Qurani- kərim ayələrindən, məsumlardan (ə) bizə gəlib çatan rəvayətlərdən ruhların ölümdən sonra dünyaya qayıtması, öz qohumlarının əhvalından və ... xəbərdar olması istifadə olunur. İlahi mələklərin də bu işdə vasitə olması nəinki inkar edilmiş, bəlkə açıq-aşkar bəyan edilmişdir.
Bir rəvayətdə gəlmişdir:
1. "Həqiqətən, mömin (ruhu) öz ailəsini ziyarət edir; Deməli, sevdiyi şeyləri görə bilir, sevmədikləri isə ondan gizlədilir".
2. "Allah-Taala bir mələyi ona (ruha) qoşar ki, şad olmasına səbəb olan şeyləri ona göstərsin ...".
Cavabın daha aydın başa düşülməsi üçün bir neçə məqama diqqət etmək zəruridir:
- İnsan ruh və bədəndən təşkil olunmuşdur və ruh adlı həqiqətin insanlarda olması inkar olunası deyil. İnsan ruhu qeyri-maddi, canlı, bacarıqlı, şüurlu və ixtiyarlı bir gövhərdir ki, onu bəzən "nəfsi-natiqə" (nitqə sahib nəfs) və ya "rəvan" adlandırırlar.[1]
Ruhun bədənlə əlaqəsi tədbirlidir; yəni ruh daimi həyata malikdir. Ruh bədənlə əlaqədə olduğu müddətdə bədən ondan həyat kəsb edir. Ruh bədəndən ayrıldığı zaman isə bədən həyatdan məhrum və zaman çərçivəsində çürüyüb məhv olur. Buna baxmayaraq ruh öz daimi həyatına davam edir.[2]
- Ölümdən sonrakı həyat haqqında əqlani araşdırmalar təkcə ruhun daimiliyi və ya məadın zərurililiyi isbat edə bilər. Lakin belə məsələlərin xırdalıqlarını vəhy yolu ilə, imamların (ə) söylədiklərilə anlamaq olar.
- Sözügedən mövzuda olan ayə və hədislərdən ruhun ölümdən sonra dünyadakı proseslərdən agah olması istifadə olunur.
Nümunə üçün bir neçə hədisi diqqətinizə çatdırırıq:
- İshaq ibn Əmmar İmam Musa Kazimdən (ə) soruşdu: "Mömin (ölumundən sonra) ailəsini ziyarət edirmi?" İmam (ə) buyurdu: "Bəli". Dedim: "Nə qədər?" Buyurdu: "Dəyərlərinin hesabı qədər; bəzilləri
- hər gün, bəziləri isə hər üç gün"
İshaq ibn Əmmar deyir: "Həzrətin (ə) söylədikləri əsnasında anladım ki, buyurur: "Ən aşağısı onlar hər cümə (ailələrini ziyarət edirlər); Sonra dedim: "Hansı saatda?" Buyurdu: "Gün batanda və o ərəfələrdə, Allah-Taala onun şadlığına səbəb olan şeyləri ona göstərməsi, qəmlənməyinə səbəb olan şeyləri isə ondan gizlətməsi üçün Allah-Taala möminə bir mələk qoşur."[3]
- İmam Sadiq (ə) buyurur: "Həqiqətən mömin (ruhu) öz ailəsini ziyarət edir; sevdiyi şeyləri müşahidə edir, sevmədiyi şeylər isə ondan gizlədilir. Həqiqətən kafir də öz ailəsini ziyarət edir; Lakin sevmədiyi şeylər ona göstərilir, sevdiyi şeylər isə ondan gizlədilir." Sonra İmam (ə) buyurdu: "Onlardan bəziləri hər cümə, bəziləri isə əməllərinin hesabı müqabilində (ailələrini) ziyarət edirlər."[4]
- İlahi mələklər horizontal səbəblər silsiləsindən olub Allahın yaratdığı səbəblərdəndirlər. Ruhların Allahın izni ilə dünyaya qayıdıb ailələrindən xəbərdar olmasını, mələklərin bu işdə vasitəliklərini inkar edən heç bir arqument mövcud deyildir. Halbuki, sözügedən proseslərə gördüyümüz kimi hədislərdə işarə olunmuşdur.
[1] - Söhbət ruhla cismin əlaqəsindən gedirsə, onların arasındakı qarşılıqlı təsiri "rəvan" adlandırırıq. Yox, əgər ruha bədəndən ayrı müstəqil bir mövcud kimi yanaşırıqsa onu sadəcə ruh adlandırırıq.
[2] - "Əl-Mizan" təfsiri, cild.19, səh. 344
[3] - Əllamə Məclisi, "Bihar əl- ənvar", cild.6, səh. 268
[4] - Küleyni, "Kafi", cild.3, səh. 230