar olmaq üçün Beytul- müqəddəsdə olmaqlarına görə, İncil yazanlar tam azadlıqla nə istəyirdilər yazdılar və heç bir qorxuları da yoxları idi. Həzrət Məsihdən üç yüz il sonra bir məclis təşkil edib və xristian alimləri bu işlərdəki ixtilafları necə aradan qaldırmaq barəsində məsləhətləşdilər. Nəzərləri belə oldu ki, İncillərin arasından dörd incili seçib və onlardakı mövzuları düzəltsinlər və saysız hesabsız olan qalanları batil bilsinlər. İncillərdə o həzrətin öldürülməməsini qəbul etməyib və qeyri rəsmi oldu.[1]
- Məsihilik dininin çatışmamazlığına ikinci sübut :
Bu günkü incil kitabında çoxlu sayda ziddiyyət və təhrifi olmasıdır. Daha çox məlumat əldə etmək üçün Əllamə Şəraninin[2] yazdığı xoşbəxtlik yolu, Fazil Hindi Hibətullah ibn Xəlilur- rəhmanın yazdığı əzhərul- həqq və şəhid Haşimi nejadın yazdığı Quran və digər səmavi kitablar, kitablarına müraciət edin.
- Üçüncü sübut,
Məsihilərin bəzi etiqad bəslədiklərinin məntiq və ağıl əsaslarına uyğun gəlməməsidir. Məsələn bu etiqadları kimi: Oğul Allah insan formasında cisimləndirdi, insanların günahlarını öz boynuna götürür və xaça çəkilmə əziyətini qəbul etməklə günahların kəffarəsi olur. Yuhənna İncilində belə oxuyuruq:
"Allah bu dünyanı o qədər istəyirdi ki, özünün yeganə oğlunu verdi ki, ona iman gətirən şəxslər həlak olmasınlar və əbədi həyat tapsınlar. Çünki Allah yeganə oğlunu dünyaya hakimlik etmək üçün göndərmədi, əksinə onun vasitəsilə dünyanın nicat tapmasına göndərdi".[3]
Yəhudilik dini barəsində də bu üç irad var:
Birinci: Tövratın üç nüsxəsi var:
- Yəhudi və protestan alimləri yanında etibarlı olan ibrani nüsxəsi.
- Samirilərin (Bəni- İsrailin digər bir tayfası) yanında etibarlı olan samiri nüsxəsi.
- Qeyri protestan məsihi alimlərinin etibarlı saydıqları yunan nüxsəsi.
Samirilərin nüsxəsi yalnız həzrət Musa (ə)- ın beş kitabı və Yuşə və hakimlərin kitabına şamildir. Onlar əhdi- ətiqin digər kitablarını etibarlı saymırlar. Həzrət Adəmlə Nuhun tufanı arasındakı fasilə və zaman müddəti birinci nüsxədə 1656 il, ikinci nüsxədə 1307 və üçüncü nüsxədə 1362 ildir. Deməli hər üç nüsxə doğru ola bilməzlər. Onların biri etibarlı və doğrudur o da məlum deyil ki, hansıdır.[4]
İkinci: Tövratda da elə məsələlər var ki, insan oğlu onu qəbul edə bilmir.
Məsələn Tövratda Allah yol gedən, oxuyan, yalançı və aldadan bir insan formasında tanıtdırılır. Çünki Adəmə yaxşı və pis ağacından yediyi zaman öləcəyini demişdi, amma Adəm və Həvva o ağacın meyvəsindən yedilər, nəin ki, ölmədilər, əksinə yaxşı və pisi də tanıdılar.[5]
Yaxud Allahın həzrət Yəqubla güləşməsi əhvalatı ki, Tövratda gəlibdir.[6]
b). İslamın üstünlük və haqq olmasının sübutları.
1. İslam dininin möcüzəsinin əbədi və diri olmas. Çünki bu dinin əsas möcüzəsi hissi işlər növündən olan keçmiş Peyğəmbərlərin möcüzəsinin əksinə olaraq kitab, məntiq və bilik növündən olan Qurandır. Ona görə də həmişə diri, özünən söykənən, İslam Peyğəmbəri (s)- nin həyat və hüzuruna bağlı olmayan və əbədi bir möcüzədir.
