Ruhların çağırılıb hazır edilməsi və ruhlarla rabitə yaratmaq mümkündür; yəni ağıl nəzərindən mümkündür və bəzi insanlar buna malikdirlər ki, bir şəxsin ruhuyla rabitə yaratsın. Əlbəttə ki, İlahi övliyalardan digərləri və o şəxslər ki, bu iş üçün rizayət yolunu seçib özlərinə əziyyət verirlər bu işə nail ola bilmirlər. bəs münafiqlər ki, təkəbbür və öz nəfslərinin quludurlar, və yaxud şəriətdən kənar olan riyazıtlərə də malik deyildirlər, heç bir zaman bu qüdrətə sahib olmağa malik deyildirlər.
Hesab edək ki, şeytani qüvvələrə yiyələnmişdirlər, o cür də deyildirdigərlərinə zərər yetirməkdə azad və ixtiyar sahibi olsunlar və heç bir qüdrət onların qarşısını almağa malik olmasın və yaxud heç bir müdafiə yolu olmasın.
Ruhu hazır edib onunla rabitə yaratmaq müşküldür; yəni ağıl bunu qəbul edir və mümkündür bəzi insanlar tapılsın ki, bir şəxsin ruhuyla rabitə yaratsın.[1] Amma bu iş necə həyata keçir və aya elə bir şəxs indiki dövürdə vardır bu işi görsün və bizim ondan xəbərimiz yoxdur. Amma bu işi kim həyata keçirə bilir, bildiyimiz kimi İlahi övliyalardan başqa heç bir kəs buna qadir deyildir və təcrübə elmi yoluyla da mümkün deyildir.
Daha ətraflı açıqlamaq üçün bir neçə məsələyə işarə edirik:
1. İnsan iki ünsür ruh və cismdən təşkil olmuşdur, öldükdən sonra cism torpağa çevrilir amma ruh isə əbədi olaraq başqa bir dünyada yaşayır yəni qiyamət gününə kimi bərzəx aləmində olur. Ruh maddi bir varlıq olmadığı üçün, maddi varlıqda olan məhdudiyyət kimi, heç bir məhdudiyyətə malik olmur. Günəşin şüası kimidir ki, bulud və şüşədən evin içərisinə daxil olur ki, onlardan heç biri ona mane olmağa malik deyildir və o hər bir yerdə istərsə hazır olur.
2. Bir çox ayə və rəvayətə[2] əsasən bu həqiqət isbat olmuşdur ki, ruhlarla rabitə yaratmaq mümkün və onlarla söhbət etmək olar; onlar sözləri eşitməyə malikdirlər və o cür ki, Allahın əsulu (s) Qureyşlilərin özləriylə ki, (Bədr quyusuna atmışdılar) söhbət edib, onlara buyurdu: "Siz necə də Allahın Rəsulu üçün pis qonşu idiniz..."Ömərin etirazı zamanı ki, dedi bu iş mənasızdır, Peyğəmbər cavabında buyurdu: Ey Xətabın oğlu sakit ol, and olsun Allaha ki, sən onlardan da artıq eşidən deyiolsən!"[3]
Əmirəl Möminin Əli (ə) da Cəməl döyüşündən sonra ilənlərlə söhbət etdi.[4]
Bəs ruhlarla rabitə yaratmağı inkar etmək mümkün deyildir. Bundan daha yaxşısı, biz yuxu aləmində dəfələrlə o ruhları ki, tanıyırıq (dünyadan getmiş yaxınlarımız kimi) rabitə yaradıb söhbət etmişik, bəlkə də gələcəkdə baş verən hadisələrdən bizə xəbər vermişdirlər.
Bütün bunlar buna dəlalət edirlər ki, ruhlarla rabitə yaradıb onları hazır etmək mümkündür.
Bu mövzuda, əsrin böyük Quran və təfsir alimi Əllamə Təbatəbayi və onun qardaşı Əllamə Seyyid Məhəmməd Hüseyn İlahi Təbatəbayi ilə olan təcrübələri bunu daha yaxşı təyid edir. Onlar ata- analarının ruhlarını hazır edib, bu dünyada gizli olan sirlərdən xəbər almışdırlar.[5]
3- Bu nöqtəni də inkar etmək olmaz ki, bəzi yerlərdə cinlər və şeytanlar özlərini bir şəxsin ruhu olaraq tanıtdırır və bəziləri aldadırlar (o cür ki, ruhlarla rabitə yaratmaq məclislərdən eşidilir). Bəs hər zaman ruhlarla rabitə yaratmaq düzgün deyil və bəzi vaxtlar da yalandır.
