Qurani kərim baxışından İslami məmləkətlərdə fəsadın yayılması və səbəbləri bir cümlədə xülasə olur: Allaha imanın olmaması və zalıma küfr etməməklə açıqlanər. Yəni Allahla olmayan və Allah rənginə boyanmayan hər şey fəsada çəkilir. Qarşəsənda isə Allaha inanc və zalımlasra boyun əyməmək, əlbəttə hər ikisi olan surətdə və bir- birinin yanında şəxslərin və cəmiyyətlərin tərəqqi və yüksəlişinə səbəb olur.[i] Başqa sözlə desək bəşərin və İslami cəmiyyətlərin islashı Allah tərəfindən din formasında insanların ixtiyarında qoyulub. İndi iş insanların öz əllərindədir. Əgər insan öz ixtiyarı ilə dinin bütün hökmlərinə, əxlaqi göstərişlərinə və maarifinə bütün sahələrdə və həyatın bütün bölmələrində əməl etsə, özünün fitri və təbiyi ehtiyaclarəna cavab vermiş olur və onun yaradılışından olan məqsədə, onun vücudunda qoyulmuş istedadlarla çatır. Lakin əgər düenya və onda olanlara meyl və şəhvət səbəbinə ümumiyyətlə dini ayaq altında qoyub və yaxut onun dünyasına ziyan olmayan dinin bəzi hökmlərinə əməl edərsə, həqiqətdə öz istədiyinə əməl edib və öz nəfsinə uymuşdur.
Bunun özü onun vəcəmiyyətin tədrici süqutuna səbəb olacaq. Mədəniyyətlərin zəyifləməsi metodikasında əsas rolu hakimlər və onlardan sonra dərbar alimləri yəni hakimlərə bağlı olan alimlər oynayırlar. Sonrakı mərhələdə agah amma sakit alimlər, daha sonra ümumi kütlə dayanır. Bunun əksi yəni inkişaf və yüksəliş prossesindədə belədir ilk öncə hakimlər, alimlər və bu minvalla sonrakı mərhələdəkilər öz rollarını ifa edirlər.
Mədəniyyətlərin yüksəlməsi və enməsində əsas rolu hakimlər daşıyır. Hakimlər əgər dindar olarlarsa və dinə əməl edərlərsə, onu icra etmək istəyərlərsə və alimlər nüfuz sahibləri olduqları təqdirdə, təşviq olunarlarsa, nəticədə kütlə də onların ardıcıllarından olub, fəsadlardan uzaq qalarlar. Lakin əgər hakimlər dindar olmasalar dünyaya həris olsalar və məqamını qorumaq üçün mümkün olan hər yoldan öz şəhvəti və xoş olması üçün istifadə edərsə, alim və nüfuz sahiblərindən öz məqsədləri üçün istifadə edərsə, kütlənin problemlərinə biganə qalarsa, nəticədə zülm baş alıb gedərsə, bu gedişat bütün kütləyətəsir edəcək və nəticədə bu fəsadlar bütün cəmiyyətdə baş alıb gedəcək.
Əgər bilik və qüdrət sahibləri hakimiyyətin islahı üçün bir şey düşünməzlərsə və kütlə əmr be məruf və nəhy əz münkər etməzlərsə, mühitlə uzlaşıb gedərlərsə, mütləq tənəzzülə uğrayacaqlar. Buradadırki, saleh və sağlam insanlar üçün özlərini və dinlərini qorumaq orada problemə çevirilir. Buna əsasən cəmiyyətdə fəsadın yayılamısının mənşəyi hakimlərin dünyaya sevigsi və özünə məhəbbətidir. Və hakimlərin fəsadının kütlətərəfindən göz yumulmasıdır. Kütlənin sükutu və öz işlərinəhəddən ziyadə məşğul olmasıdır.