Bundan əlavə Quran mübariz istəməsini elan etməklə anbaan dünya əhlinə öz əbədilik və diriliyini elan edir: "Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin".[7]
2. Quranın təhrif olmaması. Yəni onda heç bir dəyişiklik baş verməmişdir.
Çünki, Allahın "Mən Quranı qoruyaram"[8] vədəsini buyurmasından əlavə, Peyğəmbər (s) şəxsən onu dəqiq qorumağa diqqət edirdi: Bir: Quran katibləri adı ilə məşhur olan insanlara ayə və surələri yazmağı əmr verirdi. İki: Öz səhabələrini Quranı əzbərləməyə həvəsləndirirdilər. Ona görə də Peyğəmbər (s) zamanında çox insan Quran hafizləri adı ilə məşhur idilər. Üç: Kəlmələri hifz və təcvid xüsusiyyətlərinə uyğun dəqiq oxumağa həvəsləndirmək nə kimi yalnız mütaliə və mənaları anlamağa.[9]
Bu qeyd olunanlar Quranın təhrif bəlasından qorunmasına səbəb olubdur.
3.İslamın haqq olmasını isbat etmək üçün üçüncü yol, İslam Peyğəmbəri (s)- nin xatəmiyyət məsələsinə diqqət etməkdir. Çünki İslamın dini mətnləri[10] İslam peyğəmbərinin Allahın sonuncu Peyğəmbəri olmasına və ondan sonra heç bir Peyğəmbərin gəlməyəcəyinə təkid etmələri.
Bəşərin bütün cəmiyyətlərində bir müdir və icra edicinin son əmri əməl edilmə meyarı qəbul edilir və mütləq icra olunmalıdır. Yəni əmrin gəlməsi ilə qabaqkılar öz- özünə ləğv olurlar.
Digər dinlərin dini kitablarında Peyğəmbərlərinin Allahın sonuncu elçisi olması bildirilmir, əksinə bir formada İslam Peyğəmbərinin zühurunu öz ardıcıllarına müjdə veriblər.[11] Yəni bir cürə özlərinin müvəqqəti olmalarını bəyan ediblər.
- Nəzərə alınası dördüncü məsələ İslamın hər tərəfli olmasıdır ki, İslam insan həyatının maddi və mənəvi, fərdi və ictimai, ruhi və psixolojisinin müxtəlif cəhətlərində təlimlərə malikdir. İslamın dini məfhumlarını üstünlük və hər tərəfliliyini daha yaxşı tanımaq üçün, İslam dininin müqəddəs mətnlərinin məzmunu ilə digər dinlərin məzmunu arasında müqayisəli mütaliə edilməlidir. Bu zaman İslam təlimlərinin etiqad, tövhid və Allahın sifətləri, fərdi və ictimai əxlaq, hüquq, iqtisad, siyasət, hökumət və... bəhslərində üstünlük və hərtərəfliliyi aşkar və məlum olacaq.
- Beşinci məsələ: Hazır ki, dünyada mövcud dinlər arasında diri və etibarlı tarixə malik olan yeganə din İslam dinidir. Tarixçilər hətta Peyğəmbərin uşaqlıq dövranının xirdalıqlarını da yazıblar. Halbuki digər dinlər etibarlı tarixi sənədə malik deyillər. Ona görə də qərb alimlərindən bəzisi hətta həzrət İsa- nın mövcud olmasında şəkk edirlər. Əgər biz müsəlmanların Quranı həzrət Məsih və digər Peyğəmbərlərin adını çəkməsəydi, bəlkə məsihi və yəhudi dini və Peyğəmbərlərinin bəşər cəmiyyətlərində belə bir rəsmilikləri olmazdı.[12]
Amma məlumdur ki, İslam məzhəb və firqələri içində, şiə məzhəbinin digər məzhəblərlə müqayisədə üstünlüyünün səbəbi onun haqq olmasındadır. Haqq din hər bir əsrdə yalnız bir dindir. Allah Taalanın hər bir əsrdə bir şəriəti var. Ondan başqa olan hər bir din və məzhəb ya kökündən batil və yalandır və ya nəsx və aradan getmişdir.
İnsanlara indiyə kimi nazil olan İlahi dinlər və səmavi məzhəblərin çoxluğu uzunua çoxluqdur və eninə çoxluq deyil. Bu mənaya ki, yeni din qabaqkı dini aradan aparan və onu təkmilləşdirəndir. Yəni dinin gəlişi ilə qabaqkı dinin işlətmə müddəti bitir və rəsmiliyini itirir və öz yerini yeni dinə verir. Hamıya da yeni dinə tabe olub və ona iman gətirmək lazımdır. Ona görə də, müqəddəs kitablarda və dini mətnlərdə yeni dinə iman gətirməyənlərə kafir deyilir.