Bu ehtimal da vardır ki, bəzi insanlar mümkündür cinlərlə rabitə yaratsın və yaxud onları öz ixtiyarına keçirsin. Çalışırlar ki, bu yolla bəzi işləri həyata keçirib, insanları aldatsınlar ki, ruhu hazır etmişdirlər, düşüncəli və ağıllı insanlar buna diqqət etməlidirlər ki, aldanmasınlar.
4- Baxmayaraq ki, ruhu hazır etməyin həqiqəti vardır, amma o halda əldə olunan məlumat və xəbərlərə inanmaq olar ki, ruhu hazır edən insanlar nəfsləriylə mübarizə edib bu məqama çatsınlar, nə inki bir çox riyazətlərə dözmüş və şəraitdən kənar yollarla o qüdrətə sahib olmuşdurlar. Belə bir halda bu yolun heç bir etibarı yoxdur və onlara inanmaq da olmaz.[6]
Hər bir halda, münafiqlərin belə bir qüdrətə sahib olmaları haqda demək lazımdır ki, onların fikir və əxlaq düşüncələri çərçivəsində bunu əldə edirik ki, onlar təkəbbür və öz nəfslərinə tabe olan insanlardırlar. (xüsusiylə də ki, Amerikanın duzdurluq dalğası onlara vurulmuşdur) Heç bir zaman b cür bir qüdrətə sahib ola bilməzlər, yalnız bu halda onlar öz sifətlərindən qayıdıb və bir münafiq kimi İslamın, camaatın və İslam hökumətinin əleyhinə qalxmazlar. Amma əgər yalan və aldatmaqla bir qüvvəyə sahib olarlarsa, bu cür şeytani hiylələrdən müdafiə olmaq mümkündür. O cür ki, bəziləri istəyirlər Peyğəmbərə (s) zərbə vursunlar, nəzərlə (pis gözlə).
Amma ondan qorunmaq üçün bir çox yollar və zikirlər göndərildi.
Əlavə məlumat üçün bax, göstəricilər:
1- Başqa aləmdə olan varlıqlarla rabitə yaratmaq, sual 293, sayt: 1747.
2- Cin və şeytanın gücü: Sual 10487, sayt 10479.
3- İnsanın cinlə rabitəsi: Sual 13323, sayt 13096.
4- İnsan və cinlə rabitə: Sual 438, sayt 468.
[1] - Məkarim Şirazi, Nasir, Ovde Ərvah, səh 63- 130.
[2] - Misal üçün, Saleh öz qövmünün ruhuyla söhbət etmişdir, Əraf surəsi, ayə 77- 79. və ya Şüeyb keçmişlərin ruhlarıyla söhbət etmişdir, Əraf surəsi, ayə 85- 93. Beləliklə Peyğəmbər (s) peyğəmbərlərin ruhlarıyla söhbət etmişdir. Zuxruf surəsi, ayə 45. və yaxud Bəqi qəbristanlığında ruhlarla söhbət etmişdir. Bax: Təbəqate ibni Səd, cild 2, səh 204, Sireye ibni Hişam, cild 1, səh 453. Əmirəl möminin (ə) Siffeyn döyüşündən qayıtdığı zaman Kufə qəbristanlığının kənarında durub buyrdu: Ey vəhşət (qorxu) doğuran, fəqir və qaranlıq qəbirlərin sahibləri ey torpaq qucağında olan və öz vətənindən uzaq düşənlər ey qorxu mənzərəsini anladanlar, siz bizlərdən tez bu yolda qədəm götürdünüz biz də sizə qoşulacağıq. Mən sizə xəbər verirəm ki, evləriniz mənimsənilib, ailələriniz evlənib sərvətləriniz isə paylanıbdır, sizdən xəbər vardırmı, bu zaman üzünü öz köməkçilərinə tutub buyurdu: Əgər onlara icazə verilsəydi ki, danışsınlar, cavab verərdilər ən yaxşı azuqə təqvadır. Nəhcül bəlağə, xütbə 179, bax: Sübhani, Cəfər, əsaləte ruh.
[3] - Biharul- ənvar, cild 6, səh 254, Axundi çapı.
[4] - Hüseyni Tehrani, məadşünasi, cild 2, səh 242.
[5] - Bu hadisəni "Mehri- taban" kitabında mütaliə edə bilərsiniz (Əllamə Təbatəbayinin həyatı haqqında) Hüseyni Tehrani, Məhəmməd Hüseyn.
[6] - Bax: Göstərici: Digər aləmlərdə olan varlıqlarla rabitə, sual 293, sayt 1747.