“Qəsəm” sözə ərəb sözü olub “and içmək” mənasını verir və tərifi də bundan ibarətdir ki, insanın öz şərəf və namusuna görə iqrar etdiyi məsələ əsasında Allahı, yaxud böyük bir şeyi özünə şahid kimi tutur. And içmək tarix boyu xüsusi dil və ya millətə məxsus olmamış və həmişə bütün millətlər və tayfalar arasında ürfi qanun kimi geniş adət olaraq yayılmışdır. Quranda 104 ayədə 118 dəfə and içilmiş və onlardan 95 dəfəsində Allah-Taala tərəfindən and içilmişdir.
İlahi andlarla adi insanlar arasında içilən andlar arasında diqqət olunacaq qədər fərq vardır. Allah-Taaalanın andlarının çox yüksək səviyyədə hikmətləri vardır. Məsələn, and içilmiş mövzunun əzəmətli olması, təkid, dinləyicidə təsir qoyması, dəlil gətirmək, höccətin tamam olması, and içilmiş şeyin isbat olunması, insanlara şübhədə olduqları şeyin açıqlanması və təsdiqi, bəşərin and içilmiş mövzuda mənafe və zərərlərinə diqqətlərinin çəkilməsi, əvvəlcədən inkar olunmuş mövzunun and vasitəsi ilə təsdiq olunması, xurafatla mübarizə və s...
Quranda bəzi yerlərdə Allah-Taala başqaları tərəfindən içilmiş andları nə nəql edir.
a) Andın tərifi;
Fars dilində “sugənd” yəni, and içmək mənasını verən bu söz əslində “sukunte” (Saokenta) kökündən olub, kükürd mənasındadır. Bu mənada and içmək yəni, kükürd yemək mənasını verir ki, qədimdə günahkar şəxsi günahsızdan ayırd etməkdən ötrü istifadə edilirmiş. Qədimdə suya bir miqdar kükürd qatıb müttəhimə verirlərmiş. Bununla da onun günahkar və ya günahsız olmasını ayırd etsinlər.[1] Sonradan xüsusi and içmək mənasında işlənilib ki, o da insanın öz şərəf və namusuna görə iqrar etdiyi məsələ əsasında Allahı yaxud, böyük bir şeyi özünə şahid kimi tutmasıdır. Məsələn, Allaha, peyğəmbərə və İmamlara və s..and içmək.[2]
Ərəbə dilində olan “qəsəm” sözü fars dilindəki “sukənd” (and içmək) sözü ilə bir mənadadır.
b) And içmənin tarixi;
Bəşər tarixindən və əsərlərindən yerdə qalan nişanələr və əlamətlər nişan verir ki, and içmək tarix boyu xüsusi dil və ya millətə məxsus olmamış və həmişə bütün millətlər və tayfalar arasında ürfi qanun kimi geniş adət olaraq yayılmışdır. Çox güclü ehtimala görə and içmənin tarixi bəşərin ilk yaranış tarixinə qayıdır. Bu mövzuda ən mötəbər dəlil isə Qurani-Kərimdir. Qurani-Kərim insanların müxtəlif dövrlərdə o cümlədən, həzrət İbrahimin (əleyhissalam)[3], Yəqub peyğəmbərin (əleyhissalam) övladlarının,[4] sehrbazların Firona and içmələrin,[5] ondan əvvəldə isə Şeytanın ilk insan olan Adəm və Həvva[6] müqabilində and içmələrini nəql etmişdir.
Q) Quranın andları;
Quranda 23 surə and içməklə başlanmışdır. Quranın 44 surəsində 104 ayənin içində 118 dəfə and içilmiş, onlardan 95 dəfəsi Allah-Taala tərəfindən olmuşdur. Yerdə qalan digər andlar bunlardan ibarətdir:
1.İki dəfə İslam Peyğəmbərinin (s) dilindən Qiyamətin isbatında və o gündə əməllərin hesab-kitab əsasında olmasını bildirməkdən ötrü;
2.Dörd dəfə həzrət Yusifin (əleyhissalam) qardaşları tərəfindən and içilib;
3.Bir dəfə sehrbazlar Firona and içirlər ki, Musaya (əleyhissalam) qalib gələcəklər;
4.Bir dəfə Şeytan qeyri-muxlis bəndələrin hamısını düzgün yoldan çıxaracağına and içib;
5.On beş dəfə içilən andlar isə müşriklərə, münafiqlər və Qiyaməti inkar edənlərə aiddir;[7]
d) Allah-Taalanın andları ilə xalq arasında adət olmuş andların fərqləri;
İlahi andlarla adi insanlar arasında içilən andlar arasında diqqət olunacaq qədər fərq vardır. Çünki;
1.Adi insanların andlarından məqsəd öz mətləblərinin isbatıdır. Bu o haldadır ki, and içən dinləyicinin onun hədəfinə inanmasını istəyir. Elə ki, danışan dinləyicilərin ona inanmadıqlarını ehtimal verir, and içməklə çalışır ki, söylədiyi mətləbi onlara inandırsın və onlarda olan şəkk və şübhəni aradan aparsın. Amma Allah-Taalanın ehtiyacı yoxdur ki, dinləyicilər Onun sözlərini qəbul etsinlər. Əksinə, bəndələrin və dinləyicilərin ehtiyacları var ki, ilahi sözləri və göstərişləri eşidib onu qəbul etsinlər və ona əməl etsinlər. Nəticədə bu sözlərin faydası yenə də dinləyiciyə çatır.
2.Adi insanlar adətən müqəddəs varlıqlara və ya onlar üçün ən əhəmiyyətli şeylərə and içirlər, amma Allah-Taala Quranda elə şeylərə and içmişdir ki, onların bəziləri insanların yanında heç də müqəddəs sayılmır.
H) Allah-Taalanın andlarının sirr və fəlsəfəsi;
Allah-Taala bütün doğruçulardan doğru danışandır. Amma bəzi dərin hikmətlərinə görə öz kəlamlarında andlar içmişdir ki, onlardan bəzilərinə işarə edirik:
1.And içilmiş mövzunun əzəmətli olmasını açıqlamaqdan ötrü; adətən çox mühüm və dəyərli məsələlərdə and içərlər. Beləliklə, Quranın hansısa mövzuda and içməsi o mövzunun çox mühüm və dəyərli olmasına bir dəlildir.[8] Məsələn, Quranda oxuyuruq: “Ya, Sin! Hikmətlə dolu Qur’ana and olsun ki,”[9] Həmin and içmənin özü səbəb olur ki, dinləyici and içilmiş mövzu haqqında dərindən düşünsün və təzə həqiqətlər ələ gətirsin. Bununla da, Allah-Taalaya tərəf ən düzgün yolları tapa bilsin.[10]
2.Təkid; and içmək həmişə hansısa məsələnin təkidinə və əhəmiyyətinə görə olur. Həmçinin, belə andın özü dəlalət edin ki, haqqında and içilmiş mövzu yüksək dərəcədə əhəmiyyətli olmaqla yanaşı Allah-Taalanın istəyi çox ciddi və təkidlədir.[11] Allah-Taala kafirlərin cəzalandırılması haqqında and içmiş və buyurur: “(Ya Peyğəmbərim!) Səndən: "O (bizi qorxutduğun əzab və ya Qiyamət günü) doğrudurmu?" - deyə xəbər alacaqlar. Onlara belə cavab ver: "Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!"[12]
Əvvəlcədən Qiyamət, Quranın haqq olması, İslam Peyğəmbərinin (s) risaləti, savab və əzablar haqqında xüsusi xəbərlər verildiyinə görə bu ayədə bütün bunlara&nb