Bəşər üçün göndərilən sonuncu və ən kamil din İslamdır. Və Allah İslamdan başqa bir dini qəbul etməyəcək.
« ان الدین عندالله الاسلام »
Allahın yanında (haqq olan) din, əlbəttə, islamdır".[13]
« و من یبتغ غیر الاسلام دینا فلن یقبل منه »
Kim İslamdan başqa bir din ardınca gedərsə (belə bir din) heç vaxt ondan qəbul olunmaz".[14]
Təəssüflər olsun ki, müsəlmanlar da, keçmiş dinlərin xalqları kimi, müxtəlif məzhəblərə bölündülər və onların hamısı haqq yolda olmayacaqlar. Peyğəmbər (s) buyurdu:
« ان امّتی ستفرق بعدی علی ثلاث و سبعین فرقة، فرقة منها ناجیة، و اثنتان و سبعون فی النار »
"Mənim ümmətim məndən sonra yetmiş üç firqəyə bölünəcəkdir. Onların yalnız bir firqəsi nicat tapacaq, digər yetmiş iki firqə isə cəhənnəm əhli olacaqlar".[15] İslam məzhəbləri içində haqq məzhəb və nicat tapan firqə əhli- beyt məzhəbi (on iki imamçı şiə)- dir və şiəçilik həqiqi və doğru islamdır. Peyğəmbər (s) buyurdu:
« ایها الناس انی ترکت فیکم ما ان اخذتم به لن تضلوا، کتاب الله و عترتی »
"Camaat! Mən sizin aranızda bir şey əmanət qoydum ki, əgər ona sarılsanız heç vaxt yolunuzu azmayacaqsınız, Allahın kitabı və itrətim, yəni əhli- beytim".[16]
Peyğəmbər (s)- in hörmətli və doğru danışan səhabəsi Əbuzər Qəffari deyir:
« سمعت النبی (ص) انه قال: الا ان مثل اهل بیتی فیکم مثل سفینة نوح فی قومه، من رکبها نجی و من تخلف عنها غرق »
Mən Peyğəmbər (s)- dən eşitdim ki, buyurdu: Bilin! Mənim Əhli- beytim sizin aranızda Nuhun qövmü üçün olan Nuhun gəmisinə bənzəyir. Hər kəs bu gəmiyə minsə nicat tapar və hər kəs bunun əksinə etsə qərq olar".[17] Şiəçiliyin əsası və kökü, tövhid, ədl, nübüvvət, imamət və məaddır. Şiə Peyğəmbər (s)- in canişini kimi on iki məsum İmamın (ə) imamlığına inanır ki, onların birincisi Əli (ə) və sonuncusu Məhdi (ə)- dır.
Peyğəmbər (s)- dən olan rəvayətlərdə on iki məsum imam (ə)- ın sayı hətta adları qeyd olunmuşdur. Bir gün Abdulla ibn Məsud bir dəstənin içində oturmuşdu ki, səhrada yaşayan bir ərəb peyda oldu və onlardan soruşdu, sizin hansınız Abdulla ibn Məsuddur? Abdulla cavab verdi: Mən.
Ərəb soruşdu:
« هل حدثکم نبیکم کم یکون بعده من الخلفاء؟ قال: نعم، اثناعشر، عدد نقباء بنی اسرائیل »
Sizin Peyğəmbərimiz özündən sonrakı canişinlərinin sayını sizə deyibdirmi? Dedi: Bəli, on iki nəfər, Bəni- israilin rəqiblərinin sayı qədər.[18]
Şiəçiliyin haqq olmasına bizim sübutumuz Quran və sünnətdir. Allah Quranda Allaha, rəsula və ulul- əmrə (ki Peyğəmbər (s)- in buyurduğuna əsasən şiənin imamlarıdır) tabe olmağı əmr etmişdir. Quranı çoxlu ayəsində imamət nə vilayət məsələsinə işarə olubdur.
