"Təqlid"dən məqsəd xüsusi sahədə qeyri- mütəxəssisin mütəxəssisə müraciət etməsidir. Dini məsələlərdə təqlidin lüzumuna ən mühüm sübut həmin əqli arqumentdir ki, insan bilmədiyi işlərdə bilənə müraciət etməlidir.
Əlbəttə, Quran ayələri və hədislər də təqlidin lüzumuna toxunmuşdur. Belə ki, Quranda buyurulur:
«"فاسئلوا أهل الذکر إن کنتم لا تعلمون"»
"Bilmədiyiniz şeyləri "Zikr əhli"ndən (alimlərdən) soruşun."
Təqlidin bütün leksik arqumentləri aqil insanlar tərəfindən qəbul edilən iş (bilməyənənin bilənə müraciəti) xüsusundadır.
Buna əsasən məraceyi-təqlid (müctehidlər) fiqh elmi sahəsində mütəxəssisdirlər. İslam mənbələrindən şəri hökmlərin çıxarışına qadir olan şəxslər məhz onlardır. Digərləri isə dini qayda-qanunları öyrənmək üçün onlara müraciət etməlidirlər.
İslam dini insan ehtiyacları üçün – istər maddi və mənəvi, istər fərdi və ictimai, istərsə də siyasi və iqtisadi – qanun və qaydalar tətbiq etmişdir ki, bu da "fiqh" elmini təşkil edir. Fiqh elmi həqiqətdə əsil bəndəlik yolu, yüksək keyfiyyətli, humanist, ictimai əlaqəli, ali həyat sistemidir ki, insan həyatının bütün məqamlarını nəzarətə alır. İmam Xomeyni (r.ə.) demişkən: "fiqh-həqiqi teoriya və beşikdən qəbirədək insan və cəmiyyətin mükəmməl idarəsidir".[1] Əziz İslam övliyaları fiqh elmi və şəri hökmlərin fövqəladə əhəmiyyətinə görə öz ardıcıllarını fiqh elmini öyrənməyə tövsiyə edirdilər. Habelə bu vəzifədən boyun qaçıranları və ya dini hökmlərin öyrənilməsində səhlənkarlıq edənləri cəzalanmaya və töhmətə layiq bilirdilər.
İmam Baqir (ə) buyurur: "Şiə gənclərindən birini elmi dərindən (fiqh) öyrənmədiyinə görə yanıma gətirsələr, onu ədəbləndirərəm!"[2]
Allah-Taalanın İslam ayinlərində insanın dünya və axirət səadəti üçün yazdığı "vacibat" (vacib olunan işlər) "mühərrəmat" (qadağan olunan işlər) mövcuddur ki, insan onlara riayət etmədiyi surətdə nə səadətə çatacaq, nədə itaətsizliyə görə verilən cəzalardan amanda qalacaqdır.
Şəri (dini) hökmləri tanımaq üçün bir çox informasiyaya; o cümlədən ayə və hədislərin dərki, səhih və qeyri-səhih hədislərin tanınması, ayə və hədislərin tərkib və cəminin keyfiyyəti və s. kimi onlarla digər məsələlərə yiyələnmək lazımdır ki, bu cür təhsil öz növbəsində illərlə ciddi çalışmaya, səyə möhtacdır.
Belə olan halda mükəlləf şəxs özünü üç yol ayrıcında görür:
Birincisi, elmin (ictihad) təhsili yolu
İkincisi, hər bir iş barəsində deyilən versiyaları mütaliə etmək və bütün versiyalara uyğun əməl etmək (bütün versiyalar tərəfindən görülən iş düzgün sayılsın) ehtiyat yolu
Üçüncüsü, bu sahədə nəzər sahibi, dini hökmlərin çıxarışında mütəxəssis olan şəxsin rəyindən faydalanmaq. Şübhəsiz, şəxs birinci yolda ictihada çatdıqdan sonra dini hökmlər üzrə mütəxəssis olarsa, digər iki yola ehtiyac duymayacaqdır. İctihad məqamına yetişənədək digər iki yol qaçılmazdır.
