Rəvayətlərə əsasən mələklər Peyğəmbər (s) və İmamların (ə) ruhlarının yaranmasından sonra yaranıblar. Onların hamısı hətta Cəbrayil, İsrafil və İlahinin digər yaxın mələkləri qiyamətdən qabaq öləcəklər. Mələklərin ölümünün necəliyi barəsində ehtimal var ki, məqsəd onların misali qaliblərindən ruhun əlaqəsinin kəsilməsi yaxud onların davamlı fəaliyyətlərinin işdən düşməsidir.
Çoxlu rəvayətlərə əsasən mələklər Allahın ilk yaratdığı varlıqlardandır. Çünki bizim rəvayətlərdə gəlibdir ki, mələklər Peyğəmbər (s) və imamlar (ə)- ın müqəddəs ruh və nurlarının yaranmasından sonra yaranıblar.[1] Yenə çoxlu və mütəvatir rəvayətlərə əsasən Allahın ilk məxluqu həzrət Məhəmməd (s) və pak İmamlar (ə)- ın nurudur. Ondan sonra Allah göyləri və yeri yaratdı, sonra mələkləri yaratdı. Cabir ibn Abdullah Ənsari deyir: Peyğəmbər (s)- in belə buyurduğunu eşitdim: Həqiqətən Allah mən, Əli, Fatimə, Həsən, Hüseyn və imamları bir nurdan yaratdı. Ondan sonra bizim ardıcıllarımızın nurunu və... sonra göyləri, yerləri və mələkləri yaratdı...."[2]
Amma mələklərin ölümü barəsində deməliyik ki, göylərdə və yerdəki varlıqların hamısı qiyamət günündən qabaq öləcəklər. necə ki, Quran buyurur: "Surda üfürülər və Allahın istədiyi şəxslərdən başqa göylərdə və yerdə olanların hamısı ölərlər".[3] Bu ayə əvvəlcə buyurur: Yerdə və göylərdə onların hamısı ölərlər ki, mələklərin hamısına da şamil olur. Sonra onların bəzisini istisna edirik. Deməli bu ayədən belə anladıq ki, varlıqların bəzisi ilk üfürməkdə ölməzlər. bunların kimliyi barəsində təfsirçilər arasında ixtilaf var. bir dəstə bu fikirdədirlər ki, onlar Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıl kimi Allahın böyük mələkləridir. Rəvayət var ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən camaat kimlərin istisna olduğunu soruşdular. Həzrət buyurdu: "Cəbrayıl, Mikayıl, İsrafil və ölüm mələyi. Varlıqların ruhu alınan zaman, onlar da Allahın əmri ilə sıra ilə ölərlər".[4] Digər bir rəvayət Allahın ərşini daşıyanları da bu mələklərə artırıblar.[5]
Hər halda bu rəvayətlərdən[6] və "Birinci üfürənin zamanı vaxtı İsrafil surda üfürər və İsrafildən başqa ruha malik varlıqların hamısı ölərlər. Ondan sonra İsrafil də Allahın əmri ilə ölər".[7] Rəvayətlərdən və ayələrin bəzisindən o cümədən bu ayə: "Kullu şəyin halikun illa vəchəh"[8] ki, bu ayədə buyurur:
« کل شیء هالک الا وجهه »
Allahın vəchindən başqa bütün şeylər həlak olar və ölər, yaxşıca istifadə olur ki, bu qalan dəstə də nəhayət ölərlər. Beləliklə varlıq aləminin hər bir tərəfində Allahdan başqa bir varlıq diri olmayacaq.
Mələklərin ölümünün forması necədir? Deməliyik ki, bizim ölüm adlandırdığımız şeyin (ruhun cisim və maddə aləmindən çıxması) mələklərdə mənası yoxdur. Çünki ruhun ondan çıxmasının mənası olması üçün onların cismi yoxdur.
Ona görə də onların ölümünün mahiyyəti barəsində bir neçə ehtimal var:
Birinci ehtimal budur ki, onlar barəsində ölümdən məqsəd, onların misali qaliblərindən ruhun bağlılığının kəsilməsi.
İkinci ehtimal budur ki, məqsəd ruhlarının davamlı fəaliyyətinin dayanması və idrak güclərini əldən vermələridir.[9]
Buna əsasən, mələklərin ömrü çox uzundur, amma onlar da bir gün öləcəklər.
[1] - Biharul- ənvar, cild 15, səh 8 və cild 18, səh 345 və cild 24, səh 88.
[2] - Biharul- ənvar, cild 26, səh 343 və 344.
[3] - Zümər surəsi, ayə 68
«"...و نفخ فی الصور فصعق من فی السموات و من فی الارض الا من شاءالله"»
[4] - Biharul- ənvar, cild 79, səh 184.
[5] - Biharul- ənvar, cild 6, səh 329.
[6] - Biharul- ənvar, cild 6, səh 329.
[7] - Biharul- ənvar, cild 6, səh 324.
[8] - Qəsəs surəsi, ayə 88.
[9] - Baxın: Təfsiri- nümunə, cild 19, səh 541.