« وانذر عشیرتک الاقربین » « انما ولیکم الله ورسوله والمؤمنون الذین یقیمون الصلاة ویؤتون الذکوة و هم راکعون » «یا ایها الرسول بلغ ما انزل الیک من ربک و ان لم تفعل فما بلغت رسالته»، «الیوم اکملت لکم دینکم واتممت علیکم نعمتی و رضیت لکم الاسلام دینا»ً، «انما یرید الله لیذهب عنکم الرجس اهل البیت» و ...
Və... kimi ayələr.
Peyğəmbər (s) də tarix və rəvayətlərin açıqlamasına əsasən, həmişə Əmirəl- möminin Əli (ə)- ı özünün vəsiy və canişini kimi yad edirdi. Necə ki, Təbərisi öz tarixində nəql edir ki,
« وانذر عشیرتک الاقربین »
"və ənzir əşirətəkəl əqrəbin" ayəsi nazil olan zaman, Peyğəmbər öz yaxınlarına buyurdu: Allah Taala mənə sizi ona doğru çağırmağı əmr verdi. Sizin hansı biriniz mənə bu işdə kömək etsə, mənim qardaşım və canişinim olacaq. Əli (ə) buyurdu: Mən ey Allah rəsulu bu yolda sənə kömək edəcəyəm.
Peyğəmbər (s) Əli (ə)- ın boynuna əlini qoyub buyurdu: Həqiqətən bu Əli sizin aranızda mənim qardaşım və canişimdir. Ona qulaq asın və ona itaət edin. Peyğəmbər (s)- in qohumları gülə- gülə qalxdılar və Əbu Talibə (məsxərə ilə) dedilər: Ona sənə oğluva tabe olub və ona itaət etməyi əmr verdi.[19]
Peyğəmbər ömrünün sonuncu ilində, həccətul- vida ilə məşhur olan həccdən qayıdarkən, qədiri- xum məntəqəsində rəsmən Əli ibn Əbitalib (ə)- ı müsəlmanların imam və hakimiəmr verdi. təyin və tanıtdırdı və oradakılara Əli ilə Əmirəl- möminin kimi beyət etmələrini Peyğəmbərin bu məşhur sözü o gündə deyilib ki, buyurdu: " من کنت مولاه فهذا علی مولاه" Mən kimin rəhbər və mövlasıyamsa, Əli (ə)- da onun rəhbər və mövlasıdır. Bu hədis İslamın məşhur və mütəvatir hədislərindəndir.
Bu məsələlər İslam dininin haqq olmasının və şiəçilik məzhəbinin üstün olmasının saysız- hesabsız əqli və nəqli dəlillərindən bir qismidir.
Daha çox məlumat əldə etmək istədikdə, aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:
- Təfsiri nümunə, cild 1, səh 283, cild 11, səh 8, cild 20, səh 380.
- İslam məzhəblərinin nəzərləri ilə tanışlıq, şiəçilik və sünnilər nəzərindən sual və cavablar (s), səh 113.
- Haqq axtaran, haqq tanıyan, Əl- muraciatın tərcüməsi, Əllamə seyid Əbdül- Hüseyn Şərəfuddin.
[1] - Əllamə Mirzə Əbul- həsən Şərani, Xoşbəxlik yolu, səh 187 və 188 və səh 197- dən 221- dək.
[2] - Həmin.
[3] - Yuhənna incili, 3; 16- 17.
[4] - Xoşbəxtlik yolu, 206 və 207.
[5] - Tövrat, yaranma sifri, ikinci və üçüncü fəsl.
[6] - Həmin, 21- ci fəsl, ayə 24.
[7] - Bəqərə surəsi, ayə 23.
[8] - Hicr surəsi, ayə 9.
[9] - Xoşbəxtlik yolu, səh 22, 215, 24 və 25.
[10] - Əhzab surəsi, ayə 40, Sahibi- Buxari, cild 4, səh 250.
[11] - Xoşbəxtlik yolu, səh 226- dan 241- dək Yuhənna incili, 21: 41.
[12] - Əsərlər toplusu, cild 16, səh 44.
[13] - Ali- imran surəsi, ayə 19.
[14] - Ali- imran surəsi, ayə 85.
[15] - Xisal 585
[16] - Kənzul- ummal, cild 1, səh 44, l- etisam bil- kitabi vəs- sünnə fəsli.
[17] - Əl- müstədrək ələs- səhiheyn, cild 3, səh 151.
[18] - Xisal, səh 467.
[19] - Tarixi- təbəri, cild 2, səh 320, Misr çapı, Kamili ibn Əsir, cild 2, səh 41, Beyrut çapı.