Nümunə üçün: Yezid kimlər islam millətlərinə hakim olsalar öz fəxretmələrindən başqa birşeyə fikir verməyəcəklər. Buna görə din təbliğatçıları hakimiyyətin tərəfdarı və digərlətidə ya qorxudan və ya tamahdan səslərini çıxarmayacaqlar. Kütlədə ancaq tamaşa edəcək. Nəticədə Peyğəbmərin əziz nəvəsi şəhid olacaq amma kütlə susacaq. Sonradan hakimiyyətdən maliyyələşmiş axundlar ictihadlarına əməletdiklərini və səhv etdiklərini vurğulayıb, tövbə etməklə özlərini təmizə çıxartmaq istəyəcəklər.
Deməli cəmiyyətlərin tənəzzülünün səbəbi zalım hakimə meyl və Allahın dininə əməl etməməkdir.
Bunlar aşağıdakı sahələrdə öz əksini tapır:
1) Peyğəmbərləri təkzib etmək və ayələri ayaq altına qoymaq və onları kamilşəkildə icra etməmək;[1]
2) Hakimlər tərəfdən fironluq və ədalətsizlik;[2]
3) İxtilaf, təxrib və pərakəndəlik;[3]
4) Əmr be məruf vənəhyəz münkəri tərk etmək və bu işlərdə süstlük etmək və ya münkərlərə təşviq etmək və onları yaymaq;[4]
5) Allahın dininin qoruması üçün xidmətin, can və mal ilə isarın və infaqın olmaması və şəhvətçiliyə və mal yığmağa hərislik;[5]
Amma bunun dərman yolu: Qeyd etdiyimiz kimi bunların dərmanı və həlli bir şeydir. O da Allaha iman və həyatın bütün sahələrində zalımları tərk etməkdir. Cəmiyyətin bütünü hakim və xüsusi alimlərdən tutmuş kütlə və adi insanlaradək. Əgər İnsan dünyanın qısalığına və keçici olduğuna həmiçinin fani olduğuna düşünsə və nəfsdən itaət etməyin, dünyapərəstliyin və mal yığmağın dünya və axirətdə olan nəticələrinə diqqət yetirsə, həmçinin bilsə ki, həmişə bir qoruyucu və müşahidəçisi var. Onun əməllərini, fikirlərini və hallarını səbt edir. Başqa bir dünyada bunlardan cavab verəcək. Həmişəlik və tamamlanmayan dünyada. Oradan qaçış yoxdur. Bir sözlə əgər ağılın və sağlam təbiətinin ardıcılı olarsa, kamil şəkildə Allaha və onun göstərişlərinə əməl edəcək. Bu fəsaddan qurtuluşun və dünyada təbahlıqdan çəkinməyin və dünya və axirərdə əbədi rahatlığın və səadətin yoludur.
Bəli! Fəsadın dəyər kimi sandığı bir cəmiyyətdə dindarlıq məhv olur. Bu cəmiyyətdə iman və saleh əməl etmək çətinləşir. Sual budur ki, nə etməliyik? Cavab isə budur ki, əgər cəmiyyətə, hakimiyyətə, və başqa insanlara təsir göstərmə mekanismləri varsa, gərək çalışıb hidayət etsin və mühüti dəyişdirsin. Əlbəttə öz gücü əndazəsində formalaşdırmalıdir. Əgər təsir mekanizmi yoxdursa, səbr edib, dözməlidir. Tənələrdən qoxmamalıdır. Öz dinini özü saxlamalıdır. Allahdan kömək istəməli və bacardığı qədər başqalarıbnı hidayət etməlidir. İnşaallah tezliklə məşəriyyətin nicatvercisinin zühuruna şahid olacağıq. Bütün dünyada sülh, ədalət və xeyir bərqərar olacaq.
İstifadə olunmuş ədəbiyyat:
1- Qurani kərim
2- Nümunə və Əlmizan təfsirləri aşağıda qeyd olunmuş ayələrin təfsirində
3- Muhəmməd Hüseyn Təba təbayi, İslami araşdırmalar, Hicrət nəşri, Qum, səh 97 və 158
4- Mürtəza Mütəhhəri, Cəmiyyət və tarix, İslam nəşri, Qum