İkinci yol hər bir məsələdə və ehtiyat üslublarında mövcud versiyalar haqda kifayət qədər informasiyaya möhtacdır. Bir çox hallarda ehtiyat etmənin çətinlikləri adi həyatı alt-üst edir. Naçar üçüncü yol "təqlid" məsələsi cəmiyyət üçün rahatlıqdan, asanlıqdan əlavə qaçılmaz olur. Bu üç yol təkcə şəri hökmlərdə deyil bəlkə digər təhsil sahələrində də keçərlidir. Misal üçün, hər hansı səbəbdən xəstələnən mühəndis bir şəxsi təsəvvür edin. O, sağalması üçün ya tibb elmini öyrənməli, ya bütün həkimlərin nəzərini bilməli (və elə əmək etməlidir ki, sonradan peşiman olmasın), ya da həkimə müraciət etməlidir.
Birinci yol onu tez sağaltmayacaq, ikinci yol çox çətindir və onu öz peşəsindən (mühəndislikdən) uzaqlaşdıracaqdır. Bu səbəbdən dərhal həkimdən kömək istəyərək onun dediklərinə əməl edir.
O, həkimin dediklərinə əməl etməklə həm gələcəkdəki peşimançılıqdan, dostların qınağından yaxa qurtarır, həm də əksər hallarda dərdinə dərman tapır. Mükəlləf də müctehidin rəyinə əməl etməklə özünü axirət peşimançılığı və ilahi əzabdan qutarmaqla bərabər şəri hökmlərin daha münasibinə riayət etmiş olur.[3]
Deməli, "təqlid"dən məqsəd xüsusi sahədə qeyri-mütəxəssisin mütəxəssisə müraciət etməsidir. Dini məsələlərdə təqlidin lüzumuna ən mühüm sübut həmin əqli arqumentdir ki, insan bilmədiyi işlərdə bilənə müraciət etməlidir.
Əlbəttə, Quran ayələri və hədislər də təqlidin lüzumuna toxunmuşdur. Belə ki, Quranda buyurulur:
«"فاسئلوا أهل الذکر إن کنتم لا تعلمون"»
"Bilmədiyiniz şeyləri "Zikr əhli"ndən (alimlərdən) soruşun."[4]
Habelə hədislərdə gəlmişdir: "Lakin baş verən hadisələrdə hədislərimizi nəql edənlərə müraciət edin ki, onlar sizin üçün mənim höccətlərimdirlər (dəlillərim) və mən də Allahın sizin üçün olan höccətiyəm."[5]
Mühəqqiq Kərki deyir: "Şiələr fəqihin adil, əmin, fətva üzrə tamam şəraitə malik (şəri hökmlərdə müctehid deyilir) olması, digər tərəfdən imamların (ə) qeybi zamanı onların naiblləri olması məsələsində müttəfiqdirlər.
Təqlidin bütün leksik arqumentləri aqil insanlar tərəfindən qəbul edilən iş (bilməyənənin bilənə müraciəti) xüsusundadır və əlavə nöqtəni bəyan etmir.
Deməli, məraceyi-təqlid (müctehidlər) fiqh elmi sahəsində mütəxəssisdirlər. İslam mənbələrindən şəri hökmlərin çıxarışına qadir olan şəxslər məhz onlardır. Digərləri isə dini qayda-qanunları öyrənmək üçün onlara müraciət etməlidirlər.
Əlavə məlumat üçün aşağıdakı göstəricilərə müraciət edin:
1. "Mərcəiyyət və təqlid", sual: 276
2. "Vilayəti-fəqih və mərcəiyyət", sual: 6576.( 6743)
3. "Ədilleyi-vilayəti-fəqih", sual: 235